Evlilikdən sonra

İlk günün səhəri bir-birini yataqdan qalxdıqları halları ilə görən qadın və kişi ilk peşmanlıq duyğularını hiss edirlər. Eyni evin içində yaşamağa başladıqdan sonra bir-birlərinin daha əvvəl bilmədikləri dəyişik vərdişlərinə və şəxsiyyətlərindəki anormallıqlara şahid olurlar. Daha əvvəl gözlərində böyütdükləri bu insan zamanla dəyərini itirir və bu vəziyyət qısa müddətdə aralarında soyuqluq yaranmasına səbəb olur. Daxildə bəslədikləri bu mənfi duyğular zaman keçdikcə artaraq davam edir. Aradakı sevgi anlayışı səthi olduğundan, bir müddət sonra sevgi zənn edilən duyğuların zəruri bir vərdiş halına çevrildiyini görürlər.

İlk aylar ayıb olmasın deyə bir-birlərinə bu hisslərini bildirməyən və yaxşı dolanmağa çalışan ər-arvad, zaman keçdikcə hörmətlərini itirməyə, kobud, dözümsüz və düşüncəsiz olmağa, bir-birlərindən soyuduqlarını müəyyən edən davranışlar göstərməyə başlayırlar. Lakin bunu ətrafa bildirməməyə çalışırlar. Ancaq ətrafları onsuz da  bunun fərqindədir və bu  təbii bir hadisə olaraq qəbul edilir. Evliliyin ilk günlərinə "bal ayı" deyilməsi bunun maraqlı bir göstəricisidir: aydındır ki, qısa bir müddət sonra bal ayı bitəcək, bezginlik, çətinlik, hətta münaqişə dolu aylar və illər başlayacaq. Gələcəkdə  isə uşaqlar, dolanışıq dərdi kimi ümumi problemlər və bunların yaratdığı psixoloji mühit evdəki vəziyyəti təyin edir. Ev sakinləri arasında davamlı gərgin və əsəbi münasibətlər yaşanır. Pul davamlı danışılan mövzudur. Ər-arvad arasında sahiblənmə, qısqanclıq kimi mövzular bitməz-tükənməz bir gərginliyə və münaqişələrə səbəb olur. Kişinin həmişə işindən bəhs etməsi, arvadının danışdıqlarını dinləməməsi, davamlı televiziya seyr etməsi, arvadına və uşaqlarına qarşı maraqsız və əsəbi olması evin təbii mühiti halına çevrilir. Evdə ümumiyyətlə dağınıqlıq hakimdir. Həmçinin təmizliyə də diqqət edilməz. Buna görə qəfil gələn qonağın evin bu halını görməsi istənməz. Evdəki mebellər, süfrələr, və s. əşyalar ev sakinlərinin rahatından çox insanların fikirlərinə görə nizamlanır. Qonaqlar üçün xüsusi bir otaq ayrılır. Bu otaqda ev sakinləri çox oturmurlar. Evin ən bahalı və yaxşı əşyaları orada qonaqlara göstərilir.

