Dodaq yemə vərdişi

Dodaq və yanağın daxili hissəsini yemə vərdişi kiçik yaşlarda başlayır. Bir insanda bu vərdiş varsa həyatının əsas hissəsində və ya müəyyən bir yaşa gələnə qədər davam edir. Bu vərdişin irəliləyən yaşlarda insanın bir hissəsi olduğu da ortaya çıxır. Vərdişə səbəb olanlar arasında psixoloji, şəxsi, sağlamlıq problemləri böyük rol oynayr.
Özünə inamsızlıq ya da qorxu hissinin yüksəlməsi insanı bu tərz vəziyyətə sala bilər. İmtahan stresi yaşayan uşaq, ana və atasından həmişə töhmət alan uşaq, maddi problemi olan bir insan bu vərdişlə diqqətini yayındırmaq istəyir. Digər nümunə; doğru qidalanmadığı üçün dodaqları çatlayan insanlar da dodaqlarındakı çatları dişləyərək bunu vərdiş halına gətirilər.

Vərdişin əmələ gəlməsinə səbəb kimi çox şey saya bilərik, ancaq bu vərdiş varsa onda diqqətli olmaq lazımdır. Bu vərdişi əmələ gətirə biləcək pis vəziyyətlər və xəstəliklər bunlardır; dodaq xərçəngi, dad ala bilməmə problemi, dodaq hissində azalma, ağız qoxusu, xarici görünüşdəki dəyişikliklərlə gələn psixoloji problemlər. Bu saydığımız nəticələr olduqca ciddi və insan həyatına təsir edən səbəblərdəndir. İndi bu vərdişdən xilas olmaq yollarına baxaq. Dodaq yemə vərdişni necə tərgidə bilərik? Deyə soruşduğunuzu «eşidirəm».

Bu mövzu fədakarlıq da tələb edir. Əvvəlcə məqsədli olun və «mən bir daha əsla dodağımı yeməyəcəyəm» sözünü deyin. Vərdişlərdən çox asanlıqla əl çəkmək olmur, ancaq fədakarlığınız sayəsində azad ola bilərsiniz.


Davamı →

Yeni günə daha xoşbəxt və güclü bir şəkildə başlamaq üçün 7 təsirli üsul | Uğurlu Günün sirləri


# 1: Tez  Yat, Tez  Oyan

Günə pozitiiv və enerjili bir şəkildə başlamaq üçün edə biləcəyiniz ilk və əsas addım məhz budur. Atalarımız tez duranların qabağa düşdüyünü deyəndə haqlı idilər. Bundan əlavə, yalnız erkən qalxmaq deyil, həm də vaxtında yatmaq da çox vacibdir. Günə daha xoşbəxt və sağlam başlamaq istəyirsinizsə, hər gün eyni saatda yatıb oyanmağı vərdiş halına çevirin.

 Ancaq yuxu saatı insanın yaşından və bioloji xüsusiyyətlərindən asılı olaraq da dəyişə bilir. Kiminə günlük 5-6 saat kifayət edərkən, kiminə də 7 saat belə az gəlir. Öz bədəniniz tanıyıb ona görə tənzimləməkdə fayda var.

# 2: Günə 1 stəkan saf su ilə başlayın

Təxminən 7-8 saat sizinlə yatmış və susuz qalmış bədəni, onun maddələr mübadiləsini oyatmağın ən yaxşı yolu günə bir stəkan su ilə başlamaqdır. İstər isti, istərsə də soyuq olsun, günə 1 stəkan su ilə başlamaq maddələr mübadiləsini oyadacaqdır.

Bir daha xatırladaq ki, bədən və beyninizin 70%-dən çoxu sudan ibarətdir.

Bonus: Bağırsaq probleminiz varsa, səhərlər 2 quru gavalı və 1 stəkan ilıq su bütün gününüzü yaxşılaşdıracaq.

