Adaçayının faydaları

Adaçayının faydalarından bəhs etmədən öncə adaçayı bitkisinin nə olduğunu öyrənək. Adaçayı çoxillik, Aralıq dənizi ətrafında yetişən bir ağacın, bitkinin yarpaqlarından əldə edilir. Min illər boyunca dərman istehsalında istifadə edildiyi məlum olan adaçayı keçmişdə ilan sancmalarının müalicəsində, nəzərə qarşı qoruma kimi istifadə edilmişdir.


Bəs adaçayı nə işə yarayır, faydaları nələrdir?

1. Adaçayı zehni açır. Aparılan araşdırmalarda kiçik miqdarda adaçayı iyləndikdə, ya da istehlak edildikdə yaddaş güclənir, müvazinət və yönəltmə asanlaşır. Bu səbəblə tələbələrin və yüksək zehni qabiliyyət tələb edən işlərdə çalışanların hər gün bir az adaçayı istehlak etməsi çox faydalıdır.

2. Adaçayının faydalarından biri də orqanizmdə iltihablanmanı müalicə etməsidir. Bunun üçün edəcəyiniz ən asan şey, adaçayı yarpağı çeynəməkdir. Eyni zamanda, adaçayı yağı, ya da dəm almış adaçayı çayı da insan orqanizminə yaxşı  təsir göstərir.

3. Bununla yanaşı, adaçayı antioksidant xüsusiyyətləri olan bir bitkidir. Adaçayındakı bəzi maddələr, orqanizmdəki sərbəst radikalları eyniləşdirərək ürək, orqan sistemləri, dəri, əzələlərinə təsiri və hətta beyin üzərindəki oksidatif təzyiqi də azaldır.

4. Adaçayında kəşf edilən bəzi antimikrobiyal xüsusiyyətlər, bu bitkinin immunitet sistemini gücləndirdiyinə də işarədir. Xüsusilə dəri yolu ilə yoluxan xəstəliklər qarşısında adaçayından istifadə etmək olur.

5. Adaçayı çox az qidada olan K vitamini baxımından da çox zəngindir. Sümük sıxlığı və inkişafında kritik əhəmiyyətdə olan bu vitaminin gündəlik ehtiyacımızın yüzdə birini yalnız bir pay adaçayı sərf edərək də almaq mümkündür.

6. Adaçayının mübahisəsiz təsirli olduğu digər bir sahə də diabet müalicəsidir.

7. Adaçayının faydaları arasında önə çıxan bir məqam onun həzmə yaxşı kömək etməsidir. Mədə spazmalarının və ishalın qarşısını alan adaçayı bağırsaqlara da yaxşı təsir edir.

Bəs adaçayı necə dəmlənir?

8-10 ədəd yaş yarpağı, ya da 1-1.5 çay qaşığı xırdalanmış quru yarpağı, 3 böyük çaybardağı su ilə birlikdə kiçik bir qazana, ya da bir qəhvədana qoyun. Su qaynayana qədər odda saxlayın. Rəngi dəyişdikdən sonra 5-6 dəqiqə saxlayıb süzün. Dadını bir az yüngülləşdirmək üçün limon dilimlərindən və bir çay qaşığı baldan istifadə edin. Adaçayından istifadə boğazınızda olan narahatçılığı da aradan qaldırır.

 

0 şərh