Рейтинг
+138.94

Sevgi

97 üzv, 244 topik

Sevgi, qadın, kişi...

  • Sevgi

Sevgi nədir? Əslində sevgi yalnızca baş-başa qalmaq istəyi deyil. Birlikdə olmaq istəyidir. Hər şeyi paylaşmaq istəyidir. Əgər cütlük ikilikdə darıxırsa deməli ilişgidə problem var. Sevgililərin ən böyük səhvi danışmamaqdır. Kimisə anlamaq üçün onunla danışmaq lazımdır. Susaraq anlaşmaq fikri yanlışdır. Və yalnız o zaman keçərlidir ki, susmaq lazımdır. İnsanlar çox vaxt tərsinə edirlər. Danışmaq lazım olanda susurlar. Ortada anlaşılmazlıq varsa onu danışaraq, açıqca hər şeyi söyləyərək çözmək olar. Örtülü bazar dostluğu pozar.
Cütlüyün ilişgisi əsgərlik arxadaşlarından, iş yoldaşlarından seçilmirsə münasibət dostluğa çevrilir. Sevgililər yalnız dost ola bilməz. Ola bilsəydi anlayışların adları başqa – başqa olmazdı. Birinə dost, birinə sevgili deməzdik. Bütün ilişgilərdə dostluq olmalıdır fikrinin motivi başqadır. Çünki bunun əksini də demək olar. Bütün ilişgilərdə sevgililik olmalıdır. Dostunu sevməlisən. Absurd səslənir. Dostu sevmirsənsə necə dost ola bilərsən. Sevgiliylə dost olmaq doğaldır. Dost deyilsənsə necə sevgilisən?!


Ardı →

Sevgi mesajlari

  • Sevgi
1. Sənə bu mesajı deyil ürəyimi yollamaq istərdim,
telefonu deyil əlimi tutmanı istərdim,
mesaja deyil gözlərimə baxıb səni sevirəm deməni istərdim.

2. Bu mesajı oxudunsa, mənə heyransan. Vecinə deyilsə, məni sevirsən. Cavab versən, mənsiz yaşaya bilmirsən. Cavab verməsən, mənə vurğunsan. Görək indi nə edəcəksən?

3. Dünyada bir çox insan var. Bəzisi duyğulu bəzisi duyğusuz, bəzisi qorxulu bəzisi qorxusuz. Bəzisi ağlayıb bəzisi gülür amma gözəlliklərə və xoşbəxtliyə layiq olan bir insan var o da indi mesajımı oxuyur.

4. I love your eyes
Çünki onlar very nice,
bir anlıq look at me
ondan sonra dont forget me,
qəlbim tic-tac for you
because i love you!
Ardı →

Gənc qız+yaşlı kişi

  • Sevgi

Nəyə görə cavan qızlar yaşca böyük kişiləri seçirlər? Bəziləri bunu anlamırlar. Əsasən də cavan oğlanlar. Yaşlı valideynlər, nənələr babalar isə sadəcə qəmli ah çəkirlər: “Onlarda nə tapıblar axı? Bu kişilərdə cəlbedici nə var axı?” Öz həyat tarixi olan, ömrününü yarısını yaşamış, artıq ailəli olmuş, kifayət qədər qayğıları olan bir kişi. Hətta övladları belə var. Yəqin ki, sağlamlıqla bağlı problemləri də olacaq. Seksual aktivlikdən söz belə gedə bilməz. Onun öz vərdişləri və həyata baxışı var. Onları heç vaxt dəyişməyəcək. Qıza isə yalnız onlara uyğun yaşamaq qalır. Yəqin ki, bu cür kişi ilə yaxşı əylənmək, sinif yoldaşlarınla görüşə getmək də olmaz. Bəs o kişidə yaxşı nə var?


Ardı →

Erotik çalarlar

  • Sevgi
Bu,heç də göydəndüşmə deyil və münasibətlər psixologiyasının şah damarıdır. Ona görə ki, məhəbbətin ilkin qığılcımları alışana qədər müəyyən cinsi həvəs əlamətləri özünü büruzə verməlidir. Bir az açıqlasaq, intim yaxınlıq məhəbbətin apogeyidir — desək yanılmarıq və ər-arvad (bu, sonrakı mərhələdir) bağlılığının əsasında durur. Yeniyetmələrdə isə erotik fantaziya özünü o vaxt diktə eləyir, onlar artıq diqqət mərkəzindədir, yaxud buna cəhd göstərir, ətrafı duyur, fikrən həyat çalarlarını təsəvvürlərində canlandırırlar. Bu isə zəruri və normal haldır. Maraqlıdır, bu dövrdən də irəli getmək lazım gəlir. Necə deyərlər, ilk məhəbbət əlamətləri (əlbəttə, bəsit formada, qeyri-şüurlu) bağça yaşlarında özünü göstərir və xüsusilə, oğlan uşağı intuitivcəsinə düzgün hərəkətdə bulunur: xoşuna gələn qıza oyuncaq gətirir, naharda almasından pay verir, ikilikdə həyətdə oynamağı təklif eləyir və sairə. 12-13 yaşlarında bu cür məhəbbət erotik çalar doğurur, məhəbbətin obyektinə (predmetinə) yaxınlaşmaq əlamətinə çevrilir. 5-6-cı siniflərdə qızlar və oğlanlar bir-biriylə şıltaqlıq eləyir, dəftərlərini götürüb vərəqlərini cırır, saçlarının rənginə «sataşır» və beləliklə, onlarda oyanma başlayır, əməlli-başlı gizlin yazışmalar gəzib-dolaşır ciblərdə, kitablar arasında. Xarakteriki odur ki, bu yaşlarda onlar məhəbbəti az-çox anlasalar da, utanırlar, həm valideynlərindən, həm də məktəbdən…
Davamı →