Civzələr

Adi civzələr piy vəzilərinin fəaliyyətinin ən çox təsadüf olunan təzahürüdür. Civzələr əsasən cavanlarda, bəzən yaşlılarda da müşahidə olunur..s
Qara civzələr, adətən, civzə səpkisindən sonra əmələ gəlir. Onların əmələ gəlməsinə səbəb piy vəzilərinin ağzını qopan epitel hissəciklərinin tutmasıdır ki, bu da ifrazatın çıxmasını çətinləşdirir. Dəri piyinin parçalanma məhsullarının yığılması və onun içində bakteriyaların çoxalması nəticəsində dəridə və onun daha dərin qatlarında irinli sızanaqlar əmələ gəlir. Bəzən çivzə səpkiləri 20—30 yaşlarında özündən sonra heç bir əlamət qoymadan keçib-gedir. Əksər hallarda psə, ələlxüsus sızanaqlar olduqda dəridə boz-sarı ləkələr və çapıqlar qalır.
Civzələr hormonların, (ələlxüsus cinsmyyət vəzilərinin fəaliyyətinin pozğunluğu və eləcə də mədə-bağırsaq yolunun xəstəlikləri) turşuluğun aşağı, ya yuxarı olması, qəbizlik, müxtəlif mənşəli kolitlər zamanı əmələ gələ bilər.civzələr,sızanaqlar, prişiklər
Civzələr həm xarici, həm də daxilə qəbul edilən dərmanlarla müalicə edilməlidir, ona görə də, civzələrin ilk əlamətləri görünən kimi (hələ sızanaqa keçməmişdən) həkimə müraciət etmək lazımdır.
Müəyyən pəhrizə riayət edilməsi mühüm şərt sayılır. Duzlu xörəklər, spirtli içkilər, kakao, şokolad, heyvan yağları və s. tünd təamlı yeməklər gündəlik qidadan çıxarılmalıdır. Yağsız balıqlar və ət, ağartılar, meyvə və tərəvəz (çiy halda daha yaxşıdır) yemək tövsiyə olunur. Təmiz havada çox olmaq, hər hansı idman növü ilə məşğul olmaq lazımdır. Yayda günün altında çox olmalı, lakin sifətə yağlı krem çəkilməməlidir.
Adi civzələrin bir növü olan papulalı civzələrə daha çox təsadüf olunur. Bu, içərisində ağ, yağlı möhtəviyyatı olan kiçik qabarçıqlardır. Papulalı civzələr gənclərdə az olur.
Gənc oğlan və qızlarda daha çox sızanaqlar olur. Bu infeksiyanın çox tez yayıldığını nəzərə alaraq gigiyenik tədbirlərə daha çox əməl olunmalıdır. Üzü gündə iki dəfə tərkibində kükürd olan sabunla yumaq lazımdır. La­kin sifətinə tüklər çıxan qızlar kükürdlü sabundan istifadə etməməlidirlər. Onlar üzlərini adi sabun və ilıq su ilə yuyub sonra çay sodası (1l suya 1 xörək qaşığı so­da) qatılmış su ilə yaxalamalıdırlar. Üzü nanə və pıtraq kökü dəmləməsi qatılmış (1 l suya 1 çay qaşığı ot qarışığı) su ilə yaxalamaq da yaxşı nəticə verir.
Üzü balaca dəsmalla silmək lazımdır ki, hər dəfə siləndən sonra onu yumaq asan olsun. Üzü yuyandan sonra (və eləcə də bütün gün ərzində) ona dərini yığan vasitə, ya da yağlı dəri üçün olan təmizləyici vasitə çəkmək olar. Gecələr sızanaqlara (əgər həkim heç bir xüsusi dərmanlar təyin edilmibsə) quruducu maddə sürtmək, sızanaqlara qar­şı krem çəkmək, ya da Lassar pastası sürtmək lazımdır.
Sızanaqlar iltihabi xarakter aldıqda günaşırı (7— 10 gün ərzində), ya da hər gün buğ maskası eləmək tövsiyə olunur, Maskanı saxlamaq müddəti 15—20 dəqiqədir. Bu­nun üçün aşağıdakı otlardan dəmləmə hazırlayırlar: çobanyastığı, nanə, sürvə, pıtraq (hərəsindən 1 xörək qaşığı) otlarının üstünə 3 l su töküb 5 dəqiqə qaynadırlar.
Bu maskanı eləməmişdən əvvəl uzü sabunla yuyur, dərini yığan məhlul və üzə quruducu vasitə çəkirlər.
Əgər sızanaqlar vaxtaşırı çıxırsa, onda çobanyastığı, gülümbahar çiçəkləri, qayınağacı qabığı (hərəsindəq 1 xörək qaşığı) dəmləməsi ilə nsti kompres qoymaq yaxşı nəticə verir. Ot qarışığına 3 stəkan su töküb 5 dəqiqə qaynadırlar, 10 dəqiqədən sonra isti kompres qoymaq olar, soyuduqca onları dəyişdirmək lazımdır. Kompreslərdən sonra üz yaxalanır və quruducu məhlul sürtülür.
Sızanaqları deşmək olmaz. Əgər civzələr sızanağa çevrilməyibsə, onları deşmək olar. Bunun üçün həmin yeri salisil spirti ilə dezinfeksiya edir, sonra iynənin ucunu odun üstundə yandırıb civzənin başını deşir və tənzifin ucu ilə onun möhtəviyyatını götürürlər. Çalışın ki, civzəni sıxmayasınız. Bundan sonra həmin yeri yenə də salisil spirti ilə dezinfeksiya edin və yod sürtün.
Dəri qabıq verirsə, üzü sabunla yuduqdan sonra onu üzüm sirkəsi tökülmüş və qliserin əlavə edilmiş su (1 l suya 1 xörək qaşığı qliserin) ilə yaxalayırlar.
Sızanaqların müalicəsi çox mürəkkəbdir və uzun çəkir. O, adamdan hövsələ və həkimin göstərişlərinə dəqiq riayət etmək tələb edir. Belə adamlar müntəzəm olaraq üzlərini kosmetik kabinədə təmizlətməlidirlər.

