Adı nə olsun?

Siz də " Qoy hələ doğulsun, sonra bir ad taparıq" ,-deyənlərdənsinizmi? Təbii ki,sizə də, fikirlərinizə də böyük hörmətimiz var. Ancaq bunu unutmaq olmaz ki, uşağınıza verəcəyiniz ad həm mənası, həm də deyilişi ilə insanların qəbul edəcəyi, uşağınızın bu adı daşımaqdan qürur duyacağı bir ad olmalıdır. Çünki ad uşaq tərbiyəsində çox mühüm rolu olan, ruha birbaşa təsir edən bir amildir. Həm də ad qoymaq ata-ananın ilk və ən mühüm vəzifəsidir. Ona qoyacağınız ad lətifələrin, komik filmlərin mövzusu olmamalı, dostları, yoldaşları arasında istehza doğurmamalıdır.

O gün balaca bir qız mənə adını deməkdən çəkindi. Çoxlu adamlar var idi. Yeni tanış olurduq. Yanındakı yoldaşları söylədilər adını. Sən demə, Pərişan imiş. Yəni adı " pərişan " olanda, özünü təqdim etməyə belə çəkinir insan.

Bəzi adlar da mədəniyyətimizə və mənəvi dəyərlərimizə uyğun gəlmir.
Sonra Bəsti, Yetər, Dursun kimi adlar da valideynlə uşaq arasındakı sevgi uçurumunu göstərir məncə. Yəni adı Yetər, Bəsti olan bir uşaq özünü evdə həmişə artıq hiss etməyəcəkmi? Bu cür adları daşıyan qız uşaqları ata-analarının içindəki " oğlan həsrətini " hiss edib bütün bunları nə ilə və ya necə izah edəcəklər görəsən? Ya da qızına Yetər adını, qoyduqdan sonra neçə ailənin oğlu olub, kimin taleyi dəyişib, bilən varmı?

Hələ heç İlahə adını demirəm. Bir uşağa İlahə adı qoymaq nə qədər doğrudur? Bizdə, yunan mifologiyasında olduğu kimi, eşq ilahəsi, xeyirxahlıq ilahəsi varmı? O adla yaşayacaq körpəyə bu nə cür sürprizdir belə?

Ad çox vacibdir, dostlar və insanın xarakterinə birbaşa təsiri var. Məsələn, məsum bir körpəyə Qahirə, Zalimə kimi adlar qoymaq olarmı? Siz onu Zalimə çağırsanız, sabah və ya o biri gün o da adı kimi " zalım " olsa, günah kimdə olacaq, deyə bilərsinizmi?
Babalar və nənələr yeni doğulan nəvələrinə adlarını vermək üçün təkid edirlər bəzən. Əgər doğrudan da gözəl bir addırsa, qoymaq olar. Ancaq deyilsə, o adın uşağa göstərəcəyi təsirləri unutmamalı və onları münasib bir dillə razı salmalısınız. Çünki ad vermək ilk növbədə ata-ananın vəzifəsidir. Həm də artıq bilməliyik ki, bizi adımız yox, gözəl əməllərimiz əbədi yaşatmalıdır.
Bir də uşağımıza elə ad qoymalıyıq ki, ondan hər yaşında, bütün ömrü boyu razı olsun. Hər yaşa yaraşsın o ad. Məsələn, bizim Türkiyədə Necla, Tijen, Jalə kimi elə adlar var ki, bir qız uşağına yaraşsa da, bir xanıma, bir nənəyə yaraşmır. Tijen nənə, Necla xala… Doğrusu, heç qulağa da xoş gəlmir...

Bizim Aişə, Fatimə, Xədicə, Zeynəb, Mehriban, Zəhra kimi çox gözəl adlarımız var. Hamı həm millətimizə, həm də mənəviyyatımıza uyğun olan bu adları yaxşı bilir. Sadəcə olaraq, ad qoyarkən bir az diqqətli olmaq lazımdır.

Türkiyədə istifadə edilən adlardan da danışmaq olardı, ancaq yazımız burda işıq üzü gördüyü üçün bu adları üstün tutduq. Bizdə də Qaya, Torpaq, Yarpaq, Damla kimi ətrafımızda nə görürüksə, uşağa ad qoymaq kimi xəstəliyimiz var. Məsələn, bizdə Aslan bir qız adıdır. Və ya biri götürüb Üfüq, Tan kimi adlar qoyub oğlanlarına. Ya da İzel nə deməkdir, Sertap nə mənaya gəlir, bilən yoxdur, ancaq istifadə olunur. Serkanın oğru, Kezbanın yalançı demək olduğunu, görəsən neçə adam bilir?
Yəni, gərək övladlarımıza elə ad qoyaq ki, onları o adla çağıranda bizə rəhmət oxusunlar.

