Turgenevin sevgisi

  • Sevgi
Polina ViardoXəyallar qədər qeyri-adi görünən bu macəra 40 il davam edib və iki görkəmli insanın ən güclü sevgi bağlılığı kimi bu günədək misal çəkilir. Turgenev bütün ömrünü “Polina ilə görüşənədək” və “Polina ilə görüşdükdən sonra” mərhələlərinə bölür. Böyük opera artisti, kifir və ərli qadın olan Viardonu “Turgenev üçün narkotik” adlandırırdıar.

Onu bircə sözlə – “sirena” (qədim yunan əsatirində: dəniz pərisi – tərc.) adlandırmaq daha doğru olardı. Müğənninin amiranə, sehrli səsi və qeyri-adi səhnə temperamenti (“qaraçı”, – Turgenevin anası onu belə adlandırırdı) var idi.

“Mən sizdən uzaqda yaşaya bilmirəm. Mən sizin yaxınlığınızı hiss etməli, ondan zövq almalıyam. Gözlərinizin mənə parlamadığı gün – itirilmiş gündür”, – o, əvəzində heç nə istəmədən Polinaya yazırdı.

Yazıçı həmişə ya Viardogildə, ya da onun evinin yaxınlığında yaşayar, Avropanın yalnız Polinanın qastrola getdiyi ölkələrinə səyahət edərdi. Turgenevi vətənpərvər olmamaqda (həqiqətən də o, Rusiyada çox az-az olurdu) və gələcəyi olmayan bu mənasız münasibətə son qoymağa iradəsi çatmadığı üçün suçlayaraq amansızcasına tənqid edirdilər.

Viardo haqqında çox vaxt ömrünün sonunadək ailə xoşbəxtliyini dadmayan yazıçını özünə bağlamış xudpəsənd xanım kimi danışırlar. Ancaq Turgenev təhkimli kəndli Avdoti İvanovadan olan qızı Pelageyanı (sonradan Polett) məhz Viardonun evinə gətirir və Viardo onu məhz öz qızı kimi böyüdür.

Viardo Turgenevin xatirinə rus dilini öyrənir, bütün konsertlərinə rus romansları daxil edirdi. Ağır xəstə olan İvan Sergeyeviç gözlərini məhz onun qollarında yumur, yazıçı son hekayə və məktublaarını məhz ona diktə edir. Turgenevin cənazəsini də dəfn olunmaq üçün Rusiyaya məhz Viardonun qızı aparıb.
 

0 şərh