Siqaretə yox deyək

Dünyada tez-tez istehlak edilən tütün məmulatları arasında birinci yerdə olan siqaret, hər il 5 milyondan çox insanın ölümünə səbəb olan son dərəcə zərərli vərdişlərdən biridir. Siqaret bütün dünyada qarşısı alına bilən və yoluxucu olmayan xəstəliklərin və bu xəstəliklərlə bağlı ölümlərin əsas səbəbidir. Siqaret tüstüsünün tərkibində 7000-dən çox kimyəvi maddə var, onlardan yüzlərlə zəhərli və 70-dən çoxu birbaşa kanserogendir. Akkumulyator istehsalında istifadə edilən kadmium, bataqlıqlarda böyük miqdarda olan metan qazı, kimya sənayesində istifadə edilən və zəhərli təsiri ilə tanınan arsenik, pestisid istehsalında istifadə edilən nikotin, soba və su qızdırıcısı zəhərlənməsinə səbəb olan karbonmonoksit qazı kimi bir çox zərərli komponentlər, boya sənayesində istifadə edilən ammonyak birbaşa siqaret tüstüsü ilə bədənə salınır. İnsan sağlamlığına son dərəcə mənfi təsir göstərən bu zəhərli kimyəvi maddələr arasında insektisid kimi istifadə edilən nikotin adlı maddə də sinir sisteminə güclü stimullaşdırıcı təsir göstərir. Nikotinin bu xüsusiyyətinə görə siqaret çəkənlərdə zamanla nikotindən psixi və fiziki asılılıq yaranır.

Siqaret çəkmək sizin sağlamlığınıza bütünlüklə ziyandır. Xərçəng, ürək-damar xəstəlikləri, tənəffüs problemləri, cinsi fəaliyyətdə passivlik, böyrək xəstəlikləri, depresiya, adaptasiya problemi, beynn fiziki və psixoloji olaraq passivləşməsi, diabed və bir çox xəstəliklərə yol açır. 

Bəs siqaretı atdığınızda hansı üstünlükləri olacaq ?

— 20 dəqiqə ərzində qan təzyiqi normala qayıdır
— 8 saatdan sonra qanda karbonmonoksit səviyyəsi azalmağa başlayır və qanın oksigen sıxlığı artır.
— 24 saatdan sonra siqaret istifadəsi ilə 4 dəfə artan infarkt riski azalmağa başlayır.
— 48 saatlıq müddətin sonunda sinir uclarının zədələnməsi azalır, dad və qoxu hissləri yaxşılaşır.
— 2 həftə ilə 3 ay arasında qan dövranı yaxşılaşır; ağciyər tutumu 30% artır. Gəzmək, məşq etmək, pilləkənlərə qalxmaq daha asan olur.
— 1 aydan 9 aya qədər sinuslarda və ağciyərlərdə ifrazat azalır; daha sağlam nəfəs təmin edilir və insan özünü daha enerjili və güclü hiss etməyə başlayır.
— Siqaretsiz ilin sonunda həm ürək, həm də damar strukturları xeyli yaxşılaşır və koronar arteriya xəstəliyi riski yarıya qədər azalır.
— 5 ilin sonunda ağciyər xərçəngindən ölüm riski iki dəfə azalır… Ağız, boğaz, yemək borusu, mədəaltı vəzi, sidik kisəsi və böyrəklərlə əlaqəli xərçəng riskləri azalır.

Siqareti tərgitmə mərhələsində peşəkar kömək istəməyi laqeyd yanaşmayın.
 

0 şərh