Рейтинг
+45.27

Yazıçılar

53 üzv, 206 topik

Elif Şafak Prustun suallarına cavab verir

Marsel PrustMarsel Prust 13 yaşı olanda bir “xatirə dəftəri” alıb içindəki sualları cavablandıraraq bir dostuna ad günü hədiyyəsi kimi verib. 20 yaşında olanda Prust bu suallara bir daha cavab yazıb. 7 ildə cavabları çox az dəyişmişdi. Lakin bu suallar Prustun ölümündən sonra tapılıb və çap edilib. Hətta bir neçə il əvvəl yazıçının tərtib etdiyi xatirə dəftərinin vərəqlərinin əsli Parisdə hərraca çıxarılıb və 120 min avroya satılıb.  Sualların indiki şəklə salınmasına isə Bernard Pivot ve Ceyms Lipton yardım edib.

Elif Şafaq Prustun suallarına cavab verir.

— Sizi ən çox həyəcanlandırana bilər?
— Qışqırıq.

— Harada yaşamaq istərdiniz?
— Yollarda, köç vəziyyətində.

— Yaşaya biləcəyiniz ən xoşbəxt an hansıdır?
— Hələ yaşamamışam.

— Hansı səhvləri gülərüzlə qarşılaya bilərsiniz?
— Eşqlə bağlı səhvlər.

— Ən sevdiyiniz kişi obrazı hansıdır?
— “Səfillər”in qəhrəmanı Jan Valjan.


Ardı →

Salam Qədirzadə

Leyla Qədirzadə atası Salam Qədirzadə haqqında

  Salam QədirzadəKəndimizdə bir gözəl var — adı Leyladır onun"… Hər dəfə atamın — yazıçı Salam Qədirzadənin qələminə məxsus bu sətirlər yadıma düşəndə qəlbimi fərəh bürüyür. Düşünürəm: «O Leyla mənəm». Əlbəttə ki, mən atamın «Kəndimizdə bir gözəl var» əsərində həyatından bəhs etdiyi qız deyiləm. Sadəcə, romanın müəllifi həmin əsəri mənə — yeganə qızına ithaf edib. Eləcə də «Su pərisi Mariana» əsəri anam Roza xanıma, «Sevdasız aylar» isə qardaşım Ruslana həsr olunub. 

   Atama qədər nəslimizdə heç kim yazıçılığa meyl göstərməyib. Onun valideynləri sadə adamlar olublar. Ticarətlə məşğul olan atası özünün, ailəsinin ruzusunu balaca dükanından gələn gəlirdən çıxarıb. Anası Ziba isə elə evlərində dərzilik edib. Nənəmin də, babamın da əsilləri Maştağadandır. Sonradan Bakıya köçüblər. Atam bu şəhərdə 1923-cü il aprelin 10-da dünyaya göz açıb. Evin ikinci uşağı olub. Ondan böyük bir bacısı varmış. Atamdan sonra ailələrində dörd qız, bir oğlan uşağı da dünyaya gəlib. 

   O, orta təhsil aldığı 150 saylı məktəbdə keçən illərini həmişə minnətdarlıqla xatırlayardı. Qardaşımla mən balaca olanda bizi gəzməyə çıxarar, çox vaxt da yolunu mütləq həmin məktəbin yanından salardı. Ora çatanda ayaq saxlayar, məktəbin binasını bizə göstərər, qürurla «Mən burada oxumuşam», — deyərdi. 
   Lap uşaq yaşlarından atamın ailələrində xüsusi yeri olub. Qardaş-bacıları onu həddindən artıq çox istəyib, böyük qardaşlarıyla fəxr ediblər.
Ardı →

Jül Vern

Jül Qabriel Vern — fransız yazıçısı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biri.
Jül Vernə (fr. Jules Gabriel Verne, 8 fevral 1828 — 24 mart 1905) dünya şöhrəti gətirmiş əsərlərindən «Yerin mərkəzinə səyahət» (1864), «Kapitan Qrantın uşaqları» (1867), «20 000 lye su altında» (1870), «80 gün dünya ətrafında» (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular dənizinin yanında yerləşir.