Peşə civzələri
Peşə civzələri adlanan civzə və sızanaqlar yağlar, qatranlar, laklar və eləcə də bəzi dərmanlar, məsələn, brom, yod ilə təmasda olduqda əmələ gəlir. Bu civzə və sı­zanaqlar xüsusi müalicə tələb edir.
Çəhrayı civzələr
Cavanlarda əmələ gələn adi civzələrdən fərqli olaraq çəhrayı civzələr əsasən 35—50 yaşlı adamlarda və əksər hallarda qadınlarda təsadüf olunur.
Qeyd etmək lazımdır ki, çəhrayı civzələrin adi civzələrlə heç bir əlaqəsi yoxdur və tamamilə ayrı xəstəlikdir.
Çəhrayı civzələr ancaq sifətin ortasında, yəni alın, burun və çənədə, bəzən isə yanaqlarda əmələ gəlir.
Adətən, xəstəlik sifətin qısamüddətli qızarması ilə başlanır ki, bu da isti xörək, spirtli içki, qəhvə, ya da temperaturun kəskinləşməsindən sonra olur Getdikcə qızarma daimi xarakter alır, sifətdə genişlənmiş damarlar görünməyə başlayır. Bu dövr alyanaq dövrü adlanır və xəstəliyin ilk mərhələsi sayılır.
Ikinci mərhələdə xəstəlik sızanaqların əmələ gəlməsi, üçüncü mərhələdə isə adi civzəni xatırladan sızanaq səpkisinin əmələ gəlməsi ilə səciyyələnir. Lakin civzələrdən üstündə qara nöqtələrin və damar pozğunluğunun olmaması ilə fərqlənir.
hipertrofik mərhələ adlanan dördüncü mərhələ burun nahiyəsində yumşaq ziyilə oxşar, burunun formasını tamamilə dəynşən törəmələrin əmələ gəlməsilə səciyyələnir. Belə olduqda burunun yağlı, mumaoxşar dərisində göy-bənövşəyi rəngdə genişlənmiş qan damarları görünür.
Xəstəliyin yuxarıda təsvir etdiyimiz mərhələləri heç də həmişə bu sayaq inkişaf etmir. Xəstəlik birinci, ikinci, üçüncü mərhələdə dayana bilər. Bəzən isə xəstəliyin əlamətlərinin tədricən inkişafı olmadan dördüncü mərhələ başlayır.
civzə (sızanaq)Xəstəlik bəzən konyunktivitin, bəzən isə buynuz qişanın iltihabı kimi fəsadlar verir. Xəstəliyin gedişi uzun çəkir. Qadınlarda aybaşı zamanı xəstəlik şiddətlənə bnlər.
Çəhrayı civzələrin əmələ gəlməsi mədə şirəsi turşuluğunun azalması, ya da artması, onun katarı, qəbizlik, öd axacaqlarının iltihabı və i. a. kimi mədə-bağırsaq yolunun pozuntuları ilə müşayiət olunur. Xəstəliyin inkişafında daxili sekresiya, ələlxüsus cinsiyyət vəzlərinin funksiyasının pozulması da müəyyən rol oynayır. Burun ciblərində, kariyesli dişlərdə və s. olan müxtəlif iltihabi ocaqların da bu xəstəliyə təsir göstərdiyini inkar etmək olmaz.
Çəhrayı civzələrin müalicəsi xəstədən vaxt, ardıcıllıq və hövsələ tələb edir. Ona görə də müalicə nə qədər tez başlasa, onun səmərəsi də bir o qədər çox olacaqdır.
Çəhrayı civzələr xəstəliyində dəriyə qulluq bir qədər çətinləşir, ona görə ki, bu vaxt dəri nəinki gigiyenik və kosmetoloji vasitələri, hətta bəzən su və sabunu da götürmür. Ona görə də əgər həkim heç bir xüsusi vasitə təyin etmirsə, onda üzü yumaq üçün yağlı dəridə çobanyastığı dəmləməsindən, quru dəridə isə çobanyastığı dəmləməsinə bir az kətan toxumu bişməsi əlavə edilmiş sudan istifadə edilir.
Bu xəstəlik zamanı ən vacibi pəhrizə riayət etməkdir. Mümkün qədər qidadan yağlı, ağır yeməkləri, tünd çayı,qəhvəni, spirtli içkiləri, şokoladı, iştahartırıcı ədviyyatları çıxarmaq, mədə-bağırsaq yolunun fəaliyyətinin yaxşılaşmasına çalışmaq lazımdır.
Yuxarıda sadaladıqlarımızdan aydın olur ki, çəhrayı civzələrin əmələ gəlməsi səbəbləri çox, müalicəsi isə çətindir. Ona görə də xəstəliyin öz-özunə keçib-gedəcəyin gözləmək, ya da türkəçarə ilə müalicə olunmaq olmaz. Mümkün qədər həkimə tez müraciət etmək lazımdır.

Mənbə: Gözəlliyin sirri
Müəllif: Barbara Yaroşevskaya

Həmçinin bax: Sızanaqlar

0 şərh