Рейтинг
+10.88

Texnologiya

13 üzv, 89 topik

Hansı marka mobil telefon istifadəçiləri daha ağıllıdır?

ABŞ-da aparılan bir tətqiqat yolu ilə telefon istifadəçilərinin zəka səviyyələri ilə seçdikləri mobil telefon markası arasında bir əlaqə olub olmadığı araşdırıldı. Massachusetts Mərkəzli Tətqiqat bürosu Çitikanın apardığı araşdırma Alyaska, Montana və Vermont ştatlarında iPhone istifadə nisbətinin digər əyalətlərdən daha çox olduğunu göstərdi. Bu əyalətlərin bir başqa xüsusiyyəti ABŞ-ın ən yüksək universitet məzunu nisbətinə sahib olmaları oldu. Bu məlumatların nəticəsində iPhone istifadəçilərinin daha ağıllı olduğu nəticəsinə gələn Çitikaya görə iPhone istifadəçiləri yalnız zəka ilə deyil, eyni zamanda maddi olaraq da Android istifadəçilərindən qabaqlayır.

Çitikanın apardığı araşdırma bu sahədə tək deyil. Ağıllı telefon istifadəçiləri arasında aparılan digər araşdırmalarda da bənzər nəticələrə əldə edildi. Ladbrokes şirkətinin təşkil etdiyi araşdırmada 1000 ağıllı telefon istifadəçisinə bir zəka testi tətbiq etdi. iPhone istifadəçiləri sürət və beyin funksiyalarının ölçüldüyü testdə 94 saniyə ilə ən sürətli nəticəyə çatan qrup oldu. BlackBerry istifadəçilərinin isə 118 saniyə ilə ən yavaş qrup olduğu müşahidə edildi. iPhone istifadəçilərindən sonra Google Nexus istifadəçiləri 99 saniyə ilə 2-ci sırada qərarlaşdı.


Ardı →

Yapon işi - 3D Bio-Çapetmə cihazları

Aljazeera'də yer alan xəbərə görə, Tokio Xəstəxanası Üniversitetinin professoru Tsuyoshi Takato liderliyindəki elmi tətqiqat qrupu biomaterial istifadə edən yeni nəsil bio 3D çapetmə cihazlarının vasitəsilə süni insan orqanı yaratmağı planladıqlarını açıqlandı. Takato'nun qrupu kök hüceyrələrlə proto hüceyrələrini bir arada istifadə edərək hər hansı bir orqanı hazırlamağı planlaşdırır. Yaradılacaq orqan zülallar tərəfindən inkişaf etdiriləcək və insan orqanlarından demək olar ki fərqlənməyəcək. Hələlik test mərhələsində olan elmi təcrübə işlərinin gələcək illərdə həyata keçirilməsi planlaşdırılır.

3D, yəni 3 ölçülü çapetmə ilk olaraq texniki cihazların parçalarının istehsalı üçün hazırlanmışdır. İlk nümunələri böyük, ağır və bahalı olan bu çapetmə cihazları inkişaf edən texnologiya ilə birlikdə kiçildi və qiymətləri daha da ucuzlaşdı. Elm adamları bu cihazları insan orqanlarının istehsalı üçün istifadə etməyi hədəfləyir.


Ardı →

Batmaq üçün yaradılan gəmi – “RV FLİP”

Bildiyimiz kimi gəmilər su üzərində bir şəkildə səyahət etmək üçün, yüklərin və sərnişinlərin etibarlı bir şəkildə daşınması üçün  istifadə edilir. Lakin,  Amerika donanması tərəfindən 50 il əvvəl istehsal edilən “RV FLIP” gəmisi çox maraqlı bir xüsusiyyətə malikdir. Bu gəmi elmi tətqiqatların aparılması məqsədiylə batması üçün hazırlanmışdır.

Tərs Gəmi adı ilə də bilinən bu gəmi 1962-ci ildə “Amerika Donanma Ofisi” tərəfindən dəstəklənən və “Scripps Deniz Elmi İnstitutunun Marine Physical Laboratoriyas”ı tərəfindən inşa edilən okean gəmisidir.

108 metr uzunluğundakı gəmi qismən batması və 90 dərəcə geriyə doğru meyl etməsi ilə normal gəmilərdən fərqlənir. Gəmi batırıldığında yalnız 17 metrlik arxa hissəsi suyun üzərində dayanır. Gəmi döndüyündə üzmə qabiliyyətinin çox hissəsi səth dalğalarının təsiri ilə deyil, okeanın  dərinliyindəki su axını hesabına təmin edilir.