Uşaqlar isə evdən sonra ən böyük göstəriş ünsürüdür. Onsuz da ilk başdan etibarən valideyinlərin uşaqla bağlı düşüncələrində yalnış fikirlər vardır. Ana və ata uşağı sahiblənir, ona həyat verənin özləri olduğunu düşünür və o düşüncə ilə davranırlar. Hər şeyi yaradanın Allah olduğu və hər şeyin əsl sahibinin O olduğu düşünülmür. Uşağı sahiblənən ata-ana bir müddət sonra da onu istifadə edərək ətrafa göstəriş etməyə, bir növ "özlərini göstərməyə" başlayırlar. Uşağın ağıllı, ya da gözəl olmağını tez-tez vurğulayır və bununla öyünürlər, sanki uşaqdakı gözəllik, ya da zəka özlərindən gəlirmiş kimi  davranırlar. Hətta uşağın hər hansı bir gözəl yönü haqqında «mənə oxşayıb» kimi şərhlər edərək özlərinə pay çıxarırlar. Zaman keçdikcə uşaqla göstəriş etmənin ölçüsü genişlənir. Oxuduğu məktəb, dostları, gəzdiyi yerlər göstəriş olsun deyə hamıya bu haqda danışırlır. Adamlıq dini ailələrində uşağın göstəriş vasitəsi olması ilə yanaşı, onu həyatlarının məqsədi və mənası halına gətirmə vərdişi də çox məşhurdur. Bəziləri uşaqlarını həyatlarının tək məqsədi olaraq görür və bütün həyatı boyunca uşağa yaxşı bir gələcək hazırlamağa çalışdıqlarını söyləyirlər. Halbuki bütün insanların həyatlarının tək məqsədi Allaha qulluq etmək olmalıdır. Həyat ancaq Allaha həsr edilməlidir. Bir insanın uşağına baxması da, ancaq Allah rızası üçün ediləcək ibadətdir.

Qadınların bütün həyatı evlilik hədəfinə görə nizamlanmışdır. Gənclikdən etibarən bu hədəf həyatın ən əhəmiyyətli məqsədi olaraq qəbul edilir. Qızların çəkiləri, paltarları, təhsilləri, zövqləri, ətrafları həmişə yaxşı və qazanclı bir evliliyə görə nizamlanır. Gənc qızların bir çoxu universitetə "ər tapmaq" üçün qəbul olurlar. Çünki ər, xüsusilə də zəngin ər, həyatın zəmanəti olaraq görülür. Gənc qız xəyalinda onu dolandıracaq, qoruyacaq, bir ər modeli meydana gətirir və bütün gəncliyini onu tapmaq üçün keçirir. Halbuki Quranda bizə bildirildiyinə görə insana ruzi verən, qoruyub-gözləyən, özündən kömək istənməyə layiq olan, ancaq və ancaq Allahdır.Bu məntiqə görə qurulan evlilik əsl sevgi üzərinə qurulmamışdır və özlərinin də tez-tez ifadə etdikləri  kimi bir «müəssisə»yə çevrilmişdir. Evlilik dövründə də bu «ticarət» müqaviləsinin  müvəffəqiyyətlə tamamlanmasının həyəcan və xoşbəxtliyi yaşanacaq. Ancaq çox qısa bir müddət sonra ortaya çıxan sevgisizlik, hörmətsizlik  insanlarda «səhf etdim» hissini ortaya çıxaracaq. Ümumiyyətlə bu məntiqli insanlarda evlilikdə geriyə dönüş yoxdur. Olsa belə bu da rahatlıq gətirməyəcək. Çünki evlənib ayrıldıqdan sonra da eynilə evlilik kimi, adamlıq dininin tələbləri tətbiq olunaraq yerinə yetiriləcək, bundan sonrakı həyat da adamlıq dininin tələblərinə uyğun olaraq davam etdiriləcək. Əgər bir səhv axtarılacaqsa bunu tək-tək hadisələrdə deyil, bütün bu hadisələrin təməlində yer alan  və bütün bu yalnış sistemin üzərində yüksəldiyi və insanları hər halda  bədbəxtliyə, hüsrana və itkiyə sürüyən batil fəlsəfədə yəni, «adamlıq dini»nin özündə axtarmaq lazımdır.
 

