Xroniki sistit haqqında

Xroniki sistit sidik kisəsinin iltihabıdır. Qadınlarda çox tez – tez rast gəlinməsinə baxmayaraq kişilərdə və uşaqlarda çox az rast gəlinən xəstəlikdir. Səbəblərinə gəldikdə bakterial sistit, göbələk mənşəli, virus mənşəli, xroniki çanaq ağrıları, sidik kisənin leykoplagiyası, cinsi əlaqədən sonrakı sistit… və. s. olur.  Göründüyü kimi sidik kisənin iltihabının səbəbləri, formaları müxtəlifdir və onların arasında xroniki sistit yoxdur. Xroniki sistit sadəcə olaraq sidik kisənin iltihabı xəstəliklərinin ümumiləşmiş adıdır. Tam detallarına qədər ayırd etməyə çalışsaq görərik ki, bunlar sidik  kisəsinin iltihabı ilə müşaiyət olunan ayrı – ayrı xəstəliklərdir və hər birinin ayrı – ayrılıqda spesifik müalicəsi var. Amma belə pasientlər necə və hansı müalicəni alır? – əlbəttə ki, hamısı eyni cür. xroniki sistit
Əgər sidik kisədə yaxud sidik cinsiyət yollarında həqiqətən də bakteriyalar varsa bu qədər antibiotiki içməklə onlar niyə tələf olmur? Yaxud onlar necə sağ qalırlar ?
Xroniki sistit olan xəstənin müayinəsi – diaqnostika.Xroniki sistit müalicəsi birbaşa onu yaradan səbəbdən asılıdır. Ona görə də həkimin birinci işi infeksion faktorun olub – olmamasını müəyyən etməkdir. Bunu üçün sidiyin ümumi analizi, sidiyin əkilməsi, sidik – cinsiyyət yollarından cinsi yolla yoluxan xəstəliklərin müayinəsi vacibdir. Ssistitli xəstələrdə demək olar ki, həmişə sidikdə leykositlərin miqdarı çox olur, sidikdə bakteriya tapılır. Bir çox hallarda sistoskopiya müayinəsi aparılır.
Xroniki sistit zamanı sistoskopiya.
Sistoskopiya – yüksək dəqiqlikli görüntü verən kamera ilə təchiz olunmuş cihazla – sistoskopla aparılır. Vena daxili keyitmə altında sidik kanalından sidik kisəyə girməklə sidik kisə divarlarının daxildən vizual müayinəsidir. Sistitin müxtəlif mərhələlərində, müxtəlif formalarında, yaxud sidik kisənin digər xəstəliklərində sistoskopik mənzərə fərqli olur. Bəzən sistoskopiya zamanı sidik kisə divarında kiçik yara – eroziyalar da aşkarlanır. Əgər bu yaralar sidik kisənin ön və yan divarlarında yerləşirsə böyük ehtimalla adi eroziv sistitdir, yaxud sidik kisə xərçənginin başlanğıc mərhələsidir. Əgər sidik axarları proyeksiyasındadırsa ehtimal var ki, xəstədə böyrək və sidik kisə vərəmidir. Bunları fərqləndirmək üçün yara nahiyyəsindən biopsiya ( kiçik hissə ) götürülür və histoloji müayinəyə göndərilir. Vərəmi inkar edən hal böyrəklərdə kasa – ləyən sistemində deformasoiyanın olmaması, sidikdə tuberkuloz törədicisinin olmamasıdır.
Sidik kisədə sistoskopiya zamanı leykoplagiya aşkarlanarsa o nahiyyənin TUR vaporizasiyası olunur. TUR – trans uretral, yəni sidik kanalından keçməklə deməkdir. TUR vaporizasiya leykoplagiya olan hissənin sidik kanalından keçməklə yandırılmasıdır. Leykoplagiya dedikdə sidik kisəni daxildən örtən selikli qişada xoşxassəli dəyişiklik, hissəvi olaraq səthi hüceyrələrin degenerasiyası ( sanki quruyaraq buynuz toxumaya çevrilməsi ) başa düşülür. Hərfi mənada tərcüməsi ” ağ ləkə ” deməkdir. Leykoplagiya haqqında aşağıda ətraflı məlumat verilmişdir.
