G samiti

a) "g" samiti qalın saitlərlə heca qurduqda Azərbaycan dilindəki "q" səsini verir:

garson - ofisiant, xidmətçi

gurbet - qürbət

gar - vağzal

agregat - aqreqat

gazete - qəzet

ırgat - muzdur

gonca - qönçə

gala - ilk tamaşa

 

galiba - ehtimal ki

b) "g" samiti incə saitlərlə heca qurduqda Azərbaycan dilindəki "g" səsini verir. Lakin türk dilində bu səs nisbətən qapalıdır və tələffüzündə "q" səsinin çalarmı az da olsa mühafizə edir:

gül - qızılgül

gergin - gərgin

gelmek - gəlmək

yenge - yengə, qardaş arvadı

engel - əngəl

egemen - suveren

c) "g" samiti bəzi sözlərdə qalın saitlərlə heca qurduğu halda "g" səsini verir:

guya - guya

gah - gah

rüzgar - külək

karargah - qərargah

agah - agah

gavur - gavur, kafir, dinsiz

ç) "g" samiti hər hansı bir başqa samitlə yanaşı gələrək incə saitlərlə heca qurduğu zaman qalın, yəni "q" kimi tələffüz edilir:

glikoz - qlükoza

grip - qrip

grev - tətil

gres - maşın yağı

gri - boz (rəng)

grizu - mədən qazı

 

grif - qrif

loading...

0 şərh