5 şərh

Cavid
Maraqlıdır, hələ ilk cümlədə "İlk günün səhəri bir-birini yataqdan qalxdıqları halları ilə görən qadın və kişi ilk peşmanlıq duyğularını hiss edirlər" mövzunun pessimiz fikirlər ilə dolu olacağını bildirir ancaq tam razılaşmaq olmaz və bu bir qrup insanlara aid edilməlidir mənim fikrimcə.
Rene
Aha, məncə də… Sadalanan problemlərin əksəriyyəti ilə razıyam, amma daha toy gününün sabahı peşman olmaq?.. :)  Bunu ancaq gözüyumulu qərar verən, nəyə görə evləndiyini bilməyən dayaz ağıllı insan yaşaya bilər…
ayxansevda
bunu hansı pessimist yazıb? evlilik bir yük deyil həyatı sevinci və çətinliyi paylaşmaq bir — birinə dəstək olmaqdır. Sənin gələcəyindir.
ATTILA

Gozel heqiqet dolu yazidir. burda bezileri yaziya pessimist yazi kimi baxir. yeqin iclerinde evli olmayan var bunun ucun bele dusunurler. yeni baslarina gelmeyib. aile- yeni qadin kisi munasibti ailede bele yazilanlar kimi olur. men evliyem ve bu yazilarin duzgunluyu ile tam da olmasa qismen raziyam. sevib aile qurmusuq.  tebii ki seven vaxtlarla indi ki vaxt arasinda ferq. severken hec de tez tez olmayan gorusler, hesret, darixmaq, smslesmek olurdu. evlilikde ise sevdiyin her zaman yaninda goz onunde olur ve sadaladiqlarim olmur.  eger evveler onun xarakteri barede az sey bilirdinse indi cox sey bilirsen. artiq onun sehvlerini gore bilirsen(sehvsiz insan yoxdur). ve onu sevdiyin ucun bu sehvlere gore onu qinayirsan(ve tebii ki eksine- o qinayir seni..).  belece kicik mubahiseler olur.  50 ilde sevgili kimi qalsan evleneden sonra onun haqqinda oyreneceklerin qeder oyrene bilmezsen.


bu meqalede yazilanlar olmalidi menim dusunceme gore… olmasa aile anormal saxta olar. men deyerdim ki er arvad bir birine yaltaqlanmis kimi olardi bu zaman… tesevvur et er(arvad) arvadinin(erinin) sehvini gorur. o yad 1 insanin yox sevdiyi heyat yoldasinin sehvini gorur.ve bunu ona deyir.ya sakit sekilde izahla, ya da gurultu ile deyir. belelikle de sakit ve gurultulu mubahise olur.  sehvini uzune demelidi, «bunu sehv etdin, bele etmezdin» filan demelidi ozude vaxtinda...


vaxtinda demeyib sonra demek yersizılik ve nahaqq mubahise yaradar. hemde vaxtinda deyilmese us-uste yigilar belelikle daha guclu «partalış» olar.   vaxtinda edimeli olan mubahise edilmelidir.


mene gore evlilikden evvel olan sevgi ve evlilikden sonra olan sevgi var. evlilikden sonraki sevgi eslinde Hormet olmalidir desem yanilmaram mence. yeni genc er arvad bir birine hormet etmelidir. ve bu hormet 50-50 olmalidir. «sen kisisen birinci sen et ve ya eksine» kimi menasiz iddialar olmamalidir.


bir birlerine guzeste getmeyi bacarmali ve anlamlidilar ki onlar heyat yoldaşıdır. HEYAT YOLDAŞI- sozunun mahiyetini derinden derk eden adam saglam aile qura ve saxlaya biler.


Heyat yoldasi- yeni heyatiniz boyu sen ona o sene mohtacdi.derdinizde sevincinizde birde.heyatiniz boyu ne cetinliyiniz olsa birlikde olacaqsiz bir-birinize et tutacaqsiz. o sene, sen ona bir heyat boyu lazim olacaqsan.


