Haqqında film çəkilən Chris Gardner

"Ümidini itirmə" filmini izləməyən və bilməyən yoxdur. Və budur, bu filmdə Will Smith`in  canlandırdığı obraz olan Chris Gardner`in uğur hekayəsi.
Hər birimizin «itirmək, uduzmaq, əzilmək» üçün səbəbləri vardır. Üstəlik bu səbəblər, donmaqda olan birini yuxunun çəksiyi kimi narkotik bir xoşbəxtliyə çəkə bilir insanı.
Mübarizəni, döyüşməyi, savaşmağı buraxarsan. Özünü,şəxsi bəhanələrinin qaranlıq dərinliyinə salarsan. Həyatla arandakı mübarizəni daha başlamadan uduzarsan. Ən çox da «uduzmaqdan qorxanlar» sevər daha başdan itirməyi, «uduzmamışlardır», sadəcə savaşa girməmişlərdir. Təslim olmaq, yenilməkdən daha yaxşı gəlir onlara. Buraxın savaşmağı, uduzmağı belə bacarmayanların uduzmağıdır bu. Biraz zavallı görünür bu adamlar mənə. Mən savaşmağı sevirəm, uduzmaqdan qormayanları sevirəm. Chris Gardner`İn Uğur Hekayəsi
Mübarizə aparanları, dirəniş göstərənləri sevirəm. Öz xəyalını özü yaradıb, nə olursa olsun o xəyala doğru gedənləri sevirəm. Belə insanları mənim gözümdə dəyərli göstərən onların xeyalları deyildir, bəzilərinin xəyalları mənə çox uzaqdır amma o xəyala getdikləri yoldakı cəsarət, o hər şərt altında dimdik duran əzim, geriləməmə qərarlılığı  çəkir diqqətimi. O insanlar uğur qazanırlar.
Uğurun ölçüsü də nə pul, nə şöhrət, nə iqtidardır mənim üçün. Sadədir mənim uğur tərifim. İnsanların xeyallarını reallaşdırmasına  uğur deyirəm mən. Xəyalınla sənin aranda duran bütün maneələri aşa bilməyə. Ötənlərdə Chris Gardner`in  hekayəsinə rast gəldim. Bir zənci. Uşaqlığı pis keçmiş. Atası onları tərk etmiş, ögey atası çox pis davranmış ,onu və qardaşlarını  təhqir etmiş, analarını döyümüş. Daha yeddi yaşında olanda «uşaqlarımı əsla burxmayacağına» söz vermişdir. Ağıllı olduğu üçün  dostları ona «koca kafa» adını qoymuşlar. Ama oxumamış.
Ümidini itirmə filminin ən gözəl səhnəsi.
Gedib Dəniz Qüvvətlərinə yazılmış. Səhiyyəçi olmuş. Orda da işləri tez öyrənmiş, həkimlərin diqqətini çəkmiş. Əsgərlikdən sonra tibb oxumağı düşünmüş. Ordudan ayrılınca bir xəstəxanada çalışmağa başlamış. İşlər yaxşı gedirmiş. Evlənmiş. Sonra xəstəxanada işləməkdən imtina etmiş. Xəstəxana alətləri sataraq varlı olacağına qərar vermiş. Bu qərar, onun fəlakətinin başlanğıcı olmuş. Bu arada bir oğlu da dünyaya gəlmişdir.
Qap-qapı gəzərək «tarayıcı (brovser)» deyilən bir alət satmağa çalışırmış həkimlərə. Amma işlər yaxşı getmirmiş. Həyat getdikcə daha da çətinləşirmiş. Pulsuzluq, uşağın məktəb xərci, ödənişlər, ödənilməyin kirayə pulları, həyat yoldaşının iki növbə çalışması, tarayıcıları heç kimin almaması.
Gardner, hər tərəfdən sıxılarkən bir gün əlində böyük bir tarayıcısı, belində hər zaman daşıdığı ucuz çantası ilə bir həkim görüşünə çatmaq üçün sürətlə yeridyi zaman küçənin döngəsində qırmızı bir Ferrarı durmuş, içindən gənc bir adam enmiş.
Adamı durdurmuş o an.
-Bağışlayın, icazənizlə iki sualım var. Bu avtomobili ala bilmək üçün nə işlə məşğul olursunuz. Bu işi necə görürsünüz?
