Kişi stilində kobud səhvlər

Son moda tendensiyalarının dalınca getmək qadınlara yaraşar.Hər yeni çıxan geyim,aksessuarlarla oynamaq kişilərin bəxtinə yazılmayıb.Neyləyək,hamısı zəmanədəndir...

Çox rəng.Maksimum 3 rənglə kifayətlənin.Şalvar boz,köynək qırmızı,ayaqqabı qəhvəyi,palto da qonur olanda çox pis olar,əzizlərim.Çalışın alabəzək tutuquşuya dönməyin.
Çoxtəbəqəlilik.Bunu həm qocalar,həm gənc oğlanlar,həm də yekə kişilər edir.Az qalırlar şkafda nə varsa,hamısını geysinlər.Futbolka,köynək,sviter,jiletka,sonra da pencək.Hamısı da bir-birinin altından çıxır.Soyuqdursa,get isti kurtka al,daha niyə özünü pis göstərirsən?
Köhnə ayaqqabı.Əgər əşya öz ideal görünüşünü itiribsə,onu tullamaqdan çəkinmə.Çoxları köhnə,rahat,ayağa öyrəşmiş ayaqqabılarına elə öyrəşir ki,onları atmaq istəmir.


Aksessuarların yanlış seçimi.
Ay kişilər,yadda saxlayın ki,qalstuk,zaponka,portfel,qayış(kəmər),saat bizim haqqımızda çox şeyi deyir,çalışın ona fikir verin.Yalnız bir aksessuar parlaq rəngdə(və ya kostyumun fonunda seçilə) ola bilər.Paltarda və aksessuarda müxtəlif şəkil və naxışların olması da yolverilməzdir.Özü də aksessuarlar lap çox olmamalıdır,yoxsa qaraçı baronuna oxşayarsınız.
Odekolonun çox iyi.Bəzən yaxşı ətir saçmaq istədiklərinə görə kişlər bütün flakonu üstlərinə əndərirlər.Guya ki,onda ətur çox qalır.Bununla həm paltarı xarab edir,həm də ətrafdakıları əsəbiləşdirirlər.
Şalvarın yanlış ölçüsü.Adam bəzən öz-özünə sual verir ki,kişilərin gözü var ya yox?Ya şalvarlar döşəməni süpürür,ya da dizə çatmır.Çalışın ki,gözgüdə özünüzə baxın.


Hündür bel.
Bəzən də şalvarı yuxarı çəkir,göyün yeddinci qatına qoyurlar.Başa düşmürlər ki,onda klouna oxşayırlar.
Divaysları kəmərdə gəzdirmək.Kəmərə mobil telefon,kiçik çanta,pulqabı taxmaq ciddi adama yaraşmır.
Boyunun dibində papaq.Bir də görürsən papağı bərk-bərk boyunlarına dürtürlər və ya qulaqlar iri papaqdan kənara çıxır....

Uyuşmayanı uyuşdurmaq.
Dəri kurtka+idman şalvarı,palto+krossovka.Yenə də nümunə görmək istəyirsinizsə,küçəyə çıxın,görəcəksiniz...
Sandaliya və nəleyinlərlə(şəp-şəp) corab geymək.Daha sözüm yoxdur:-):-):-):-):-)
 

9 şərh

bankir

Bizi düzəltsə deyəsən kayzenin qızları düzəldəcək:-) Davamını gözləyirəm. Yazını bookmarklara düşdü.

papatürk

Burda nəsə yazmaq artıqdır. Daha çox deyilənlərə əməl etmək lazımdır.


Mən indi saydım və gördüm ki,üstümdə 6 rəng var.

təpəgöz
lesyA,sən mənə baxıb bunları yazmısan? :=)
Səbinə
Təklif edirəm ki,evlənməzdən əvvəl hər bir kişi bu postu oxusun.Yazıq Azərbaycan qadınları bunu ərlərinə başa salanacan çox əziyyət çəkməli olur.
IDEAL
Aysel SUPER! Bəzən görürsən ki, tamami ilə qara kostyum və qara ayaqqabı geyiniblər, ancaq nədənsə bu rənglərə uyğun corab tapılmadığından ))) ağ corab geyiniblər. Çox qəribə görsənir.
Kaka

Ala deyəsən bu qızın dünyadan xəbəri yoxdu ala. Şalvar boz,köynək qırmızı,ayaqqabı qəhvəyi bilirsən ki, dünyada ən məşhur moddu bu saat. avropada ən aristokrat gedələr geyinire onu.
Gör nə deyir ala bu qız «Paltarda və aksessuarda müxtəlif şəkil və naxışların olması da yolverilməzdir». Sən deyəsən talkuçkadan başqa heç yerdən paltar almamısan indiyəcən. İndiki bütün brendlərin üstündə onların adına uyğun naxışlar olur.
Bi də bu səbinənin postuna bax «Yazıq Azərbaycan qadınları bunu ərlərinə başa salanacan çox əziyyət çəkməli olur.». Qadınların nniyə görə marağındadır ki, ərləri başqa qadınların qarşısında gözəl görünsün.
Həqiqəti yazdığıma görə yəqin mənə minus verməzsiz. ala deyəsən doğrudan burda qadın mafiyası var e

burla xatun
Çox zövqsüz və ucuz ətir vururlar. Bəzən elə iy gəlir ki,adam əsəbiləşir.elə ucuz murdar ətir vurmaqdansa heç vurmamaq yaxşıdır.
Silen_ce

Balaqları dar şalvarlar və bu dar balağın fonunda çox eybəcər görünən uzun ayaqqabılar.
Bir anlıq ağlıma klounlar gəldi))

mammad
Bizim ister oglanlarimiz isterse de qizlarimizin(cavanlarin) 90% i zovqsuz geyinir.Qalan 10 % de burda ferqli nese geymeye tapmir.Dukan ve magazalarda ag ve qara rengden bashqa paltar yoxdur… o ki qaldi stile ESL  Baki camaati bilir… gorubler cunki…