Çinin əfsanəvi sərkərdəsi | Çan Kayşi

Çin dünyada özünəməxsus qədim tarixə malik olan ölkələrdən biri hesab edilir və dünya mədəniyyəti, sivilizasiyalar tarixinə müəyyən töhfələr veriblər. Bu baxımdan çinlilər günümüzdə belə milli mədəni dəyərlərini qoruyub saxlaya bilən və digər millətlər içində assimilyasiyaya uğramayan yeganə xalqlardan biri kimi tanınır.

Çinlilər lap qədimdən özlərini Günəş imperiyasının övladları adlandırırlar. Onlar tarix boyu müxtəlif imperiyalar qurmuş, adlarını tarixin şanlı səhifələrinə yazdıran böyük hökmdarlar və məğlubedilməz sərkərdələr yetişdirmişlər. Hətta ingilislərin əsarəti altına düşmələrinə belə baxmayaraq, çinlilər yenidən ayağa qalxmağı, üstündən əsrlər ötəndən sonra yenidən qüdrətli və güclü dövlət qurmağı, sivil inkişafda müəyyən rol oynamağı bacardılar. Amma Çinin yenidən ayağa qalxaraq müstəmləkə zəncirini qıraraq müstəqilliyini əldə edə bilməsi heç də asan olmadı. Sivil inkişafa doğru gedən əzablı yollarda Çin xalqının içindən onu müstəqil dövlət kimi yenidən gələcəyə aparmağı bacaran liderlər yetişdi.
Davamı →

Mannerqeym Karl Qustav

Fin feldmarşalı Karl zadəgan ailəsində doğulmuş, rus süvari ordusunda poruçik olmuşdur. 1904-1905-ci illərdə rus-yapon müharibəsində iştirak etmişdir. Birinci Dünya müharibəsində isə artıq general-leytenant rütbəsində alman cəbhəsində korpus komandiri idi.
Çar Rusiyası bərbad olandan sonra 1917-ci il dekabrın 6-da Finlandiya öz müstəqilliyini elan etdi. Bir il sonra isə Fin hökuməti Mannerqeymi yeni yaradılan orduya komandan təyin etdi. Lakin bolşeviklər Finlandiyadan əl çəkmirdilər. Onlar burada inqilab alovlarını şölələndirib, bu yolla ölkəni təzədən kommunist ölkəsi kimi rus bolşevik imperiyasına qatmaq istəyirdilər.
Davamı →

I Riçard

Dünya tarixində «Aslan ürəkli Riçard» kimi məşhur olan ingilis kralı II Henrixin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar. Çünki böyük oğul bir varis kimi tezliklə kral olmaq, kiçik oğlu da öz payını almaq istəyirdi.
Davamı →

Li Şi Min (Taytszun)

Çin imperatoru Çinin şimal sərhədlərində yaşayan Tobo və ya Tapqaç adlı türkdilli xalqın nümayəndəsidir. Bu xalq Çin mədəniyyətini və məişətini qəbul edib, öz dilini və məişətini saxlamaqla Cin dilini də bilirdi. Onlar əsasən Çinin şimal sərhədlərindəki ərazilərdə yaşayıb, oradakı hərbi hissələrdə və şimal şəhərlərinin hərbi və mülki vəzifələrində fəaliyyət göstərirdilər. Onların Orxon-Yenisey türklərindən fərqi yalnız bunda idi. Bir də olsun ki, aralarında bizimlə Osmanlı ləhcəsi arasındakı fərq qədər fərq vardı.
Davamı →

Şah Ağa Məhəmməd Qacar

Kərim xan Zənd haqqında fransız tarixçisi Pikalt iki cildlik «İran inqilabları haqqında» fundamental əsərində geniş məlumat verir. O, eyni zamanda Nadir şahın qətlindən sonra İranda hakimiyyət uğrunda gedən qırğınlardan, alçaq zorakılıq və zülmlərdən geniş bəhs edir.
Səfəvi xanədanının bütün tərəfdarları II Təhmasibqulunun qohumu Əliqulu xanı şah seçdilər. O da taxt-tacı qəbul edib özünə «Adil» ləqəbini götürdü. Bu üzdəniraq Adil şah neyləsə yaxşıdır? Həmlə ilə Kəlat qələsini alıb Təhmasibqulunun iki böyük oğlunu qətlə yetirdi, qalanlarını da qolu zəncirli hüzuruna gətirtdi. Sonra isə keçmiş şahın oğlanlarının arvadlarının qarınlarındakı uşaqların da məhv edilməsi əmrini verdi ki, gələcəkdə onun heç bir rəqibi qalmasın. Bununla kifayətlənməyib qalan oğlanları da zəhərləyib öldürtdürdü.
Davamı →

Georgi Jukov

Georgi Konstantinoviç Jukov (rus. Георгий Константинович Жуков; 19 noyabr 1896 — 18 iyun 1974) — XX əsrin dahi sərkərdələrindən biri, Sovet İttifaqı Marşalı, 1955-1957-ci illərdə SSRİ Müdafiə naziri, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı.