PS: Yazıda göstərilən bəyənilməyən adların daşıyıcıları varsa, müəllifin subyektiv fikirlərini qeyd etdiyini nəzərə alsınlar.

Müəllif:Sumeyra Irmak
Xoşbəxt bir yuva üçün

47 şərh

DiplomatkA
Dogrudur,adin insan heyatinda cox boyuk onemi var.twkr paylasdiginiz ucun
Responsible
Mövzu maraqlıdır. Təşəkkür.
məryam
Maraqlı məlumatdı. Sizə bir ad deyəcəm, görün necədi. Banu. Mənası pəri, prensas, xanım deməkdi.
bahar
Məryəm Banu mənim Ən çox sevdiyim addı.
umud600
Məryəm, sizin öz adınız kimi Banu da qəşəng addı. Mənası da gözəl.
Ferbara
Adın insan həyatına təsir etdiyinə inananlar azdı. Ən azından insan bəyənmədiyi adı qırıq əza kimi hər zaman özü ilə daşımalı olur.
Məqalə osmanlı türkçəsindən tərcümə olunduğuna görə təəssüf ki, bizim adlara az rast gəlindi.
umud600
Axşamınız xeyir! Bizdə də siz demişkən qırıq əza kimi daşımaq məcburiyyətində qaldığımız adlar çoxdur. Məncə Dayandur, Umalat, Nənəxanım, Paxla kimi adların daşıyıcıları heç də öz adlarından məmnun deyillər. Bahar xanımın yazdıqlarını da əlavə edə bilərik.
Ferbara
Hər vaxtınız xeyir. Qəribə adlar mövzusunda başqa bir məqalədə adlar yazmışdım. Siz sadaladığınız heç olmasa, ada oxşayır. :)
Bəziləri şəxsən tanıdıqlarımdı: Telefon, Paket, Cuna, Gilas, Moruq, Kanalizasiya, Postalan, Tovariş və s. Sonuncudan başqa hamısı qadın adlarıdı.
Postalan adının sahibindən başqa hamısı nənələrdi, yəni köhnə adlardı. Postalan isə 1992-də, müharibə zamanı anadan olub. Yəqin ki, adının mənasını başa düşdünüz. Amma sonradan adını dəyişdilər. :)
umud600
   Hələ görün bizlərdə nələr var: Traktor, Vəzifə, Qətbə, Budaq, Salam, Qayıtma, Çoban, Bircəgül, Qönçə, Gəlxanım, Bulud, Limon, İpək, Düymə, Mahal, Gülbala, Baxdımşah. :)
Ferbara
Qətibə köhnə addır, Qılınc və Qələm romanında var.
Qönçə, Qumru adlarını xoşlayıram. Baxtımşah olmasın?
umud600
Bir maraqlı fakt yazım: Birinin 4 oğlu olur dalbadal, birincinin adın Azər qoyur, sonra ikinci gəlir, fikirləşir Baycan qoyur. Ücüncüyə də ad tapır: Xalqı. Nəhayət dördüncü dünyaya gəlir, ona da Yaşa adını qoyur. :) Baycan oğlunu şəxsən tanıyıram.
Xrizoberil
həqiqətən çox maraqlıdır, ailədəki həvəsə baxın ))))))))))))
Choco

Başa düşmədim Qönçə adının nəyi pisdi,necə deyərlər gül kimi addı:)mən adımı həmişə bəyənmişəm,hətta balaca vaxtdan kimə deyirdim hami deyirdi necə qəşəng adın var.çox da gözəl mənası var təbii ki,anlıyanlar üçün.

Rene
Salam Allahın adıdır.
Qönçə gözəl addır, burda gülməli, qəribə bir çey yoxdur.
Bulud, İpək, hətta Mahal da normal, rast gəlinən adlardır.
Rene
Kanalizasiya lap pisdiye, alçaldıcıdı. Gör valideynləri necə cahil olublar. Şəxsən mənim adım belə axmaq ad olsaydı, dəyişərdim, neçə yaşımda oluramsa-olum dəyişərdim.
Postalanın mənası nədi ki? Hansı dildədi? ))))
bahar

Bəsti,Yetər ,Kifayət,Qızbəs,Qızqayıt,Songül və s.


Adın insan həyatında çox böyük önəmi var. Mən bunun həyatda şahidi olmuşam. Məqaləyə görə çox sağolun.