 


Davamı →

Həyatınızı daha yaxşıya doğru dəyişmək üçün 10 faydalı vərdiş


Həyatınızın daha yaxşıya  doğru dəyişmək istəyirsinizsə, bəzi sadə vərdişlər sizin köməyinizə çatacaqdır. Sizin üçün həyatınızı dəyişə biləcək 10 faydalı vərdişi bir araya topladıq. Budur həyatı dəyişəcək 10 vərdiş!

Əgər yaşadığınız həyatda olduqca qeyri-sabit, səliqəsiz və heç bir səy göstərməyən bir insansınızsa,, sizin  üçün dəyişiklik etmək və inkişafa doğru addımlamaq . Əgər belə bir həyat yaşamaq istəmirsinizsə, sadə vərdişlər əldə etməklə başlaya bilərsiniz.


Davamı →

Təxirəsalma vərdişi

İnsanlar niyə görəcəkləri işləri təxirə salır? Yaşanılan daxili və emosional çatışmazlıqlar görüləcək işləri təxirəsalmağa səbəb ola bilir. Məsələn fəaliyyət göstərdiyiniz iş yerindən razı olmadıqda bəzi işlərinizi təxirə sala bilirsiniz. Bu vərdişin əsası məktəb vaxtında tam başa düşmədiyiniz, xoşlamadığınız dərsləri oxumayıb təxirə saldığınız zaman qoyulur.

1. Xarakterik xüsusiyyətlər
Araşdırmalar nəticəsində məlum olub ki, pessimist, hər şeyə pis yöndən yanaşan, həmişə ən pisi gözləyən insanlarda təxirəsalma vərdişi daha tez-tez yaşanır. “Məndən bir şey olmaz” tərzli mənfi fikirlər düşünən insanlar təxirəsalmağa daha çox meyilli olurlar.
Davamı →

Yoxsulluğa proqramlaşdıran 7 vərdiş

Bilirsinizmi ki, vərdişlərimiz fiziki və emosional vəziyyətimizə təsir edir, davranışlarımız həyatımızı proqramlaşdırır, hətta maddi durumumuzu müəyyənləşdirir. Hətta elə vərdişlər var ki, onları vaxt itirmədən tərgitməli və hər vəchlə özümüzdən uzaqlaşdırmalıyıq. Məsələn, vərdiş halına çevrilən 7 xüsusiyyət var ki, onlar nəinki insanın yoxsulluğundan xəbər verir, hətta insanı ona proqramlaşdırır.

1. Özünə yazığı gəlmək
Özünə mərhəmət hissi taleyində yaşanmış uğursuzluqlara təəssüflənməklə başlayır. Nə bədən quruluşu, nə siması, nə maaşı, nə mənzili ürəyincə olur. Hər xırda problem, uğursuzluq özünə yazığın gəlməsi üçün bəhanə ola bilər. Özünə yazığı gəlməyi vərdiş halına gətirən insanlar tezliklə ətrafdakıların gözündən düşür. Nəticədə bütün yaxşı əlaqələrini itirir, karyerada uğur əldə edə bilmir. Əlbəttə ki, zavallıya yazığı gələn tapılar. Lakin həmin zavallı unutmamalıdır ki, həyatda özünə yazığı gəlməklə işini bitmiş saymamalıdır. Boş dayanmamalı, hansısa şirkətin zəng edib onu işə çağırmasını gözləməməlidir.
Davamı →

Uşağınız dırnağını yeyirsə...

Dırnaq yemə vərdişi özünü daha çox daxildə baş verən bir gərginliyin xaricdə əks etməsi kimi göstərir. Bəzən isə bu vərdiş uşağın ətrafındakı hər hansı fərdi model kimi qəbul etməsi nəticəsində ortaya çıxır. Hər şeydən əvvəl deyək ki, bu vərdiş 3 — 4 yaşlarından müşahidə olunmur, hətta müşahidə olunsa belə, qısamüddətli xarakter daşıdığı üçün ciddi bir problem kimi qəbul edilmir. Bir davranış pozğunluğu kimi isə dırnaq yemə vərdişi əsasən 3 — 4 yaşlarından sonra müşahidə edilir.

Ardı →