Рейтинг
+179.50

Xoşbəxt ailə

101 üzv, 214 topik

Miras bölgüsü

Əgər dünyasını dəyişən qadın övladsız olarsa, malının yarısı ərinə, qalan hissəsi isə vərəsələrinə qalır.
Əgər dünyasını dəyişən qadının ərindən və ya başqa ərindən övladı olarsa, malının dörddəbiri ərinə, qalan hissəsi isə vərəsələrinə qalır.
Əgər kişi övladsız olarsa, malının dörddəbiri həyat yoldaşına, qalan hissəsi isə digər vərəsələrinə çatır.
Əgər dünyasını dəyişən kişinin həyat yoldaşından və ya başqa həyat yoldaşından övladı olarsa, malının səkkizdəbiri həyat yoldaşına, qalan hissəsi isə digər vərəsələrinə çatır.
Dünyasını dəyişən ərin daşınan əmlakı həyat yoldaşına miras qalır. Ərinin torpaq sahəsi və onun qiyməti isə qadına miras qalmır. Qadının ərinə məxsus torpaq sahəsində inşa olunan ev ona miras qalmasa da, evin qiymətinin varisi ola bilər.
Ardı →

A qayınana, qayınana...

«Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır!»
Qadın böyük qüvvədir. Bəs görəsən, bu «böyük qüvvə»lər maraqları toqquşanda güzəştə getməyi bacarırlarmı? Söhbət əsrlər boyu gündəmdən düşməyən gəlin-qayınana münasibətlərindən gedir.

Müasirlik ənənəviliyə qarşı


Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı deyir ki, bu məsələ keçmişdən günümüzə qədər bütün cəmiyyətlərdə və ictimai quruluşlarda mövcud olmuş problemdir. Sadəcə, hər dövrdə daha da gərginləşən bu problemə dövrün tələblərinə uyğun yeni çalarlar əlavə olunur. Bu gün də məsələnin bir neçə yeni amili ortaya çıxmaqdadır ki, onlardan da ən başlıcası Azərbaycan ailəsində müasirlik və ənənəviliyin toqquşmasıdır.
Davamı →

Ailə saatı

Ailənizin müəyyən qayda-qanunları, bir yerdə keçirdiyiniz müəyyən saatları varmı? Ötən həftə bütün ailə üzvlərinizi, hətta bələkdəki körpənizi də nəzərə almaqla, ailənizlə neçə saatı birgə keçirdiniz? Oğul-uşaq bir yerdə, zövqlə bəzədilmiş çay süfrəsi arxasında nə qədər oturdunuz? Balacalar qovrulmuş qarğıdalıları içəri ötürəndə, böyük oğlunuz üstünə tökdüyü mürəbbəni göstərməmək üçün çarələr axtaranda həyat yoldaşınızla bir-birinizə baxıb güldünüzmü? Siz ciddi bir mövzudan bəhs etməyə çalışanda balaca qızınız dəqiqəbaşı " ata, ata " deyə sözünüzü kəsdimi?
Ardı →

Ailəni necə möhkəmləndirməli?

Müzəffər Baxışov: " Ailədaxili münaqişələr istər qadının ərinə qarşı, istərsə də ərin qadına qarşı zorakılığına gətirib çıxara bilər"

Gəlin qaynanasını öldürdü, iki qardaş ata mülkü üstündə bir-birini bıçaqladı, qısqanclıq zəminində ər arvadını öldürdü...Bu tip xəbərlərlə son dövrlər tez-tez rastlaşmağımızla yəqin ki, siz də razılaşarsınız. Bu, ailə-məişət zəminində törədilən cinayətlərin sayında günü-gündən artım müşahidə olunduğunu göstərir. Bir neçə il əvvəl nadir hallarda baş verən cinayətlər son dövrlər adi hal kimi qəbul olunmağa başlanıb. Əvvəllər ailədə gəlinin qaynanasını, yaxud qardaşın bacısını öldürməsinin nadir hallarda şahidi olurduqsa, son dövrlər belə hadisələr tez-tez baş verir. Maraqlıdır, mütəxəssislər cəmiyyətdə get-gedə daha qabarıq formada özünü göstərən bu problemi nə ilə əlaqələndirir və çıxış yolunu nədə görür?
Ardı →

Beş aldın, yoxsa dörd?

