"K" samiti

Türk dilində k, g, l samitlərindən hər biri iki danışıq səsinə malikdir. Bu samitlər qalın saitlərlə heca qurduqda qalın, incə saitlərlə heca qurduqda incə tələffüz edilir. Hə­min samitləri ayrı-ayrılıqda nəzərdən keçirək.

1. "K" SAMİTİ

a) "k" samiti qalın saitlərlə heca qurduqda qalın tələffüz edilir:

akıl - ağıl

tarak - daraq

ok - ox

Ocak - Yanvar

bakmak - baxmaq

kale - qala, qapı

kol - qol

konak - ev, malikanə

konuk - qonaq

kapı - qapı

b) "k" samiti incə saitlərlə heca qurduqda incə tələffüz edilir:

kitap - kitab

çelenk - çələng

köy - kənd

iki - iki

küçük - kiçik

ikiz - əkiz

ikileme - təkrar

 

c) alınma sözlərin bir çoxunda "k" samiti qalın saitlərlə heca qurduğu halda incə tələffüz edilir. Bu cür sözlərdə "k" samitinin incə tələffüz edildiyini göstərmək üçün, həmin samitlə heca quran saitin üzərinə "i" incəltmə işarəsi qoyulur:

katip - katib

imkân - imkan

pâk - pak

sukût - sükut

helâk - həlak

kâmil - kamil

Yadda saxlamaq lazımdır ki, bəzi sözlərdə "k" sami­tinin incə və ya qalın tələffüzü sözün mənasını da dəyişir: müqayisə et:

kar - qar

kâr - gəlir

hak - haqq

hâk - torpaq

z) alınma sözlərin bir qrupunda isə yuxarıdakının əksinə olaraq, "k" samiti incə saitlərlə heca qurduğu halda, qalın tələffüz olunur. Bunun səbəbi həmin sözlərdə "k" samitindən əvvəlki və ya sonrakı hecaların qalın olmasıdır:

akide - əqidə

dikkat - diqqət

fakir - fəqir, yoxsul

miktar - miqdar

musiki - musiqi

şarkiyat - şərqşünaslıq

rakip - rəqib

vakit - vaxt

Ərəb dilindən alman bəzi sözlərdə hecaların hamısının incə olmasına baxmayaraq, "k" samiti yenə də qalın tələffüz edilir:

mevki - mövqe

tetkik - tədqiq

teşvik - təşviq

müsteşrik - şərqşünas və s.

d) Avropa dillərindən türk dilinə keçən sözlərdə "k" samiti əsasən qalın tələffüz edilir.

klinik - klinika

kristal - kristal

kreş - körpələr evi

kriko - domkrat

kriz - böhran

kliring - klirinq

krern – krem

 

Q e y d: Türk dilində sözün sonunda gələn "k" samitinin incə və ya qalın tələffüzündən asılı olaraq, həmin söz incə və ya qalın saitli şəkilçi qəbul edir. Bu sözlərin yazılışında səhvə yol verməmək üçün lüğətə müraciət etmək və həmin sözləri əzbərləmək məsləhətdir. Türkcə izahlı və ya ikidilli lüğətlərdə həmin sözlərin qarşısında "k" samitinin incə və ya qalın saitli şəkilçi tələb etməsi müvafiq qeydlə göstərilir. Məsələn:

idrak (-ki) - idrak

hak (-kkı) - haqq

ahlak (-ki) - əxlaq

hak (-ki) - torpaq

 

0 şərh