Psixoloji inkişaf yoxlanması hansı aylarda olmalıdır?

Uşaqlar bir birindən fərqli şəkildə böyüyür və inkişafları boyunca fərqli davranış formaları sərgiləyirlər. İnsanın həyatı boyunca qət etdiyi inkişaf mərhələləri adətən uşaqlıq və yeniyetməlik dövrlərində daha aktiv olur. Bu mərhələlər ərəfəsində sevgisizlik, bulnqə məruz qalma və s. kimi məqamlar uşaqda psixoloji travmaların yaranmasına səbəb ola bilər. 



İnkişaf baxımından ortaya çıxan pozuntular və ya ləngimələr vaxtında və erkən təsbit edildiyində lazımi müdaxilələrlə aradan qaldırıla bilər. İnkişaf mütəxəssisləri həm müşahidəyə bağlı olaraq həm də müasir inkişaf inventarlarının köməyi ilə inkişaf pozuntularını təyin edə bilirlər. Bir sıra inkişaf etmiş ölkələrdə İnkişaf Yoxlaması (Developmental Screening) adıyla müayinə və qiymətləndirmələr məcburidir. İnkişaf Yoxlaması pediatr, uşaq və yeniyetmə psixiatrı, uşaq və inkişaf terapevti kimi mütəxəssislər tərəfindən tətbiq olunur. Ameika Pediatrlar Akademiyası inkişaf yoxlamasını hər uşaq üçün 9-cu ay, 18-ci ay, 24-cü ay və 30-cu aylarda tətbiq olunmasını və bu dövrlər üçün keçərli olan standardların ödənilib ödənilməməsinin təyin olunmasını tövsiyyə edir.

 

0 şərh