Рейтинг
+6.35

Azərbaycan tarixi-siyasi cografiyası

16 üzv, 16 topik

7-15 əsrlərdə Azərbaycanın tarixi-siyasi coğrafiyası

XIII-XV yüzilliklər Azərbaycan tarixşünaslığında monqol, qaraqoyunlu və ağqoyunlu tayfalarının yürüşləri və Azərbaycanda və ətraf ərazilərdə dövlət təsis etmələri ilə səciyyəvidir. Bu əsrlərin tarixi-siyasi coğrafiya baxımından vahid dövr kimi götürülməsi bir sıra tarixi hadisələr ilə bağlıdır. Bilindiyi kimi, XIII əsrin ilk rübündə Azərbaycan monqol yürüşlərinə məruz qalır, Atabəylər dövləti süqut edir və son nəticədə ölkədə monqol hökmranlığı başlanır. XV əsrin sonunda isə Ağqoyunlular dövləti süquta uğrayır və 1501-ci ildə səfəvilər hakimiyyətə gəlirlər. Bu dövrü xarakterizə edən digər cəhətlər də vardır. Belə ki, həmin əsrlərdə hakimiyyətdə olan sülalələr monqol-türk və türk mənşəli olmaqla yanaşı, Azərbaycana gəlmə sülalələrdir. İkincisi, onların qurduğu dövlətlər geniş əraziləri əhatə etmiş və Azərbaycandan idarə olunmuşlar. Deməli, nəzərdə tutulan dövr tarixi-coğrafiya baxımdan müəyyən tarixi-coğrafi kəsik (dövr) kimi maraqlıdır.
Davamı →

9-12 əsrlər Azərbaycanının tarixi-siyasi coğrafiyası

Bilindiyi kimi, IX əsrdə Xilafətin tədricən zəifləməsi prosesi getmiş və onun müxtəlif hissələrə parçalanması ilə nəticələnmişdir. Buna səbəb Xilafətə tabe olan ölkələrdə azadlıq hərəkatının və müharibələrin genişlənməsi, feodal prosesinin inkişafı nəticəsində mərkəzi hakimiyyətə tabe olmaq istəməyən qüvvələrin artması, Xilafət daxilində çəkişmələrin çoxalması və s. amillər idi. VIII əsrin son rübündən yayılmağa başlamış xürrəmilik və Babəkin başçılığı ilə 20 ildən çox davam edən xalq azadlıq hərəkatı Xilafətin zəifləməsində əsaslı təsirə malik oldu. Həmin dövrdə Mərakeşdə, Əlcəzairdə, Tunisdə, Liviyada, bir müddət sonra Yəməndə (Zeydilər), Xorasanda (Tahirilər) müstəqil dövlət yaratdılar.
Davamı →

Azərbaycanın ərəb dövrü tarixi-siyasi coğrafiyası

VII əsrin əvvəllərində başlamış ərəb yürüşləri Atlantik okeandan Hindistana kimi olan ərazilərdə məskunlaşmış xalqların tarixi talelərində əsaslı dəyişikliyin baş verməsinə səbəb oldu. Ərəblər, başqa ölkələrdə olduğu kimi, Azərbaycan (Atropatena) və Qafqaz Albaniyasına da əldə silahla gəldilər və bu ölkələri zor gücünə zəbt etdilər. Ərəb işğalları nəticəsində İspaniyadan Hindistana kimi geniş bir ərazinin siyasi xəritəsi ciddi təbəddülata uğradı. Baş vermiş dəyişikliklər bir çox ölkələrin tarixi-siyasi coğrafiyasına da əsaslı təsir göstərdi. Bu ərazilər ayrı-ayrı vilayətlər şəklində Xilafətin tərkibinə daxil oldular, lakin onların idarə sistemləri əsasən ərəblərəqədərki şəkildə saxlanıldı.
Davamı →

Qafqaz Albaniyasının tarixi-siyasi coğrafiyası

Qafqaz Albaniyası Azərbaycanın şimal hissəsində elmə məlum ən ilkin dövlət qurumu olmuşdur. Göstərildiyi kimi, ölkənin bu hissəsində dövlət qurumu müəyyən səbəblərdən cənuba nisbətən daha gec meydana gəlmişdir. Albaniya haqqında qədim yunan, latın, alban, erməni,gürcü, siryani, ərəb və s. dilli mənbələrdə məlumat verilir. Herodotun (e.ə. 480-425)) «Tarix» əsərində Qafqaz Albaniyasının adı birbaşa çəkilməsə də, bu ərazi və orada baş vermiş hadisələr barədə bəzi faktlara təsadüf olunur. Strabonun (e.ə. 64 — b.e. 24) «Coğrafiya» əsərində isə Albaniyada 26 dildə (ləhcədə) danışan tayfaların yaşaması, Kür çayının mövqeyi,amazonkalar və s. barədə qeydlər mövcuddur. Böyük Plini (23-79) Albaniyanın baş şəhərləri,təbiəti, əhalisi, albanların mənşəyi («Təbiət tarixi»), Plutarx (45-127) albanların Pompeyə qarşı mübarizəsi, onların piyada və süvari qoşunları, silahları («Parallel tərcümeyi-hallar»), Pomponi Mela    (I əsrin I yarısı) Qafqaz Albaniyasının çayları, dağları, bəzi tayfaları, Kaspi dənizi, onun adaları və s. («Yerin təsviri») barədə məlumat verirlər.
Davamı →

2. Azərbaycanın tarixi-siyasi coğrafiyasının mənbələri və tarixşünaslığı

Azərbaycanın tarixi-siyasi coğrafiyasına dair mənbələr barədə məlumatın şərhindən əvvəl tarixi coğrafiya fənninin özünün ikili mahiyyət daşıdığına bir daha nəzər yetirmək lazımdır. Göstərildiyi kimi, tarixi coğrafiya elmi çox geniş sahələri birləşdirir və bu baxımdan onun tədqiqi üçün həddən ziyadə və müxtəlif xarakterli — tarixi, coğrafi, ədəbi, linqvistik və s. mənbələr mövcuddur. Onların sırasında yazılı, arxeoloji, etnoqrafik, toponimik, numizmatik, epiqrafik, bədii, folklor, dil, antropoloji, təbiət elmlərinə dair məlumatlar, dəqiq elmlərin göstəriciləri və s. materiallar vardır.


Ardı →

Azərbaycan coğrafiyası hansı əraziləri əhatə edir?

Hazırkı çağdaş dönəmdə İran iki məsələni əsas götürərək Azərbaycana təsir etmək niyyətini açıqca ortaya qoyur. Bunlardan birincisi Azərbaycanın tarixən İranın bir parçası olduğu, ikincisi isə Azərbaycanda yaşayan əhalinin əslində fars olması, Səlcuqlu imperiyası zamanında onların “türkləşməsi”nin baş verməsi iddialarıdır.

Davamı →