Рейтинг
+1.13

Uşaq tərbiyəsi

4 üzv, 160 topik

Uşağı kompüterdən ayırmağın yolları

Necə edək ki, uşağı televizorun, kompüterin qarşısından yığaq?
Bu, valideynlərin çox tez-tez verdiyi suallardan biridir. Və söhbət, əlbəttə ki, kompüterə aludə olan, qapalı uşaqlardan gedir. Uşağın kompüter, telefon və televizora bağlılığının səbəbi, əlbəttə, maraqlanmasıdır. Hamı kimi o da nə isə öyrənmək, əylənmək istəyir. Üstəlik şəhərləşmə, məktəbdə tələblərin artması, kompüter oyunlarının müxtəlifliyi uşağı cəlb edir. Nəticədə uşaq evə qapanır, ətrafındakılarla ünsiyyət yarada bilmir və artıq 10 ildən çoxdur ki, araşdırmalar bu cür qapanan uşaqların ciddi psixoloji, sosial problemlərinin olduğunu və belə uşaqların artdığını göstərir. Deməli, əylənmək və öyrənmək üçün uşaqlara alternativ təklif etmək, onları başqa cür əyləndirmək lazımdır. Necə? Psixoloqlar bunun bir neçə yolunu göstərir.

Davamı →

Uşaqları nənə-babaya etibar etmək olarmı?


Psixoloq Narınc Rüstəmova: «Pula qənaət etmək üçün uşağı nənə-baba himayəsinə verirlərsə, gələcəkdə bu pulun üç qatını uşağın müalicəsinə xərcləyəcəklər».

Bir çox xanımlara iş, karyera övlad dünyaya gətirəndən sonra onun baxımı, tərbiyəsi ilə məşğul olmağa maneçilik törədir. Nəticədə övladlarını dayə və ya bağçaya əmanət etmək istəməyən, yaxud buna maddi imkanı çatmayan xanımlar onları nənə-babalarının himayəsinə verməyə məcbur olurlar.

Bəs nənə-baba himayəsində böyüyən uşaqların valideyn nəzarətində böyüyənlərdən əsas fərqi nə olur, onlar cəmiyyətdə necə fərd olurlar? Onları nənə-babadan hansı yaşda, necə ayırmaq lazımdır? Ümumiyyətlə, nənə-baba uşaqlarının psixoloji durumu necə olur?
Davamı →

Uşaqların sosial inkişafı

Uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətləri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasıdır.

Uşağın ana-atası və ətrafında olan insanlarla yaşaması onun sosial həyatının başlanğıcıdır. Doğulduğu andan etibarən uşağın sosial inkişafı başlayır və çevrəsindəki insanlarla qurduğu münasibətlə davam edir. Uşaqlar dil, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrəsi də genişlənir. Beləliklə, ailə içində başlayan sosial münasibətlər dostluq münasibətləri və məktəb həyatı ilə davam edir.

0-2 yaşda sosial bacarıqların inkişafı
2 ayından etibarən uşaq anasını tanıyır. Əvvəllər onunla oynayan hər kəsə gülümsəyən uşaq 6 aydan etibarən yalnız tanıdığı adamlara gülümsəyir. Bu dövrdə bəzi uşaqlar yanlarında ağlayan uşaqların ağlamasına əhəmiyyət vermədiyi halda, bəziləri isə müxtəlif səslər çıxararaq diqqəti öz üzərinə çəkir. 9-14 aylıq uşaqlar öz oyuncaqları ilə oynayırlar. Bu yaş dövrü üçün tək və paralel oyunlar xarakterikdir. Uşaqlar 2 yaşına çatmamış da özlərinə dost seçə bilərlər. Amma bu münasibətlər qısa müddətlidir.
Davamı →

Uşağım söyüş söyür...

Bəzən uşağımızın pis sözlər danışdığını, ətrafındakıları təhqir etdiyini, söyüş söydüyünü görürük. Elə isə nə etməli? Bunun qarşısını almaq üçün hansı addımları atmalı?…

Bu məsələdə yol verdiyiniz ən böyük səhvlərdən biri də uşağın ağzından pis söz eşidən kimi sərt reaksiya verməyimizdir: “Bir daha bu sözü səndən eşitməyim, yoxsa pis olar”, “Ağzına bibər sürtərəm”, “Bu sözləri həyətdə öyrənirsən, bir də məndən icazəsiz həyətə düşməyəcəksən”, “Sən bu bu sözləri bağçada öyrənmisən?” və s. Bu sözlər, bəlkə də problemin müvəqqəti həll etməyə kömək edə bilər. Ancaq uşaq valideynin yanında söyüş söyməsə də, buna mane olmayan hər hansı bir mühitə düşdükdə yenə söyüş söyməkdə davam edəcək. Yəni, burada əsas məsələ uşağın söyüş söyməyi ata-anasından qorxduğu üçün yox, pis hərəkət olduğunu başa düşdüyü üçün tərgitməsidir. İndi isə bu problemin qarşısını almaq üçün lazım olan tədbirləri nəzərdən keçirək.
Davamı →

Xoşbəxt övlad tərbiyə etməyin yolları


Uşaqların xoşbəxt, şən əhval –ruhiyyəli, psixoloji sağlam böyümələri üçün valideynlər necə davranmalıdırlar?