-duzdu bunlar cox cox besit fikirlerdi.besit olsa da  azerbaycanda cox genc bunu anlamir derk etmir.


mence inasn derk etse ki heyat yoldasi ne demekdi aile problemleri de cox az olar.


o insanlar meslıehetim budur; ozunuze tez-tez bu suali veri- heyat yoldasi nedir, ve cavabini fikirlesin.


mubahise ederken hisleri ve dili cilovlamq lazimdi.cetin de olsa etmek lazimdi. eleaile mesuliyyeti budu.


sen hiserini cilovlamyib yoldasini tehiq ede bilersen onu atasina anasina soye bilersen… .bax bu zaman isin zayi cixir.ve bir gun mutleq o da senin atana soyecek. belelikle aile zay olur.


eseblesiben? eybi yox, kecer. calis eseblesende onun yaninda olma.cix cole su ic. ve olanlari beynide analiz et sakitles sonra gel yoldfasinla mubahise et.esebi halda etme. cunki o senin cayxanada nerd oynadigin bradiyaqan yox HEYAT YOLDASİNDİ.  onun qelbini qirsan aile duzeni pozular. ve duzen pozulsa 100 ele bradyaqa gelse duzede bilmez. anlamalisan ki heyat yoldasi sene herseyde yaxindi ezizdi. yeri gelende valideyinleriden de..(ama yeri gelende ha). sen eger xestelensen eger evveller anan basinin uste olurdusa ini o olcaq. ona ehtiyacin var. uzaq gelecekde ise bir birinize lap cox ehtiyacin iz olacaq- yaslanacaqsiz.


mubahise zamani sohbetde qalib  olmaq hada yox, bu mubahiseni tez bitirmek haqda dusunmelisen. cunki sen heyat yoladasinla mubahise edirsen.uryindeki her seyi ona tokçek mecburuyyetinde deyilsen. anlayis goterib onun iddialri haqda da dusunmelisen. dusun beleke o duz deyir neye sesni basina atibsan. medal vercekler sene bu mubahisede duz cixsan...?


neyse cox yazdim meqaleden uzun oldu deyen..;))


 


 

ATTILA

Buradki yazilarla qismen razi oldugumu yazdim. cunki burda sadalanalnar her adamda ola bilmez.


bunun olub olmamasi insanin ozunden asilidi. istesen olmaya biler belelikle mubahise  de olmaz.


— misalcun hec bir yerde islemeyen kisi eve gece saat 2de gelirse. ve bu zaman niye gec geldi sohbeti ustunde munbahise dusurse. hele kisi «men ozub bilerem ne vaxt gelirem, sen kimsen?» deyirse o yoldasinin qelbini qururunu qirir. niye gec gelmelisenm ne itin azib gece saat 2de?


kisi tez gelse mubahise de olmaz.


— sonra ve ya qadinin daha deqiq ananin balasina «it balasi» deyerek eseblesmesi. hec duzgun deyil. eseblesibsen en sonuncu varinatda usagin yumsaq yerine 1-2 sille cek. daha onun soy kokinu suyme ay «ana».  buna sebeeb bezen qizlarin anasi olur.yenin erin qayinanasi. qonsumza biri var. qizinin ogluna ele istahla «it balasi» deyir ki ele bil hezz alir. axi oz ogu deyil soyduyu yeznesidi.ona gore bele munasibet var. bele seylker de aileye cox tesir edir.


hemde ey «ana»  it balasi? tden emele gelmis deyerken tekce atani yox ozunu de tehqir edirsen. sohbetin derinine gisen  bilecen ne demek istediyimi.


— sonra kisinin heyat yoldasina diqqetsiz davranmasi hetta bunu ozune zapadlo bilmesi mubahise yaradir. unutmamaliyiq ki qadin her yasda qadindi. ve o her zaman nevazis isteyir. onun nazini cekmek lazimdi. ama layt erkek olmaq lazim deyil. layt erkeklik yox centlimenlik etmek lazimdi.


 


ne edirsiz edin ailede mubahise olacaq. ama calismaq lazimdi ki bu mubahise muharibe olmasin ele mubahise olaraq qalsin. bununcun dusunen beyin, agil sebr lazimdi. yoxdu? get biryerlerden tap. yoxsa aile sene mezar olacaq.