   Məktəbə gedən uşağımızın həyatı bizim gözümüzlə başqa cür görünür, uşağımızın gözü ilə başqa. Biz: " Artıq böyüdü, mütləq yaxşı oxumalıdır " deyir, bunun üçün əlimizdən gələni edirik. Öz aləmimizdə fədakarlıq edir, yeməyib yedirir, içməyib içiririk. Yeganə istəyimiz isə övladımızın bu fədakarlıqların qiymətini bilməsi və canını dişinə tutaraq oxumasıdır. Ancaq nə fayda! Oğlumuz dəcəl, qızımız tənbəl… Beş gözlədiyimiz dərsdən dörd alırlar və üstəlik bunu heç özlərinə dərd də etmirlər!
Ardı →

Bölüşməyi bacarmalıyıq

4-6 yaş arasındakı uşaqlarda «mənlik» (eqoizm) duyğusu ön plana çıxır. Onlar hər şeyə " mənim " deyirlər, öz oyuncaqlarına kiminsə əl vurmasına isə əsla razı olmurlar. Öz əşyalarını kiminləsə bölüşmək də istəməzlər. Bu yaş həddi onlara səxavətli olmağı öyrətməyin tam zamanıdır. Eqoizmin onların içində tam yerləşməməsi üçün gecikmədən bu istiqamətdə iş aparmalıyıq. Bunun üçün onun dostları ilə tez-tez görüşməsini təmin etməliyik. Əgər qardaş və ya bacı varsa, onlardan da istifadə etmək mümkündür. Onun üçün aldığınız yeməkdən bacı-qardaşına da pay ayırmasına təşviq edin. Hər səxavətli davranışını alqışlamalı, lazım gəlsə, başqalarının yanında onu tərifləməliyik.
Ardı →

Uşaq tərbiyəsi.Eqoist uşaq

Uşaqların həyatında belə bir dönəm olur ki, onlar durmadan təkrar edirlər: “ Mən hamıdan birinci yedim”, “ Mən hamıdan güclüyəm”, “ Ana, sənin sözünə qulaq asıram, bacı yox, hə?”, “ mən heç nədən qorxmuram” və s. Bütün bunlar özündən müşdəbehlik və razılıq kimi qəbul edilməməlidir. Əslində uşaq öz gücünü və imkanlarını, istəklərini bildirmək, öz “mən” ini göstərmək istəyir ki, bu da təbiidir. O, istəyir ki, hər kəs bilsin ki, o hər şeyi edə bilər, birincini, ikincini, üçüncünü də.


Belə anlarda valideynlər laqeyd dura bilmirlər, uşağının bu sevincini gördükdə həvəslə bunu yaxınlarına, dostlarına danışırlar, hətta uşağın yanında belə onu tərifləməyə başlayırlar ki, “ O, ən ağıllı, səliqəli, bacarıqlı uşaqdı”, bununla da hiss etmədən uşaqlarında eqoizm hisslərinin toxumunu səpmiş olurlar.


Ardı →

Uşaq tərbiyəsində nələrə diqqət etməli?

Son zamanlar, demək olar ki, hər gün «3 yaşlı uşaq quyuda boğuldu», «2 yaşlı uşağı elektrik cərəyanı vurdu», «6 yaşlı uşaq dənizdə boğuldu» kimi xəbərləri eşidirik. Əlbəttə, bu tip hadisələrin baş verməsinin əsas səbəblərindən biri valideynlərinin övladlarına düzgün nəzarət etməməsi, yetərincə diqqətli davaranmamasıdır. Ümumiyyətlə, bizdə uşaq tərbiyəsində, valideyn-uşaq münasibətlərində bəzi problemlər var. Biz tərbiyəli uşaq deyərkən sakit, heç nəyə qarışmayan, valideynlərindən qorxan uşaqlar başa düşürük. Halbuki, bu cür uşaqlar sonralar cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkirlər.
Davamı →

Ana məhəbbəti

Hər kəsdən sonra yatar analar. Hər kəsdən əvvəl qalxar. Kibritini çəkib ocağını yandırar. Körpələrinə, evinin dirəyinə xidmət etməyə başlayar. 
Səssiz-sədasız iş görər. Çaydan qaynayıb buxarı ətrafı bürüyən kimi dəmləyər məxməri çayını. Yağ, pendir, Allah verəndən nə varsa düzər süfrəyə. Uşaqlar stəkanları cingildədən qaşıqların səsinə oyanarlar ancaq. Bəzilərinin yuxusu ağır olar. Anası yaxınlaşar çarpayısının yanına. Sevgi ilə öpər, qoxulayar ciyərparasını. Necə dillər tökər, necə sevər, necə oxsayar! Nəhayət, açılar mürgülü gözlər... 
Gərgin bir gün başlayar indi də. İşıqlar yanar, sönər, əllər-üzlər yuyular... 
Bütün bu təlaşlara ancaq süfrə başında son qoyular.
Ardı →

Ailə psixologiyası | Yaxşı qayınana necə olmaq olar

İnsan qısqanclığı çoxüzlü və çoxşəkillidir. Biz qısqanırıq, bizi qısqanırlar. Səbəbin nə olduğunu bəzən anlamırıq. Ancaq bununla bərabər hər bir insan gözəl başa düşür ki, qısqanclıq sevgi münasibətlərini, ailə həyatını zəhərə çevirə bilər. Adətən qısqanclıq kişi və qadın arasındakı münasibətlərə şamil edilir. Bəs bunu daha geniş müstəvidə düşünsək necə? Bu zaman isə, ailədə ərlə arvad arasındakı münasibətlərdə zaman-zaman gərginlik yaradan, övladı seçim qarşısında qoyan ana qısqanclığı özünü göstərir.
Davamı →