Yapon qadınlarının gözəllik sirləri

1. Təmizləmə: Amerikali qadınlar makiyajın təmizlənməsinə hər gün 2-3 dəqiqə, rus qadınları isə bu prosesə 4-7 dəqiqə sərf edirlər. Yapon qadınlarının bu təmizləmə prosesi ən azı 20 dəqiqə çəkir ki,bunu ayin də adlandırmaq mümkündür. Əvvəlcə makiyaj südlə silinir,daha sonra köpüklə yuyulur,sonda isə losyondan istifadə edilir. Təsadüfi deyil ki,Yaponiyada “saf” sözü “gözəl” sözünün sinonimidir.

2. Nəmləndirmək: Yapon qadınları üzü toniklə silməyi xoşlamırlar.Onların fikrincə,tonik üz dərisini qocaldır. Bunun əvəzində üzə əvvəlcə losyon sürtür,sonra isə nəmləndirici krem çəkirlər.Naturaca açıq, şəffaf, demək olar ki,maye olan bu losyon bütün yapon qadınlarının əvəzedilməz qulluq vasitəsidir.

3. Ağartma: Ağ, mərmər dəri hər bir yapon qadınının əbədi arzusudur. Lakin bu, onların Avropa qadınları kimi görünmək istədiyindən irəli gəlmir. Sadəcə onların dərisi günəş şüalarına fəal reaksiya göstərir. Bunun nəticəsində dəridə piqment ləkələrin yaranması meyli əmələ gəlir. Ona görə də Yaponiyada ağardıcı və işıqlandırıcı vasitələr vacib və populyardır.

4. Makiyajda ardıcıllıq qaydası: Asiyalılar çox intizamlıdırlar. Onlar müxtəlif xətlərə aid olan kremlər və losyonları heç vaxt qarışdırmırlar. Çünki çoxpilləli qulluq sistemində təsadüfi heç nə yoxdur. Ona görə də losyon və kremlər ciddi ardıcıllıqla tətbiq olunur.

5. Onlar incə ətirə üstünlük verirlər: Yaponlar ətirlərə qarşə çox həssasdırlar. Sərt və ağır qoxulara dözə bilmirlər. Qərbə ixrac olunan yerli markaların ətirləri isə ölkədəki brendlərdən çox güclü olur.
 

0 şərh