Kosmetikani necə saxlamali?

Kosmetik vasitələr qadınların vazkeçilməz əşyaları sırasında başlıca yerlərdən birini, bəlkə də birincisini tutur. Əksər hallarda kosmetika yararsız hala düşür və atılır. Bunun qarşısını çox asanlıqla almaq olar.

Kremlərinizi buz dolabında saxlayın. Əgər kremlərinizin üzərində son istifadə tarixi qeyd olunmayıbsa, ən çoxu 30 ay saxlanıla bilər. Ancaq bu müddətdə kremin yararsız hala düşməməsi və tərkibinin itməməsi üçün onu buz dolabında saxlamaq lazımdır.

Dodaq boyasını fırçayla vurun: Dodaq boyanızdan fırça vasitəsilə istifadə etsəniz həm daha yaxşı nəticə əldə etmiş olar, həm də dodaq boyanız yararsız hala düşmədən qurtarana qədər istifadə edə bilərsiniz.

Dırnaq boyanız quruyursa... Quruyan dırnaq boyası şüşələrinin içərisinə bir necə damla aseton damcıladaraq boyanı maye halına gətirib yenidən işlədə bilərsiniz. Bu zaman dırnaq boyanız həm də parlaq olacaq.

Karandaşlarınızı da buz dolabına qoyun: Zaman keçdikcə göz, yaxud dodaq karandaşı keyfiyyətini itirməyə başlayır və tez-tez qırılır. Qırılmaması üçün karandaşı istifadə etməmişdən öncə yarım saata qədər buz dolabında soyudun. Bu zaman karandaşın uc hissəsi sərtləşdiyindən daha asan çəkiləcək.

 

2 şərh

Silen_ce
Göz üçün tuş quruduqda isə onun içinə çox az miqdarda krem əlavə etmək lazımdır.
bloqçu
xeyirli yağlardan da əlavə etmək olar.