Əlavə işarələr

"^" UZATMA-İNCƏLTMƏ İŞARƏSİ

(Yeni orfoqrafiya qaydalarına görə bu işarənin işlədilməsi məcburiyyəti yoxdur).
Bu işarə aşağıdakı hallarda işlədilir:
1. Yazılışı eyni, mənaları müxtəlif olan alınma sözlərdə saitlərin uzun tələffüz edildiyini göstərir:

hala - bibi

hâlâ - hələ

Ali - Əli

âli - ali

alem - ələm, kədər

âlem - aləm

şura - bura

şûra - şura

2. Türk dilində iki danışıq səsinə malik "g", "k", "l" samitləri ilə heca quran "a" "u" saitlərinin üzərinə gələrək, həmin samitlərin incə tələffüzünü təmin edir:

kâtip - katib

rüzgâr - külək

imkân - imkan

karargâh - qərargah

lâzım - lazım

gûya - guya

ilâç - dərman

 


3. Ərəb və fars dilindən alınma bəzi isimlərdən nisbi sifət düzəldən "i" şəkilçisinin üzərinə qoyularaq, həmin şəkilçinin həm uzun tələffüzünü göstərir, həm də üçüncü şəxs təkin mənsubiyyət şəkilçisi ilə qarışmamasını təmin edir:

tarih - tarihî, ilim - ilimî, ahlâk - ahlakî
iktisat - iktisadî, ut - udî, siyaset - siyasî

Müqayisə et:

Azerbaycan tarihi - tarihî eser
Coğrafya ilmi - ilmî yazı

AYIRMA " ’ " İŞARƏSİ

Türk dilində "kəsmə", "ayırma" işarəsi adı verilən apostrof işarəsindən aşağıdakı hallarda istifadə edilir:
1. Xüsusi isimləri hal şəkilçilərindən, bir sıra hallarda həm də digər şəkilçilərdən ayırmaq üçün. Məs.:
Orhan'a, İstanbul'un, Ankara'yı, Türkze Sözlük'ten, Çalıkuşu'ndan.

2. Qısaltmalardan (abreviaturalardan) şəkilçini ayırmaq məqsədilə. Məs.:
TBMM'den (Türkiye Büyük Millet Meclisi), TRT'nin (Türkiye Radio Televizyon Kurumu), PTT'ye (Posta Telefon Telgraf)

3. Rəqəmləri şəkilçilərdən ayırmaq üçün:
1988'inci yıl, 1985'ten sonra, 12'ye 5 var.


Türk dilində apostrof işarəsi əvvəllər, vaxtilə Azərbaycan dilində olduğu kimi, ərəb və fars dillərindən gəlmiş bir sıra sözlərdə səslərin uzun tələffüz edilməsini və sözlərin əslinə uyğun hecalandırılmasını göstərmək üçün də istifadə edilirdi.

 

0 şərh