Böyük Vətən Müharibəsindən əvvəl


1918-ci ildən Qırmızı Ordunun tərkibində I Dünya müharibəsinin iştirakçısı. Vətəndaş müharibəsi illərində hərbi hissə, daha sonra isə Çarıçin ətrafında Kazaklar, Denikin və Vrangelin hərbi hissələrinə qarşı vuruşan eskadron rəisi. Antonov və Tambovşində qalxan üsyanın yatırılmasında iştirak etmiş və yaralanmışdır, Qırmızı Bayraq ordeninə (орден Красного Знамени) layiq görülmüşdür.
Vətəndaş müharibəsindən sonra kavaleriya polkuna, briqadasına rəhbəlik etmiş, daha sonra diviziya, korpus, komandiri kimi fəaliyyət göstərmişdir.


Ardı →

Atilla- Allahın bəlası

Dünyanın ən məşhur sərkərdələri sırasında böyük bir türkün öz yeri var. Bu, «Avropanın imperatoru» titulunu qazanmış mahir sərkərdə, Napoleonun kumiri, türk oğlu Atilladır. O, Avropa xalqlarının xatirində əfsanəvi sərkərdə və ədalətli hökmdar kimi əbədi olaraq qalıb. Xüsusən german xalqları onu öz şifahi ədəbiyyatlarında həm qəhrəman, həm də ədalətli bir hökmdar kimi anırlar.
Davamı →

Fransisko Franko

Baamonde Fransisko Franko El-Ferrol şəhərində Liman xəzinədarı ailəsində anadan olmuş, Toledo şəhərində hərbi piyada məktəbində oxumuşdur. Balacaboy gənc kadet tələbə yoldaşlarından o qədər seçilməsə də, hər halda leytenant rütbəsində təhsilini başa vurub El-Ferrolda qulluğa başlamışdır. Gənc zabit 1910-cu ildə ispan Mərakeş müharibəsinə qoşulub, 1916-cı ildə Binutsedə ağır yaralanmışdır. Cəsurluğuna və rəşadətinə görə 25 yaşında mayor rütbəsinə layiq görülmüşdür. Burada 1920-ci ilə qədər gedən müstəmləkə müharibəsində öz təşəbbüskarlığı və əzmkarlığı ilə polkovnik Franko ispan kralı XIII Alfonsun diqqətini cəlb etmiş və bu diqqət nəticəsində o, Asturiyanın 10 zəngin ailələrinin birindən olan Karmen Polo ilə evlənmişdi.


Ardı →

İvao Oyama

Yaponiyanın 1904-1905-ci il rus imperiyası üzərində fenomenal qələbəsində dəniz müharibələrində əgər əsasən Toqo qalibiyyətli sərkərdə sayılırsa, quru qələbələrində bu şərəfə markiz marşal Oyama layiqdir. Hərçənd ki, general Maresuke Noqi və xüsusilə feldmarşal Talesada Kurokinin və baron Yakosato Okunun adlarını xatırlamamaq da insafsızlıq və ədalətsizlik olardı.
Oyama(1842 — 1916) markiz və marşal idi. Yaşı 60-ı keçsə də, onun sərkərdəlik dühası 1904-1905-ci il rus-yapon müharibəsində özünü parlaq surətdə əks etdirdi. Oyama 1885-96-cı illərdə Yaponiyanın hərbi naziri idi. Müharibə başlayanda o, Mancuriya və Lyaodun yarımadasında quru qoşunların baş komandanı təyin olundu.


Ardı →

Attila

Hunlar Avropada III-IV əsrlərdə göründülər. Əvvəlcə alan tayfalarını əzdilər. Sonra qasırğa kimi Donla Dunay arasındakı qot qəbilələrini pərən-pərən saldılar. Hun sərkərdələrindən Uludin Bosfor çarlığını da istila edib nəhayət, 400-cü ildə Şərqi Roma imperiyasının magistri Qaynanı Dunay ətrafındakı döyüşdə əsir edib başını vurdurdu. O, imperiyanın bu ən böyük sərkərdəsinin kəlləsini duzlu suya saldırıb imperator Arkadiyə göndərdi.
V əsrdə Hunların qüdrəti elə bir həddə çatmışdı ki, at belində doğulub ox və qılınc sədaları altında yaşa dolan igidlər böyüyüb cəsurluğun və qəhrəmanlığın elə bir həddinə çatmışdılar ki, hər biri ayrılıqda böyük bir orduya sərkərdəlik edə bilərdi. Dünyaya hələ elə bir insan övladı gəlməmişdi ki, bu sərkərdələr ordusunu öz dəmir iradəsi altında birləşdirib hələ alınmamış ölkələr və qitələr üstünə aparsın.


Ardı →