Xroniki sistit zamanı əlamətlər, yaxud xəstənin şikayətləri. Uroginekoloq Ziyad Əliyev: xəstələrdən eşitdiklərim.
  • ” Həkim, məndə xroniki sistit var, qarnımın aşağısında daima ağrı, sancı var, tez – tez sidiyə çıxıram, neçə ildir müalicə alıram yenə də tam sağalmıram. “
  • ” Doğuşdan sonra mən tez – tez sidiyə çıxıram. Havalar isti olanda bir az yaxşılaşıram, oyuq olan kimi tez – tez sidiyə çıxmaq, gecələr sidiyə durmalar, sidiyə gedəndə yandırmalar başlayır, sidikdə qan olur. Son vaxtlar sidik qaçırmam da olur. Sidik kisəmin daxilinə də dərman yeridiblər xeyri yoxdur, homeopatik dərmanlarla da müalicə aldım heç bir köməyi dəymədi “
  • ” Mənim dərdim xroniki sistitdir, bütün uroloqlarda, ginekoloqlarda olmuşam heç bir effekt yoxdur. Ginekoloq uroloqa göndərir, uroloq ginekoloqa” yazdıqları yalnız antibiotiklərdir, immuniteti gücləndirən dərmanlardır “
  • ” Hər dəfə cinsi əlaqədən sonra məndə sidik ifrazı tez – tez olur, ağrılı olur, qarnımın aşağısında ağrı olur. uzun müddətdir hamilə qala da bilmirəm. Bir neçə gün antibiotik içirəm qismən yaxşılaşıram. Əgər cinsi əlaqədə olsam yenidən təkrarlanır. Ona görə də uzun müddətdir cinsi həyat yaşaya bilmirəm, qorxuram ki, səhəri gün narahatlığım yaranacaq “
xroniki sistit
Həkim uroginekoloq Ziyad Əliyev.
Bax bu cür şikayətləri mən öz pasientlərimdən demək olar ki, hər gün eşidirəm. Onların haqlı olaraq narazı olduqlarını da qəbul edirəm. Əgər bizim hər birimiz onların yerində olsaq, onlara yazılan reseptləri qəbul etsək biz də narazı olarıq.
Bəli, bu xəstələrin əsas şikayətləri tez – tez, ağrılı, yandırma ilə olan sidik ifrazı, sidik kisə boş olduğu halda sidik ifrazına çağırışlar, sidikdə qan olması, sidiyin bulanıqlığı, və.s. Ağrı ola bilər ki, sidik ifrazının əvvəlində, axırında, yaxud bütün sidik ifrazı boyunca olsun. Qan adətən sidik ifrazının axırında olur. Xəstəliyin kəskin mərhələsində bədən hərarəti yüksəlir, ümumi halsızlıq, xəstədə sidiyə gedə bilməmək ola bilir. Belə olduğu halda müalicə yataq şəraitində stasionarda aparılmalıdır.
Xroniki sistit hansı səbəblərdən yaranır?
Sistitin birinci səbəbi infeksiya mənbəyinin olmasıdır. Bu ola bilər sidik kanalı, hara ki, uşaqlıq yolu ( vagina ) çox yaxındır. Xüsusən də sidik kanalı qeyri – tipik, dərində yerləşdikdə. Belə qadınlarda hər dəfə cinsi əlaqədən sonra sistit kəskinləşir. Həmçinin böyrəkdən sisik kisəsinə infeksiyanın yayılması mümkümdür, o halda ki, böyrəkdə daş var, hidronefroz var. Həmçinin sidik kisənin özündə daş olduqda, sidik kisə divarında divertikul ( yırtığabənzər qabarmalar ) olduqda da bu mümükndür. Belə ki, həm daşın özündə həm divertikulda həm də hidronefroz zamanı böyrəkdə sidiyin ləngiməsi olduğu üçün, orada bakteriyalar asanlıqla artır çoxalır, daimi infeksiya mənbəyi rolunu oynaya bilər. Buradan da sənin üçün sistit hazırdır. Heç soyuqdəyməyə də ehtiyac yoxdur.