Gəmi dalğa yüksəkliyini, akustik siqnalları, suyun istiliyini, sıxlığını yoxlamaq və meteoroloji məlumatlar toplamaq məqsədi ilə hazırlanmışdır. Səslə əlaqədar cihazların problem yaratmaq riski olduğundan gəminin mühərriki və digər hərəkətverici qüvvələri ixtisar edilmişdir. Bu səbəblə açıq dənizlərə römorkörler köməyi ilə aparılır və sonra açıq dənizdə sərbəst buraxılır.

711 ton ağırlığındakı gəmi 11 elm adamı və 5 nəfərlik gəmi ekipajına ev sahibliyi edir. Elm adamları açıq dənizdə həftələrcə elmi tətqiqatlar aparır. Gəmidəki kameralarda 2 qapı var və kameraların içindəki mebellər, yataqlar, mətbəx, hətta tualet belə 90 dərəcə istiqamət dəyişdirə bilir. Bunun nəticəsində gəmi su üzərində olan zaman və ya 90 dərəcə yan dönmüş vəziyyətdə dayandıqda insanlar həyatlarına normal bir şəkildə davam edə bilirlər.

Gəminin tam olaraq dönməsi isə 28 dəqiqə davam edir.


Ardı →

Qara Qutu-Black Box

Təyyarə qəzalarında təyyarə parça-parça olsa, dənizin dibinə getsə də, dərhal pilot kabinəsindəki son danışıqları yazan qara qutular axtarılır. Əksəriyyətlə qorxunc qəza xarabalığı arasından sağlam tapılan bu qutular sayəsində qəzanın səbəbləri araşdırılır. Qara qutunun ilk prototipi David Varren tərəfindən yaradılmışdır. Bu ixtiranın əsas yaranış səbəbi isə Davidin atasını 1934-cü ildə baş vermiş Bass Strait təyyarə qəzasında itirməsi olmuşdur.

Qara qutu bu qədər möhkəmdirsə, niyə təyyarənin bütün hissələri bu materiallardan hazırlanmır? Təyyarənin havada rahat uça bilməsi, uzaq məsafələrə az yanacaqla gedə bilməsi mümkün olduqca yüngül materialdan hazırlanması ilə əlaqədardır. Bu materiallar daha çox aluminium və plastikdir.

Kabinədəki səsləri və uçuş məlumatlarını yazan hər iki qutu da paslanmayan poladdan düzəldilir. En və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12-13 santimetrdir. Qutuların kənar qalınlıqları 6-7 mm-dir. Qutular bundan başqa istiyə və yanğına dözümlü olmaqla birlikdə plastiklə əhatə olunmuş və maye köpüklə də təchiz edilmişdir.


Ardı →

Robot balıq sizin robotlar haqqında olan düşüncələrinizi həmişəlik dəyişəcək: fotolar və video

«The Washington Post» qəzetinin verdiyi məlumata əsasən Massaçusets Texnologiya İnstitutunun mühəndisləri quruluşca balıqa bənzəyən, balıq kimi hərəkət edən robot hazırlayıblar. Bu yumuşaq robotu yaradan dahilər mühəndislər Andryü Marçese, Kagdas Onal və Rus Danieladır. Onların yaratdıqları qeyri adi elastik və çevik robot real qaçış rejimində olan balıq kimi «C-dönüşü» etmək bacarığına malikdir. Real balıq kimi saniyənin onda biri müddətində qaçış manevri etməyə qadir olan bu robot balıqlar 1,5 metr uzunluğa və 45 kiloqram çəkiyə malikdirlər. Zahiri görünüşcə balıqa bənzəyən robotlar balıqların hərəkətini ustalıqla yamsılayır və səssiz rejimdə üzürlər. 

Digər robotlardan fərqli olaraq bu robotlar yumuşaq olduqlarından qəza əsnasında sizə çırpılarsa o zaman sizə heç bir zərər yetirməyəcək. Massaçusets Texnologiya İnstitutununda Kompüter Elmləri və Süni İntellekt laboratoriyasının direktoru Elektrik Mühəndisliyi və Kompüter Elmləri üzrə professor Daniela Rus bildiri ki, bu yumuşaq robotlar mahiyyət etibarilə təhlükəsizdirlər. Bu robotlar heç bir reaktiv motorlar və ya pərlə təchiz edilməyiblər və üzən zaman yalnız quyruqlarından istifadə edirlər.


