Xroniki sistit haqqında

Xroniki sistit sidik kisəsinin iltihabıdır. Qadınlarda çox tez – tez rast gəlinməsinə baxmayaraq kişilərdə və uşaqlarda çox az rast gəlinən xəstəlikdir. Səbəblərinə gəldikdə bakterial sistit, göbələk mənşəli, virus mənşəli, xroniki çanaq ağrıları, sidik kisənin leykoplagiyası, cinsi əlaqədən sonrakı sistit… və. s. olur.  Göründüyü kimi sidik kisənin iltihabının səbəbləri, formaları müxtəlifdir və onların arasında xroniki sistit yoxdur. Xroniki sistit sadəcə olaraq sidik kisənin iltihabı xəstəliklərinin ümumiləşmiş adıdır. Tam detallarına qədər ayırd etməyə çalışsaq görərik ki, bunlar sidik  kisəsinin iltihabı ilə müşaiyət olunan ayrı – ayrı xəstəliklərdir və hər birinin ayrı – ayrılıqda spesifik müalicəsi var. Amma belə pasientlər necə və hansı müalicəni alır? – əlbəttə ki, hamısı eyni cür.

Davamı →