Uşağınız dırnağını yeyirsə...

Dırnaq yemə vərdişi özünü daha çox daxildə baş verən bir gərginliyin xaricdə əks etməsi kimi göstərir. Bəzən isə bu vərdiş uşağın ətrafındakı hər hansı fərdi model kimi qəbul etməsi nəticəsində ortaya çıxır. Hər şeydən əvvəl deyək ki, bu vərdiş 3 - 4 yaşlarından müşahidə olunmur, hətta müşahidə olunsa belə, qısamüddətli xarakter daşıdığı üçün ciddi bir problem kimi qəbul edilmir. Bir davranış pozğunluğu kimi isə dırnaq yemə vərdişi əsasən 3 - 4 yaşlarından sonra müşahidə edilir.
Bu cür vərdişin ortaya çıxması üçün əsas səbəb stresdir. Böyüklər üçün olduğu kimi, uşaqlar üçün də stres mənbəyi müxtəlifdir. Məsələn, qardaş və ya bacı qısqanclığı, ifrat avtoritar valideyn mövqeyi, boşanma, vəfat və s. kimi "mənbələr" uşaqlarda stresə, nəticə etibarı ilə də dırnaq yemə vərdişinə səbəb ola bilər. Nəticədə, dırnağını yeyən uşaq dırnaq yeməyi təkcə bir "təsəlli" kimi qəbul etmir, həm də onu şüuraltına işləyir. Ona görə də, bu problemlə qarşılaşan valideynlər, hər şeydən əvvəl, bu vərdişə səbəb olan əsas "mənbəyi" müəyyən etməlidirlər. Bundan başqa, uşağa onu bu vərdişdən uzaqlaşdıracaq bəzi məşğuliyyətlərin aşılanması da müalicə prosesini sürətləndirə bilər. Digər tərəfdən, valideyn müalicə prosesi üçün işə bu hərəkətin uşağın sağlamlığına zərərli olduğunu xatırlamaqla da başlaya bilər. Ancaq bu "xatırlamalar" tez - tez baş verməməli, həmçinin bir və ya iki dəfəni keçməməlidir. Bundan başqa, dırnağını yeyən uşağı bu hərəkərindən çəkindirmək üçün birbaşa xəbərdarlıqlara (bunu başqa cür "əmr cümlələri" kimi də ifadə etmək olar) son qoyulmalıdır. Çünki, "Dırnağını yemə!", "Əlini ağzından çək!" və s. kimi birbaşa xəbərdarlıqlar br hərəkəti azaltmaq əvəzinə əksinə daha da artırır.

Digər tərəfdən, valideyn bu xəbərdarlıqlarla hiss etmədən dırnaq yemə vərdişini uşağın şüuraltına yerləşdirir. Çünki qulaq vasitəsilə eşidilən hər şey nəticə etibarı ilə şüuraltına yerləşir. Dırnaq yemə vərdişi bu şəkildə şüuraltına yerləşdiyi üçün uşaq hər hansı bir məşğuliyyət tapmadıqda (burda başqa vəziyyətlər də ola bilər) uşaq dırnaq yemə vərdişini xatırlayır  və uşaq dırnağın yeməyə başlayır. Buna görə də, ən yaxşısı dırnağını yeyərkən uşağınızın diqqətini yayındırmaqdır. Məsələn, "Televizorun səsini artıra bilərsənmi?", "Bir stəkan su gətirə bilərsənmi?" və s. kimi cümlələr uşağınızın diqqətini yayındıra bilər. Digər tərəfdən, dırnaq yemə vərdişini unutdurana qədər, ya da başqa sözlə şüuraltından silənə qədər bu "əməliyyatları" davam etdirə bilərsiniz. Əgər bu şəkildə problemin qarşısını ala bilməsəniz və ya dırnaq yemə vərdişinə səbəb olan "mənbəyi" müəyyən edə bilməsəniz, bir mütəxəssisdən kömək ala bilərsiniz.


Mənbə: Ailəm jurnalı
 

3 şərh

məryam
Bizde heyetde bir qizda var idi. Oda eleydi. O birisi qiz ona baxib oda bashladi. Maraqli melumatdi. Teshekkurler.
Arzt
Bu vərdişin maraqlı tərgitmə üsulu var. Barmaqlara acı bibər çəkirsən və hər dəfəsində dırnaq yeyilməyə çalışdıqda acı ilə əlaqədar bir müddət tormozlanır və nəticə etibarı ilə sonda unudulur.
2ral
Indi acı dad dəndədir. Ona görə dırnağa acı istiot vuranda uşaqlar duzlu çips əvəzinə dırnaqlara girişəcək:)