Рейтинг
+179.50

Xoşbəxt ailə

101 üzv, 214 topik

Ailədə kişinin müdiriyyətinin rolu

Hər bir ictimai qurumun müdiriyyətə ehtiyacı var. Ailə də ictimai bir qurumdur. Əgər ailədə düzgün müdiriyyət olmazsa, onun işləri dolaşar, nizam-intizam aradan götürülər. Himayə və müdiriyyətin zəif olduğu ailələr müxtəlif baxımlardan problemə məhkumdurlar. Ailə qadının lətafətinə, hisslərinə, mərhəmətinə ehtiyaclı olduğu kimi, qüdrət, çətinlik, tədbir, müdiriyyət və rəhbərliyə də möhtacdır. Bu xüsusiyyətlər isə təbii və fitri şəkildə kişidə daha güclüdür. Ailədə müdiriyyəti İslam dini kişinin öhdəsinə qoymuşdur. Qadın bu müdiriyyəti təmkinlə qəbul etməlidir ki, ailə işlərinin tənzimində problem yaranmasın.

Burada zəruri bir nöqtəyə işarə etmək lazım gəlir: ailədə müdiriyyəti təhkim, zor, sərtliklə eyni tutmaq olmaz. Bütün ictimai qurumlar, o cümlədən ailədə müdiriyyət işlərin daha yaxşı idarə olunması və ixtilafların qarşısının alınması üçündür. Təəssüf ki, bəzi kişilər özünü ailə-övladın mütləq hakimi kimi aparır və onların heç bir haqqını tanımır. Adətən, belə kişilər rəftarını dəyişmək istəmir. Onlar eqoizmə, kobudluğa o qədər yer vermişlər ki, bütün tövsiyələri qulaqardına vururlar. Etiraf edək ki, bu sayaq qaba fərdlərlə birlikdə yaşamaq olduqca çətindir.


Ardı →

Ailə xoşbəxtliyinin sirləri

Psixoloqlar ailə xoşbəxtliyinin şərtlərini təsnifatlara ayırıblar 
Hegel deyirdi: “İki müxtəlif cinsin nümayəndəsi arasında nikah adlanan əlaqə sadəcə olaraq, təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O, hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək, qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır”. 
Təbii ki, bu ittifaq – ailənin əsasını təşkil edən nikah qarşılıqlı sevgi və inam hissinə arxalandıqda daha möhkəm olur. Ailə də öz növbəsində sağlam olmalıdır ki, cəmiyyət də sağlam olsun. 
Psixoloqlara görə ailə xoşbəxtliyinin səkkiz şərti var.  Onlar ailə xoşbəxtliyinin şərtlərini belə təsnifatlara ayırıblar. 

1. Ailə həyatı ilə yaşamaq lazımdır. Bu sözlər ər və arvada eyni dərəcədə aiddir. Onlardan heç biri özünü həyat yoldaşından, uşaqlarından ayırmamalı və öz ömründə onların ömrünü yaşamalıdır. Ər-arvad ailənin sevinc və kədərini birlikdə yaşamalı, bir-birinin zövqünü, marağını və arzusunu nəzərə almalı, bir-birinin qayğısına qalmalı, asudə vaxtlarını bir yerdə mənalı keçirməli, öz xoşbəxtliklərini uşaqların səadətində axtarmalıdır.

2. Ər-arvad özlərinə övladlarının gözü ilə baxmalıdır. Ər-arvad bir-birinə təkcə ər-arvad kimi deyil, birinci növbədə, ana və ata kimi yanaşmalı, özlərinə övladlarının gözü ilə baxmalıdır. Bu yolla, eyni zamanda uşaqlarımızın psixi sağlamlığını qorumuş oluruq. Çünki onların əhvalı ana və atanın ovqatından asılıdır.

Ardı →

Çətinlikləri dəf edərkən

Bir çox ailələr ona görə bədbəxt olurlar ki, qadın sadə ailə həyatının adi ev işlərindən ikrahla öz çevirir. İş və qayğılar onun xoşuna gəlmir, sevinc, məmnunluq və maraqla yerinə yetirmək mümkün olan və onun özü üçün də faydalı olan şeylər ağır və darıxdırıcı yük kimi görünür.


      Əlbəttə, ev həyatı həmişə yaxşı olmur.
Ardı →

Ananın təsiri

Ananın fəaliyyət sahəsi məhdud ola bilər, lakin onun atanın təsiri ilə birləşmiş təsiri əbədiyyət kimi dəyişməzdir. Xeyirxah təsir bağışlayan ananın qüvvəsi ALLAHIN qüvvəsindən sonra dünyada ən böyük qüvvədir. O, həyatın çətinliklərindən və fəlakətlərindən keçərək, gələcəyə, əbədi həyata doğru can atır.
 

      Ana və övladları incə həyat bağları ilə bir-birinə bağlıdırlar. Övlad atasının deyil, anasının həyatını və nümunəsini daha asanlıqla qəbul edir, çünki onları güclü hisslər birləşdirir.
Ardı →

Əməkdaşlıq ruhunu necə tərbiyə edirsiniz?

      1. Uşaqların tərbiyəsi ilə bağlı fikirləriniz üst-üstə düşürmü?

      2. İntizamın yaradılması metodları ilə bağlı fikirləriniz üst-üstə düşürmü?