Ardı →

Fransız alimin dünyanı heyrətləndirən layihəsi

Elektrik mühəndisi fransız Jeron Michaud-Lariviere yaratdığı yeni elektrik ağacı layihəsi ilə qısa müddətdə dünya medyasının gündəminə oturdu. Belə ki, onun yaratdığı ağac külək enerjisini elektrikə çevirir. Elektrik ağacın yarpaqları küləyin istiqamətindən asılı olmayaraq dönür və elektrik istehsal etməyə davam edərək elektrik istehsalını daimi hala gətirir. Jeron  elektrik ağac yaratmaq fikrinin sakin bir gündə küçədən keçərkən ağac yarpaqlarının uçuşmaya davam etdiyini gördüyü zaman ağlına gəldiyini söylədi.

Elektrik ağacları küləyin sürəti saatda 7 kilometrdən az olduqda belə fəaliyyət gösərərək elektrik istehsal edə bilir. Beləliklə, bu ağaclar il boyu külək turbinləri ilə müqayisədə 2 dəfə çox elektrik verə bilir.

Hər biri bir neçə küçənin elektrik lampalarını işıqlandıra bilən və bir neçə elektrikli avtomobilini enerji ilə yükləmək iqtidarında olan bu ağaların dəyəri 30 min Euro’dur. Elektrik ağacları 2015-ci ildə satışa çıxarılacaq.

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.



Davamı →

Sosial Mediya Liderləri

Sosial mediyada rəqabət gün keçdikcə daha da artır. Sosial mediya lideri Facebook 1 milyard 155 milyon aylıq aktiv istifadəçi sayı ilə ən yaxın rəqibi YouTube'u açıq şəkildə geridə qoyur. Twitter isə olduqca geridə olmasına baxmayaraq siyasətçilərin daha çox üstünlük verdiyi mediya vasitəsidir. Beləliklə aylıq istifadəçi sayına görə öndə olan və milyonlarla istifadəçini birləşdirən dünyanın ən böyük sosial şəbəkələrini sizə təqdim edirik...


Ardı →

10 il davam edən səfər tamamlandı!

   Kosmos tarixindəilk dəfə olaraq tədqiqat qurğusu kometin səthinə enib. Avropa Kosmik Agentliyinin Rosetta zondunun “File” modulu Churyumov-Gerasimenko kometinin səthinə noyabrın 12-də çatıb. File modulunda yeri qazan qurğu, fotokameralar quraşdırılıb. Kometdən analiz üçün qrunt götürüləcək və həmçinin onun tərkibi analiz olunacaq. File modulu kometin səthində 4-6 ay işləyəcək. Rosettanın kometə yaxınlşamasına 10 ildən çox vaxt gedib. Kometi 1969-cu ildə sovet astronomları kəşf edib. Bu kometin əhəmiyyəti və ona belə maraq onunla bağlıdır ki,o, 4,5 milyard il bundan əvvəl yaranıb, indiyə kimi onda heç bir dəyişiklik olmayıb. Alimlər onu öyrənməklə, kainatın necə yaranmasını öyrənmək istəyir.  
Ardı →

DÜNYANIN ƏN MÜASİR 10 TANKI

Müasir müharibələrin ən mühüm silahlarından biri də tank qarşısına çıxan hər maneəni əzib keçir. Tank vasitəsi ilə müharibədə üstünlüyü ələ almaq mümkündür. İkinci dünya müharibəsindən bu yana tanklar günümüzün ən təsirli döyüş vasitələridir. Uzun lüləli topları, deşilməz zirehi və qarşısına çıxanı hər şeyi əzib keçən tırtılları ilə tanklar müharibə tarixində böyük izlər qoyublar.

Dünyada ilk dəfə Leonardo Da Vinçi tərəfindən hazırlanan tank maketi əsrlər sonra birinci dünya müharibəsində həqiqətə çevrilmişdi. İkinci dünya müharibəsi əsnasında isə tanklar inkişaf etdi. Hal-hazırda tanklar döyüşün ən böyük strateji ünsürlərindən biridir. 
Günümüzün ən inkişaf etmiş 10 tankını siz oxuculara təqdim edirik:

 1) Type 90 Kyu Maru — «Mitsubishi» ağır sənayesi tərəfindən Yaponiyada hazırlanan bu tank «Type 90» adını daşıyır. Saata, 70 km sürət hərəkət edən tankın ağırlığı isə 50 tondur. 


Ardı →