Vitamin çatışmazlığının həlli
Sizinlə paylaşmaq istədiyim bu resepti mart-aprel aylarınadək qəbul etmək lazımdır. Bu qarışım vitamin çatışmazlığı zamanı çox böyük dərmandır. Bundan əlavə, hamiləlik dönəmində də istifadə etmək olar. Bu zaman uşaq ana bətnində bu vitaminlərlə qidalandığı üçün onda raxitlik əlamətlərinin büruzə verməsi faizi aşağı düşür.
Tətkibi:
- 100 qr qara kişmiş
- 100 qr qaysı (quru ərik)
- 100 qr qara gavalı
- 100 qr əncir qurusu
- 100 qr qoz ləpəsi
- 100 qr bal
- 1 ədəd limon
Qoz qabıqlı olmalıdır. Onu qabıqdan təmizlədikdən sonra ölçün ki, 100 qr olsun. Qozun tərkibində bol miqdarda Omeqa-3 yağı var və daha yaxşı olar ki, ləpə halında almayasınız. Bal və qoz ləpəsindən başqa bütün ərzaqları ətçəkən maşından keçirin. Qozu isə bıçaqla xırda-xırda doğrayın. Üzərinə bal əlavə edib qarışdırın.
Alınan kütləni mütləq şüşə qabda və soyuducuda saxlayın. Hər gün yeməkdən 30 dəqiqə əvvəl bir yemək qaşığı qəbul edin.
0 şərh