      3. Hər ikiniz uşaqların tərbiyəsi üçün daşıdığınız cavabdehliyi dərk edirsinizmi?

      4. Uşaqların üstünə qışqırmamaq üçün özünüzü ələ almağa çalışırsınızmı?

      5. Uşaqların yanında mübahisə etməməyə və savaşmamağa çalışırsınızmı?

      6. Müəyyən işlərdə uşaqlarınızın sizə kömək etmələrinə icazə verirsinizmi?

      7. Hansısa işi başa çatdırmaqda uşaqlarınıza kömək edirsinizmi?

      8. Uşaqlarınızın işə vərdiş etməsindən ötrü cəlbedici oyun formalarından istifadə edirsinizmi?

      9. Uşaqlarınızın gücü çatmayan işlərin yerinə yetirilməsini onlardan tələb edirsinizmi?

    10. Yaxşı yerinə yetirdikləri işin əvəzində uşaqlarınızı tərifləyirsinizmi?

 


Davamı →

Ev

      Bizim evimiz — bizim qalamız və sığınacağımızdır, zor hücumlardan müdafiəmiz və istirahət yerimizdir.

      İlk valideyinlərimizin yaşadıqları ilk ev onların uşaqları hər tərəfə yayılan və yer üzərini dolduran zaman onlar üçün nümunə olmalı idi. ALLAHIN öz əli ilə bəzədiyi bu ev təmtəraqlı saraya bənzəmirdi. İnsanlar təmtəraqlı və bahalı əşyaları görəndə sevinirlər və öz əllərinin işlərilə fəxr edirlər: lakin ALLAH Adəmi bağda yerləşdirdi. Bura onun evi idi. Mavi səma onun evinin örtüyü idi: ətirli çiçəklər və yaşıl otlarla örtülmüş yer döşəməsi idi: gözəl ağacların sıx yarpaqları onun çadırı idi. Cənnətdəki evin divarları gözəl, dəbdəbəli idi və Böyük Ustanın Əlləri ilə gözəl bəzədilmişdi. Bu, bütün dövrlərdə insanlar üçün bir dərs olmalıdır ki, xoşbəxtlik qürur və ya dəbdəbə sayəsində deyil, ALLAHIN Öz yaratdığı vasitəsilə Onunla ünsiyyətdən əldə edilə bilər.

      Təbiətə yaxınlıq. Şəhər həyatı yalançı dəyərlər və süni yaradılmış müvəqqəti şeylərlə doludur.


Ardı →

Düşünmək üçün suallar

      «Sözlə və dillə deyil, əməllə və həqiqətlə sevək».

       1. Hansı səbəbdən özünüzü sevimli insan hiss edirsiniz?

       2. Həyat yoldaşımın özünü sevimli insan hiss etməsi üçün nə edirəm?

       3. Həyat yoldaşınızın özünü sevimli insan hiss etməsi üçün bu həftə edə biləcəyiniz şeyləri sadalayın.

       4. Öz həyat yoldaşınıza sevginizi bəyan etmək üçün istifadə edə biləcəyiniz bir neçə yeni söz yazın.

       Əgər mümkünsə bu suallara həyat yoldaşınızla birlikdə cavab verin, sonra isə bu sualları müzakirə edin.

       Ailə həyatında uğur qazanmaq üçün əlimdən gələni etmək üçün nə dərəcədə hazıram?


Davamı →

Etibar qazanmaq asan deyil

Burada etibar kəlməsini “sədaqət” mənasında işlətmirik. Demək istədiyimiz odur ki, sirrinizi həyat yoldaşınızla paylaşırsınızmı? Həyat yoldaşınız heç kimə demədiklərini sizə söyləyirmi? Yoldaşınıza qarşı nə qədər səmimisiniz?

 Əlbəttə, ən yaxşısı odur ki, həyat yoldaşımızla aramızda dostluq münasibətləri olsun. Ancaq yaxşı bir dost olacağımız təqdirdə, ona etibar edib həyatımıza dair ən məhrəm məlumatları onunla paylaşa bilərik. Yəni başqa insanlardan gizlətməyə çalışdığımız şəxsi məlumatlara ancaq həyat yoldaşımızı ortaq edə bilərik. Lakin tərəflərdən birinin niyyəti xoş deyilsə, onda mübahisə zamanı həyat yoldaşının yalnız ona söylədiyi sirləri açıb hər kəsə deyə bilər.
Davamı →

Evlilik?

«Evliliyin ilk beş ili kritikdir», «Dərhal uşaq dünyaya gətirməyin» kimi tövsiyələri eşitməyən, yəqin ki, yoxdur. Bu cümlələr elə hey qurulur, amma evliliyə son həll təklifləri verilmir. ABŞ-da Cornell və Chicago Universitetinin sosioloqları 3 min yetkin üzərində araşdırma aparıb. Bu araşdırmalarda, evliliklərində özlərinə aid ictimai həyatı olmayan insanların evliliklərinin təhlükəyə girdiyi görülüb. Xəbərdə evliliyi qurtarmanın düsturu «insanın insana ilişməsi» olaraq verilib. Evliliyinizdə işlər yaxşı getmirsə, problemləriniz varsa və həll edə bilmirsinizsə, hətta evliliyiniz bitmə nöqtəsinə doğru gedirsə, aşağıdakı sualları özünüzə verin və cavabların sizə ipucunu verməsinə şərait yaradın.
Ardı →

Uşağı tərbiyələndirmək üçün qaydalar

Uşağı düzgün tərbiyə etmək böyük elmdir, onların gələcəyi isə  valideyinlərin  elmi biliyindən aslıdır. Ona görə də əgər siz, xoşbəxt, müstəqil, özünə inamlı uşaq tərbiyə etmək istəyirsinizsə,  öz məsuliyyətinizi dərk etməli və  valideyin hüquqlarınızdan sərt istifadə etməməlisiz. Unutmayın ki, gələcəyimizin təminatı olan uşaqlarımızı kamil şəxsiyyət kimi yetişdirmək əsas vəzifəmizdir.   
Beləliklə sizə tərbiyənin əsas prinsiplərini özündə birləşdirən 9 qayda təqdim edirik.
Davamı →