İkinci əsas səbəb kimi sidik kisəsi selikli qişasının bakteriyalara dözümlülüyünün olmamasıdır. Sanki sidik kisənin özünün immuniteti zəifləyir, selikli qişası nazikləşir. Burada söhbət ümumi orqanizmin immunitetindən getmir. Bu hal ən çox rast gəlinir cinsi yolla yoluxa bilən müxtəlif viruslara yoluxan, hipoestrogenemiyalı ( cinsiyyət hormonları aşağı olan ), sidik kisə və sidik kanalında polip olan xəstələrdə.
Sidik kisəsinin leykoplagiyası. Həqiqi leykoplagiya çox nadir xəstəlikdir və sidik kisənin xərçəng önü xəstəliyi kimi qəbul olunur. Bizim söz açdığımız leykoplagiya isə sırf histoloji olaraq müəyyən edilən metoplaziyadır. Yəni, sidik kisəni daxildən örtən epiteli təbəqəsinin uzunmüddətli iltihabdan sonrakı xoşxassəli dəyişikliyidir. Bir çox hallarda sidik ifrazında dəyişikliklərlə özünü göstərir. Məhz ona görə də bu xəstələr xroniki sistit adı altında müalicə alırlar.
Bir daha xroniki sistit nədir sualına qayıdaq.
“Xroniki sistit” adı aldında uzun müddətdir müalicə olunan pasientlərin əksəriyyəti demək olar ki, antibiotiklərin çoxunu yaxşı tanıyır, hətta o qədər öyrəşib ki, həkim təyinatı olmadan özünü narahat hiss etdikdə aptekdən alır və müvəqqəti sağalır. Hələ deyir ki, doktor, göbələk əleyhinə dərman da alıram hər dəfə. Belə pasientlərlə söhbət edəndə görürsən ki, artıq heç bir həkimə heç bir dərmana inamı qalmayıb. İnanmır ki, onu müalicə etmək mümkündür. Bəli,bütün günahlar qeyri – düzgün diaqnozdadır. Bir düşünək, əgər biz müalicə etmək istədiyimiz xəstəliyi xroniki adlandırırıqsa, belə çıxır ki, biz onu xroniki, yəni daima müalicə etməliyik. Məsələn, xəstə sidik analizi verib, bakteriyalar, iltihabı əlamətlər aşkarlanıb. Bakeriyaların antibiotikə yüksək həssaslığı da olub. Bəs niyə müalicə olunub qurtaran kimi əlamətlər yenidən təkrarlansın? Nəyə görə bir az soyuq olan kimi, yaxud azacıq duzlu, turşulu yemək yedikdə, alkoqollu içdikdə əlamət yenidən yaransın ki?
Cavab çox sadədir, xroniki sistiti müalicə etmək istəyiriksə xroniki sistitin yaranmasına şərait yaradan faktorları ləğv etməliyik. Biz sistitin törədicisini tapıb düzgün müalicə yazsaq, sistit sağalacaq. Lakin o törədicinin ora düşməsinə şərait yaradan faktoru ləğv etməsək sistit daima təkrarlanacaq. Bir misal çəkim. Qadınlarda cinsi əlaqədən sonra sistit əlamətləri çox tez – tez rast gəlinir. Əgər biz olnara müalicə yazsaq sağalacaq. Lakin yenidən cinsi əlaqədə olduqda o əlamət təkrarlana bilər. Bunun üçün xəstənin cinsiyyət orqanlarına baxış keçirib, hər hansı bir anomaliya, inkişaf qüsurunun olması inkar edilməlidir. Əgər uretra ( sidik kanalı ) qısadırsa, distal yerləşirsə bunları antibiotiklə müalicə etmək faydasızdır. Belə xəstələr əməliyyat olunaraq uretra transpozisiya edilməlidir. Yəni sidik kanalı dərindən daha səthə çıxarılmalıdır ki, cinsi əlaqə zamanı uşaqlıq yolu möhtəviyyatı sidik kanalına keçə bilməsin.
Əməliyyat spinal keyitmə altında aparılır və təqribən bir saat çəkir. Uğurlu nəticəni görmək üçün bir ay səbirli olub cinsi əlaqədə olmamaq məsləhətdir.
Bəzən bir az diqqətli olsaq problem, səthdə, göz qabağında imiş.


Mənbə: androloq.az
 

0 şərh