-Birjaçıyam. Bu binada birjaçı olmaq istəyənlər üçün kurs verirlər. Gardner o anda birjaçı olmağa qərar vermiş. Və  tez binaya girib, kursa qatılmaq istədiyini söyləmiş. Kursa qatıla bilmək üçün lazım olan imtahandan keçmiş və müsahibəyə girməyə haqq qazanmış. Müsahibədən bir gün əvvəl evə polislər gəlmiş və ödəmədiyi yol cəzası üçün onu həbs etmişlər. O anda evini boyadığı üçün onu boya paltarı və  əlinə-üzünə bulaşmış boya ləkələri ilə nəzarətxanaya atmışlar. Ertəsi sabah nəzarətxanadan çıxmış və o halı ilə qaça-qaça müsahibəyə getmiş.
 Chris Gardner
Bir birja imtahanına, boya köynəyi və üzündə boya ləkələri ilə gələn bu gənc zənciyə, qurumun başçısı:
-Qarşıma atletlə gələn bir adamı birjaçı olması üçün  kursa qəbul etsəm, nə deyərsən, demiş.
-Hər halda çox gözəl bir şalvarı vardı, deyərəm. Bu zarafat üzərinə onu kursa qəbul etmişlər. Kura altı ay davam edəcəkmiş, bu müddətdə heç ara verməyəcəklərmiş və axırda aralarından sadəcə birini işə götürəcəklərmiş. Bir tərəfdən kursa gedib, bir tərəfdən də pul qazana bilmək üçün «tarayıcılarını (brovser)» satmağa çalışırdı.  Amma sata bilmirmiş.Həyat daha da çətinləşmiş, həyat yoldaşı onu tərk etmiş.
Chris, bütün çətinliklərə baxmayaraq övladı ilə birlikdə yaşamağa qərar vermiş və oğlu il ikisi baş- başa qalmışlar. Bir dəfə axşamüstü oğlunu məhlədəki basketbol meydanına oynamağa aparmış. Uşağın bir atışını sərtcə tənqid edincə kiçik oğlan " mən bu oyunu bacarmayacam", deyə oynamaqdan imtina etmiş. -Özlərə bacarmayanlar sənə, sənin də bacarmayacağını söyləyərlər, demiş oğluna. Sənə, mən belə bacara bilməzsən desəm məni dinləmə. Bir neçə gün sonra kirayəni ödəyə bilmədikləri üçün ev sahibi onları evdən qovmuş. Bir motelə yerləşmişlər.
Səhərləri oğlunu bağçaya qoyur, kursa  gedir, kursda hissə sata bilmək üçün müştərilərlə danışaraq digər iştirakçıları keçməyə çalışır, axşam bağçaya gedib oğlunu götürdükdən sonra «tarayıcılarını» satmaq üçün həkim müayinələrini gəzirmiş. İşlər biraz düzəlmiş. Tarayıcı satışları artmış. Tam biraz nəfəs alacaqkən,  bu dəfə də bir məktub gəlmiş vergi dairəsindən. Və qazandığı bütün pulları əlindən almışlar. Satabiləcəyi tək bir daraq və cibində 12 dollarla qalmış. Motelə də pul ödəyə bilmədiyi üçün ordan da qovmuşlar. Nə gedə biləcəkləri bir yer, nə də ceblərində pul vardı. Bir metro stansiyasına aparmış oğlunu. Oğluna, əlindəki tarayıcını göstərib «bax, bu zaman aləti» demiş,«düyməsinə bas və zaman dəyişsin». Uşaq düyməyə basmış.
«Ah», demiş, Chris, «budur zaman dəyişdi, bax dinozavrlar gəlir, gəl qaçıb bir mağaraya sığınaq». Oğlu ilə metronun tualetinə girmişlər, «burası mağara», demiş Chris, yerlərə tualet kağızları sərib oğlu ilə birlikdə onların üstünə oturmuş. Oğlunu yatırmış və o yatarkən ilk dəfə ağlamış. Ertəsi səhəri kursa əlində tarayıcısı, çamodanı və bir kostyumla getmiş, soruşanlara " axşam bir səyahətə çıxacam da onun üçün əşyalarım yanımda" deyirmiş.
