Yuxu rejimi

Yuxu insan həyatı üçün çox vacibli bir amildir. Beyin gün ərzində işləyərək yorulur və insan yatarkən o da dincəlir deyə düşünənlər tamamilə yanılırlar. İnsan yatarkən beyin fəaliyyətini dayandırmır. O işləyir və insanın gün ərzində gördüklərini, öyrəndikləri və oxuduqlarını yaddaşa yazır. Bundan əlavə yatarkən bədənin digər passiv hərəkətlərini də idarə edir. Misal üçün, yatdığınız zaman birdən ayağınız çuxura düşürmüş kimi olub ayılırsınızmı? Bu beynin sizin sağ olub olmadığınızı yoxlaması nəticəsində belə olur. Bədən uzun müddət hərəkətsiz qaldığı üçün beyin bədənin sağ olduğuna şübhə etməyə başlayır və bədənə impuls ötürür. Bunun nəticəsində də ayaq atır və insan birdən ayılır.

Türk yazıçısı olan Erdal Demirkıran «Sadəcə axmaqlar 8 saat yatır» adlı bir əsər yazıb. Bu əsərdə o, insanların daha az yata biləcəyinə inandığını göstərir. Onun dediyinə görə insanlar 4 saat yatmaqla onlara lazım olan yuxu normasını ödəmiş olurlar. Düzdür, 4 saat yatmaqla yaşamaq olar, amma məncə, 8 saat yatmaq qədərlə 4 saat yatmağı müqayisə etməyə dəyməz.
İnsanlar fərqli olduğu kimi orqanizmlərinin inkişaf sürəti də fərqlidir və dolayısıyla hər orqanizmin ehtiyac duyduğu yuxu norması da müəyyən qədər fərqlidir.


Davamı →

Yuxusuzluq nə qədər ziyandır?

Az yatmaq bizi nədən məhrum edir ?

Gündüz hərəkət gecə isə istirahət anlayışı, təkamülə qədər izlənilə bilər. Bu sikl bioloji reallıq olduğu üçün bioloji saata qarşı yaşamaq gözləniləndən daha çox zərər verir. Yuxusuzluğun insan orqanizmində yaratdığı zərərlərinə birlikdə baxaq.
Davamı →

Yuxu arzusunda olanlar üçün 5 məsləhət

Hər bir insan bəzən yatmaq istədiyinə rəğmən, yuxuya gedə bilməmək kimi narahatlıqla üzləşir. Xüsusən valideynlər bu problemlə daha çox üzləşirlər. Arzu olunan rahatlığı tapmaq üçün aşağıdakıları tövsiyyə edirik:

1. Kifayət qədər yuxu almırsınızsa, rejiminizi səhmana salın.

2. Çətinliklə yuxuya gedirsinizsə, gecə vaxtı aşırı qida qəbul etməyin, süd məhsulları və meyvə yeməyin. Əvəzində tərəvəz şorbası yeyin, razyana və nanəli çay için. Çaya 1 çay qaşığı bal əlavə etməyi unutmayın.
Davamı →

Yuxu və dərs

yuxu və dərsTəhsil sahəsində araşdırmalar aparan beynəlxalq ekspertlər qrupunun gəldiyi rəyə əsasən, yuxu çatışmazlığı şagirdlərin məktəbdə geriləməsinin əsas səbəblərindən biridir.

Yuxu ekspertləri problemi məktəblilərin hətta yataqda olarkən belə mobil telefon və kompüterdən istifadə etmələrilə bağlayırlar.

Alimlər şagirdlərin riyaziyyat, ədəbiyyat və fiziki tərbiyə üzrə nailiyyətlərini, həmçinin onların neçə saat yatmalarını təhlil ediblər.

Daha az yatan uşaqların daha aşağı, yuxusu normasında olan uşaqların isə daha yükcək nailiyyətlər əldə etdiyi məlum olub.
Ardı →

27. Yuxusuzluq səbəbindən törənmiş narahatçılıqdan necə azad olmalı

Yuxunuz yetərincə olmadıqda narahat olursunuzmu? Onda sizin üçün həyatı boyu bir dəfə də olsa, rahat yata bilməyən dünya miqyasında ən məşhur hüquqşünas Semyuel Untermeyer barədə bilməyiniz maraqlı olacaqdır.
Sem Untermeyerin kollecə daxil olduğu ərəfədə onu iki nasazlıq narahat edirdi: astma və yuxusuzluq onu üzürdü. Görünür, bu vaxtadək xəstəliklərini müalicə edə bilməmişdi. Ona görə də qərara gəlmişdi ki, bu halından məqsədyönlü istifadə etsin, yəni öz yuxusuzluğundan faydalı istifadə etməyə çalışsın. Bütün gecəni ayıq qalıb yataqda çevrilərək əsəb sarsıntısı keçirməkdənsə, o, qalxaraq məşğul olmağı üstün tutmuşdu. Bəs nəticə?
Nəticədə onun biliyi bütün fənlər üzrə parlamağa başlamış və onu Nyu-Yorkda kollecin işıqlı ulduzlarından biri kimi tanıtmışdı.
Davamı →