Günəbaxan tumunun faydalarını bilirsinizmi?

Günəbaxan tumunun tərkibi:100 qram günəbaxan tumu 584 kcal edirki,bununda əksər hissəsi bədənimiz üçün prioritet(daha vacib)olan yağ və zülallardan gəlir.100 qram günəbaxan tumun tərkibində 51 qram yağ,21 qram zülal,19 qram karbohidrat var.100 qram günəbaxan tumu günlük e vitamini ehtiyacımızın 235 % ni,b1 vitamini(tiamin) ehtiyacımızın 123 %ni,b6(pyridoxine) vitamini ehtiyacımızın 79 %-ni,b9(folat) vitamini ehtiyacımızın 57 %-ni,b3(niasin) vitamini ehtiyacımızın 52 % ni,b2(riboflavin) vitamini ehtiyacımızın 27 % ni,b5(pantothenic acid)vitamini ehtiyacımızın 23 % ni qarşılayır.

Günəbaxan tumunun tərkibində bədənimiz üçün vacib olan elementlərdən biri choline(kolin)də yer alır.Choline rəngsiz maddə olub bədən və beyin sağlamlığımız üçün vacib elementlərdən biridir.100 qram günəbaxan tumu günlük choline ehtiyacımızın 10% ni qarşılayır.Günəbaxan tumunda həmçinin bir miqdar c vitamini də vardır(günlük ehtiyacımızın 2 % i qədər).

Günəbaxan tumu vitaminlər ilə zəngin olduğu qədər minerallarla da zəngin bir qidadır.Onun tərkibində mis mineralı(qan üçün çox faydalı bir mineral)xeyli zəngindir.Bundan başqa günəbaxan tumunda xeyli miqdarda manqanez(günlük ehtiyacımızın 90 faizə yaxını-100 qramında),selenyum mineralı(günlük ehtiyacımızın 96 faizi),sink mineralı(günlük ehtiyacımızın təxmini 50 faizi),dəmir(günlük ehtiyacımızın təqribən 30 faizi),maqnezyum və potasyum(günlük ehtiyacımızın 26 faizi),fosfor(günlük ehtiyacımızın 14 faizi),bir miqdar da kalsiyum vardır(günlük ehtiyacımızın 5-6 faizi)vardır.

Günəbaxan tumunun faydaları

Günəbaxan tumunun bədənimiz üçün bir çox faydası vardır.

1)Günəbaxan tumu mineral və vitaminlər ilə ən zəngin qidalardan biri hesab edilir.

2)Antioksidantlar cəhətdən xeyli zəngindir.

3)Qanda xolestrin miqdarının aşağı düşməsinə kömək edir

4)immun sisteminin güclənməsinə kömək edir.

5)Dırnaq və saçlar üçün çox faydalıdır.

6)Hormonal balansın qorunmağına kömək edir.

7)Tox tutmaqla çəki salmağa kömək edir.

8)Mədə bağırsağın düzgün işləməyinə kömək edir.

9)Tərkibində beyin və bədən sağlamlığımız üçün faydalı yağlar vardır.

10)Bədənimiz üçün çox faydalı olan maqnezyum və selenyum kimi minerallarla zəngindir.

11)Əsəbləri sakitləşdirici təsiri vardır.
 

0 şərh