Övladınızı var olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin. Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin. İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun.

“Hamıdan yaxşı olsun” ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün lazımi istiqamətlərdə dəstəyinizi verərkən “ sən hər kəsdən yaxşı olmalısan” deyə övladınıza psixoloji gərginlik yaşatmayın. Bacarması üçün dəstək olun, lakin bu zaman övladınıza basqı etməyin.
Davamı →

Cəsarətli övlad yetişdirmək

Hər bir valideyn övladını ideal böyütməyə çalışır və buna cəhd edir. Lakin bəzən bilmədən səhvlərə də yol verir. Psixoloqlar dəfələrlə bildirirlər ki, ilk növbədə uşağı qorxutmaq olmaz. Siz qorxutmaq üsulu ilə övladınızın düzgün böyüməsinə mane olursunuz.

Mütəxəssislər uşağın böyüməsində ona cəsarət verməyi ən mühüm amil hesab edirlər. Övladınızı həyata hazırlamaq üçün ona cəsarət verəcək 60 cümlə:
Davamı →

Uşaqlara nağıl seçərkən diqqətli olun!

Uşaqlar nəyin düz, nəyin yanlış olduğunu bilmir, gördüklərini yamsılayırlar. Valideynlərin, müəllimlərin və ya onlara nümunəvi kimi görünənlərin həyat hekayətlərini, səhvlərini belə şüuraltı olaraq öz həyat ssenarilərinə yazırlar. Bəzən bu həyat ssenariləri təsadüfi və məhvedici ola bilər. Lakin nağılların köməyi ilə uşaqlara düzgün davranış modellərini, nümunəvi obrazları, uğurlu həyat ssenarilərini sərgiləmək olar.

Nağıl danışmağın faydası varmı?
«Milana» Psixologiya Nitq İnkşaf Mərkəzinin psixologiya sahəsinin rəhbəri Vəfa Rəşidovanın sözlərinə görə, nağıllar uşaqlıq dövründə eşidilirsə, insan psixologiyasına, şüuraltısına çox böyük təsir göstərir: «Bu, kənardan sadə bir şey kimi görünə bilər. Amma insanın xarakterində, ruh halında, həyata baxış bucağında və şəxsiyyət kimi formalaşmasında nağılların böyük rolu var».
Davamı →

Uşaqlara gecələr tualet təlimi

Əgər gündüzlər övladınızı ayaqyoluna getməyi öyrətmisinizsə, artıq gecələr də ona yerini islatmadan tualetə getməyi öyrətmənin zamanı gəlib. Bu kifayət qədər səbr tələb edən işin öhdəsindən gəlmək üçün aşağıdakı tövsiyələrə diqqət edin.

— Gecələr quru qalmaq üçün təlimə nə vaxt başlamaq lazımdır? Bunun ən düzgün vaxtını siz hiss edəcəksiniz. Əgər bir neçə gün ərzində bezlər gecədən sonra quru qalırsa, onda bezdən yavaş-yavaş imtina etməyin vaxtı çatıb. Ola bilər ki, təklif uşağın özündən gəlsin. Əgər gecələr bez onu narahat edirsə, bezdən imtina edib gecə tualeti təliminə başlaya bilərsiniz. 

— Yatmadan öncə uşağı oyadıb tualetə aparmaq. Düzdür bir çox mütəxəssislər hesab edirlər ki, uşaqlar yuxudan tam oyanmırlarsa, onlar nə baş verdiyini tam anlamırlar. Bununla belə, bu, uşaqlarda yuxudan durub tualetə getmək vərdişi yaradır.
Davamı →

Uşağa neçə yaşından xarici dil öyrətmək lazımdır?


Müasir valideynlərin təsəvvüründə məktəbdə təhsildən öncə uşaq rəsm çəkməyi, şahmat oynamağı öyrənməli, xoreoqrafiya ilə məşğul olmalı və əlbəttə ki, heç olmasa bir xarici dil, ən azından ingilis dilini öyrənməlidir.

Dili öyrənməyi nə vaxt başlamaq lazımdır?
Bu suala universal cavab yoxdur, ancaq onu belə formalaşdırmaq olar: uşaq hazır olanda dili öyrənməyə başlamalıdır. Çünki uşaq doğma dilində yaxşı danışmağı öyrənməyibsə, üstəlik loqopedik problemləri varsa, əlbəttə ki, əlavə dilin öyrənilməsi onun üçün çətin sınaq olacaq. Eyni zamanda fizioloqlar sübut ediblər ki, uşağın beyni 9 yaşına qədər nitqi, o cümlədən, xarici dili daha yaxşı qavrayır. Balaca uşaqlara doğma dilindən fərqli olan səsləri çıxarmağı öyrənmək daha asandır. Bundan əlavə, uşaq səhv etməkdən qorxmur, o, psixoloji baryerdən azaddır, buna görə də uşaqlar xarici dildə daha tez danışmağa başlayırlar. Ancaq bir sıra qaydalara əməl etmək çox vacibdir: dərslər könüllülük prinsipi ilə, ardıcıl keçirilməlidir və uşaqda maraq yaratmalıdır.

Davamı →