Silen_ce
Birini də mən deyim: əmimin tələbə yoldaşının adı Oğlangərək idi. Bu adı qız yazıq necə daşısın?
lili95
paylasim ucun tesekkur
məryam
Bahar, Umud600 adı bəyəndiyinizə sevindim. Bu mənim öz adım deyil.
Xrizoberil
biz də xanıma və kişiyə qoyulan eyni adlar deyəsən həm dəbdədir, həm də çoxluq təşkil edir... : arzu, ziyafət, könül, məhəbbət, ədalət və s… insan müraciət edəndə çaşıb qalır təmiz.
bahar
Bu yaxınlarda toylardan birində şahidi oldum.Tamada «Sevdim» xanım dedi. Mikrafona kişi gəldi.:)))
Kinosunas
Biri vardı ilk dəfə görürdüm..Adını söylədilər.Gözləyirəm ki,içəri xanım girəcək.Kişi girərkən təəccüblənmişdim.Həqiqətən adları qoyarkən diqqətli olmaq lazımdır. Lazımlı mövzudur.Təşəkkür
məryam
Adları bir hadisəyə və ya istəyə görə qoyurlar. Amma diqqətli olmaq lazımdı.
DiplomatkA


Bu da nümunələrdən biri))

Silen_ce
Potuş qisasını Pətişdən alıb)))
Responsible
Söhbətin lap kökündən vurduz :)
ElcinHesenov
Yazzıq dayı nəvəsinin də adını Pitiş qoyarlar :)))
Silen_ce

Beləliklə, Pətiş də qisasını Pitişdən almış olacaq)))))

MaksiMuS
Mekteb illerinde nedense öz adimi xowlamirdim.Hetta kompleks halina getirmiwdim:) Wukr,indi o qeder de kompleks etmirem.Qebul etmiwem.Meqalede vurgulananlari destekleyirem.Ad qurur,werefdir.Temiz oldugu qeder de uca,menali,gözel olmalidi.
məryam
Mənimdə adımdan xoşum gəlmir. Neyləyək. Kaş dəyişdirə  bilsəm.
Rene
Sən sevin ki Hz Məryəmin adını daşıyırsan, utanmaq nədir?
Rene
Daha doğrusu utanmaq yox, «xoşum gəlmir» yazmısan, bu adı necə xoşlamaya bilərsən? Sən bilirsən necə mübarək qadının adını daşıyırsan?..
MaksiMuS
Eslinde Meryem herkesin zovqu muxtelifdi deye sene gore xow olmayan ad kimese gore gozeldi.Tesadufi deyilki menim adimi da beyenen az olmayib:)
məryam
Mənim durumum kritikdi. Anam bir ad deyir, nənəm bir. Anamın adını qoymasam qızlığdan, nənəmin adını qoymasam nəvəlikdən çıxıram. İndi mənim adım nə olsun? Başım qarışır. Hamı mənə bir ad deyir:)
Xrizoberil
maraqlıdır… yəni ananızla nənəniz arasında bir razılığa gəlmək mümkün deyil?
məryam
Xeyr. Onsuzda anam xaricidi deyə, atamla evlənməsini istəmirdi. Amma onlar evləndilər. Bu mövzu indi açılmasada, 18 yaşımda adım nə olacaq merak ediyorum.
bahar
Maksimus-mənim qardaşımın da adı Səbuhidi və mən bildiyim qədərilə Mirzə fətəli Axundovun ləqəbi olub.
Rene
Pərişan mənim ən yaxın rəfiqələrimdən birinin adıdır ))) Sizə bir şey etiraf edim, adı sanki təsir etmişdi ona, həqiqətən də çox Pərişan görsənirdi kənardan, hələ pərişan saçlarını demirəm.  )))) Amma tanıdıqca gördük ki, çox maraqlı şəxsiyyətdir, yumor hissi də var imiş )))))) Biz də adını kompensasiya etmək üçün ona Pərişan Şən deyirdik öz aramızda )))) Ehh tələbəlik… Canın yanmasın, ay Pərişan! )))))
Angelie

Rene, niyə insanların arxasınca danışırsan?)...məncə düzgün hərəkət deyil)...

Rene

Arxasınca danışsaydım, indi sən bu şərhi yazmazdın ))

Rene
Həm pis bir şey yazmamışam ki ))
Angelie
hə düzdü pis heç nə yazmamısan. bəziləri o qıza hətta Pərnişan deyirdi...bir de mÜellimler adını 2dəfə oxuyurdu...nəə Pərişan?))))...yazıq qız necə də əsəbləşirdi))
MaksiMuS
Düzdu BAHAR. Bu menada adimla qürur duyuram.
Ramil
Ad insanın həyatında, gələcək prespektivlərində böyük rol oynayır.
BaRLeLiTa
Çox maraqlı yazıydı..Şərhləri oxuyanda nə qədər güldüm :)))