Yay paltarları və rənglər

Ağ  rəng. Bu rəng isti havalar üçün ideal sayılır. Bu rəng eleqant və xanım-xatınlığı ilə seçilir. Ağ rəng qarderobdakı bütün geyimlərlə bir uyarlıq təşkil edir.
Mərcan rəngi. İlk baxışda  bu rəngi aksesuarlara uyğunlaşdırmaq çətin görünə bilər. Lakin bu rəngin öz üstünlükləri var. Bu rəng gündə qaralan xanımlara daha çox yaraşır.
Yaşıl rəng. Bu rəng yeniyetməlik-gənclik rəmzidir. Cavan qızlarda bu rəng çox gözəl görsənir və həmən diqqəti cəlb edir.
Nanə  rəngi. Bu rəng nisbətən yaşlı xanımların zövgünə aiddir. Bu rəng insanı həmişə eleqant və dəbli göstərir.
Tünd -qırmızı rəng. Bu rəng həm parlaq, həm də əsl xanım rəngidir. Bu rəngdə geyim seçəndə aksesuarlarınıza diqqət yetirin ki,onlarla uyuşsun. Çünki, belə rəngin özü elə geyimdə əsas rol oynayır.
Bənövşəyi rəng. Bu rəng al qırmızı rənglə bir növ yaxınlığı ilə seçilir. Amma onun öz yeri, öz gözəlliyi var.
Açıq mavi rəng. Bu romantik rəngdir. Xanımların yay geyimlərində xüsusi yer tutur.
Kül rəngi. İlk baxışda bu rəng sönük və darıxdırıcı görünə bilər. Amma  onun bir əsas üstün cəhəti var. Bütün xanımlara dərisinin rəngindən asılı olmayaraq yaraşıq verir. Bu rəng bütün aksesuarlarla uyğun gəlir.
Boz rəng. Bu daha çox praktiki rəngdir. Gündəlik geyimdə istifadə olunur. Boz rəng neytral rəngdir. Bu rəng həm yay, həm də payız geyimlərinə uyğun gəlir.
Qəhvəyi rəng. Qəhvəyi qara rəng kimi həmişə dəbli görünür. Amma qara rəng kimi çox da bədbin deyil.
Tütün rəngi. Bu o qədər də populyar rəng deyil. Bu rəngli donları seçib-geyinmək o qədərdə asan deyil. Bəlkə elə buna görə dizaynerlər bu rəngi öz kolleksiyalarına  yenidən daxil ediblər. Bu rəngin dəbdə öz yeri, öz ənənəvi xüsusiyyətləri var.