3 yaş sindromu

3 yaş uşaqlar üçün kritik bir dövr hesab olunduğundan davranışlarındakı dəyişikliklər normaldır. Bu dövrdə uşağın özünü təsdiqləmə istəyi artır. Hər mühitdə, hər hadisədə var olduğunu, önəmli olduğunu hiss etmək istəyir. Eyni zamanda uşağın əhatəsinə olan marağı da artır. 0-6 yaş aralığında uşaqlarda özünə inam formalaşır. Əgər uşaq güvəndə olmadığını hiss edirsə, lazımı qədər sosiallaşmazsa və ya sevildiyini hiss etməzsə üç yaş sindromuna girər.
3 yaş sindromundakı uşaq çox inadçıl olabilər. Siz nə desəniz də əksini etmək istəyər. Çünki özünü sizə və ətrafına təsdiq etməyə çalışar. Məs: yeməyi özü yemək istəyər, paltarlarını özü geyinmək istəyər və s. Bunların hər biri uşağın sərbəst olmaq istəyindən irəli gəlir. Çünki artıq " MƏN” olma dövründə olmaq istəyir. Özünün maraqları və zövqləri yaranır. Uşaq əgər ona dəyər verilmədiyini hiss edərsə, ya da istəkləri qarşılanmazsa ağlama krizləri başlayacaq. Buna görə də 3 yaş sindromunda ağlama krizləri tez- tez müşahidə olunur.

3 yaş sindromunu normal keçmək üçün:

  • Uşağa daha çox sevgi göstərin (qucaqlayın, tez- tez səni sevirəm deyin).
  • Balaca da olsa ona məsuliyyətlər verin (öz oyuncaqlarını toplasın, paltarlarını qatlasın, qısacası öz məsuliyyətlərinin fərqinə varsın).
  • Ailəlikcə birlikdə yemək yemək, birlikdə gəzintiyə çıxmaq.
  • Övladınızın sosiallaşması üçün onu uşaqların çox olduğu mühitlərə aparın.
  • Onunla daim göz kontaktı quraraq danışın.
  • Müsbət davranışları tərifləyin ki, o davranışların davamlı olması üçün motivasiya olsun.
  • «YOX” deməyi də öyrənməlisiz. Lazım gələrsə kəskin şəkildə yox deyin. Amma bu zaman ata və ananın tutumu eyni olmalıdır. Eyni zamanda bir gün yox deyilənə, sabahkı gün hə demək də olmaz.

3 yaş sindromu nə zaman bitər?
Konkret bir zamanı yoxdur. Çünki hər uşağın bu sindromu keçmə dövrü fərqlidir. Sadəcə səbrli olmaq və bu dövrü travmasız, normal keçirməyə çalışmaq lazımdır. 

 

0 şərh