Bir tərəfdən də dəli kimi çalışırmış kursda. O axşam bir kilsənin «evsizlər» üçün olan sığınacağında qalmışlar. Oğlunu yatırdıqdan sonra əlindəki son tarayıcını təmir etməyə çalışmış. Artıq hər səhər kursa gedir, bir vaxt tapıb qaçaraq bir həkim müayinəsinə gedib tarayıcı satmağa çalışır, axşamlar evsizlər üçün olan sığınacağın qabağında oğlu ilə quyruğa girib gecə yatacaqları bir yataq tapmağa çalışırdı. Bəzi gecələr sığınacaqda yer tapmayınca metro stansiyasında qalırlarmış. Bir tərəfdən də digər kurs iştirakçılarının axtarmağa belə cəsarət etmədikləri  varlı idarəçiləri axtarır, onlardan icazə alır və lazım olarsa evlərinə gedib oğlu ilə birlikdə qapılarını döyürmüş. Cebində 5 qəpik pulu, yatacaq yeri olmayan bu gənc zənci bəzi günlər ölkənin ən zəngin adamları ilə tanış olub, onlarla dostluq edirmiş.
Chris-Gardner
Axşam da yenidən evsizlər sığınacağına qayıdırmış. Bir gün əlindəki son tarayıcını satmağı bacarmış. O gecə yaxşı bir oteldə qalmışlar oğlu ilə birlikdə. Gözəl bir hamburger yemişlər. Kurs son günlərinə yaxınlaşırdı. Amma kursun başçısı bu zənci tələbəni  «ayaq işlərinə» göndərir, onun digərlərinə çatmaq üçün çalışarkən bir də bu işlər üzündən vaxt itirməsinə səbəb olurdu. Bütün bunlara baxmayaraq kursun sonuna qədər dayanmış. Hissə sənədlərini satmış. Son gün kostyumunu geyinib getmiş işə. Onu son müsahibəyə çağırmışlar. Müdür ona, -bugün burada kurs iştirakçısı olaraq son günün demiş və əlavə etmiş:- Sabah burada bir birja başçısı olaraq işə başlayacaqsan. O anda Gardnerin gözləri dolmuş.- Çətin oldu Chris?-deyə soruşmuş müdür. -Çox çətin oldu bəy, demiş. Ertəsi səhər yaxşı bir maaşla işə başlamış.
Altı il sonra şəxsi şirkətini qurmuş. On beş il sonra şirkətini milyonlarla dollara satmış. Sonra oturub həyatını yazmış. Yazdığı kitab bütün dünyada best seller olmuş. Kitabından hazırlanan film Oscar`a namizəd göstərilmişdir.
İndi artıq varlı bir adamdır. Bu adamın hekayəsini çox sevdim. Nə birjaçı, nə də varlı olması idi məni təsirləndirən. Xəyalını reallaşdırmamaq üçün keçərli bəhanələri olan, övladı ilə küçələrdə yatan, ac qalan, bir yandan özündən çox daha yaxşı təhsil almış insanlarla yarışarkən bir yandan da heç kimin almadığı bir «tarayıcı»nı satmağa çalışan, bir gün belə oğlunu tək buraxmayan və ən çətin şərtlər altında belə oğluna «bacara bilərsən, bacara bilməyənlərin məsləhətlərinə baxma» deyən bir adamın mübarizə aparmasından, dözməsindən, metro tualetlərində ağlarkən belə məqsədindən imtina etməməsindən təsirləndim.
Bu qədər qərarlı bir şəkildə nə olmaq istəsə olardı. Həyatdan, səfalətdən, aclıqdan qorxmaması, bir tək gün belə narazılıq etməməsi, ac yatdığı gecənin səhərində «necəsən» deyənlərə «yaxşıyam» deyə cavab verə bilməsi, bacarmamaq üçün sahib olduğu bəhanələrin içinə saxlanmaması, lazım olduğunda 24 saat yuxusuz qalması, oğluna hər zaman sahib çıxması, insanların ona heyran olmasına gətirib çıxarırdı. Öz həyat hekayəsi ilə, oğluna verdiyi nəsihəti hər kəsə vermiş olurdu:
-Bacara bilməyənlər sənə də bacara bilməyəcəyini söylərlər, onlara inanma. Hər hansı bir şeyi etməmək üçün güclü bəhanələri olanlar bu adamın həyatına bir baxsınlar. Onun həyatını izlədikdən sonra. Ya edəcək, ya da utanacaqlar.
 
Mənbə: cazibe.info
 

0 şərh