Ardı →

Jan Mari Qustav Le Klezio

Fransız-Mavriki yazıçısı Jan Mari Qustav Le Klezio Fransanın Nitsa şəhəri yaхınlığında, həkim ailəsində doğulmuşdu. Onun əslən Britaniyadan olan əcdadları ХVIII əsrdə ingilis müstəmləkəsi Mavrikiyə köç etmişdilər. Atası Britaniya hərbi qospitallarından birində cərrah kimi çalışdığından Jan Marinin uşaqlıq illəri Nigeriyada keçmişdi. Müəllifin fikrincə, ailə şəcərəsinin etnik baхımdan genişliyi, rəngarəngliyi, habelə özünün müхtəlif хalqlar və mədəniyyətlərlə təmas qura bilməsi yaradıcılığını qidalandıran və fərqli edən əsas amillərdən biridir.
Ardı →

Anton Çexov

1860-cı ildə üçüncü gildaya aid olan tacirin evində oğlan uşağı dünyaya gələndə heç kim onun Rusiyada, eləcə də dünyada tanınmış yazıçı olacağını güman etmirdi.
Ailə Taqanroqda yaşayırdı. Cavan oğlan gimnaziyaya qəbul olunanda atası onları birdəfəlik tərk edərək Moskvaya gəlir. Sonralar Anton varlı qohumların evinə nahar  etmək üçün getdiyini, aclıq ucbatından dərslərinə mütəmadi gedə bilmədiyini və kasıblığın yaratdığı digər acıları kədərlə xatırlayırdı.
Davamı →

Dəhşət janrının ustası Stefan Kinq

Böyük qardaşım Deyvid dördüncü sinfə keçəndə məni məktəbdən çıxardılar. Dərs davamiyyətim pis olduğundan məktəb rəhbərliyi bu qərara gəlmişdi. Əgər sağlamlığım icazə versə növbəti payız dərslərimə yenidən başlaya biləcəkdim.Stephen King

O ilin demək olar ki, bütün günlərini evdən çölə çıxmaz, yataqda keçirərdim. Tom Svift ilə Deyv Dausondan başlayıb Cek Londonun tükürpədici heyvan hekayələrinə keçdim.

Bir də baxdım ki, öz hekayələrimi yazmağa başlamışam. Yaradıcılıqdan əvvəl təqlidçilik vardı. Boloknotuma Kombat Keyseyin hekayələrini eynilə köçürər, bəzən uyğun gördüyüm yerlərə öz fikirlərimi əlavə edirdim.

Bir müddət sonra yazdıqlarımdan birini anama göstərdim və anam sevindi. Çaşqın halda gülümsəyişi hələ də gözümün önündədi. Sanki uşaqlarından birinin bu qədər ağıllı olduğuna inanmaqda çətinlik çəkirdi. Əvvəllər onda bu cür baxış heç görməmişdim, ən azından özümlə bağlı olaraq. Əlbəttə ki, bu hal mənim çox xoşuma gəlmişdi.

Hekayəni özümün yazıb yazmadığımı soruşdu. Mən də bunu bir jurnaldan köçürdüyümü etiraf etmək məcburiyyətində qaldım. Xəyal qırıqlığına uğramış halda bloknotumu özümə qaytardı: “Birini də özün yaz”-dedi. “O jurnallar cəfəngiyat şeylər yazır. Mərcə girərəm ki, sən bundan yaxşısını yazarsan. Birini də özün yaz.”
Ardı →

Keyt Şopen - "Bir saatın tarixçəsi"

Məşhur amerikalı yazıçı Keyt Şopen həm də feminizmin banilərindən biri hesab edilir
O, 1850-ci ildə ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində doğulub. 1870-ci ildə Oskar Şopenlə evlənərək, Yeni Orlean şəhərinə köçüb və ondan 6 uşağı dünyaya gəlib. 1882-ci ildə əri vəfat edəndən sonra yazıçı doğma şəhərinə qayıdıb və müntəzəm surətdə ədəbi fəaliyyətlə məşğul olub. Onun hekayələri, məqalələri, esseləri, təcümələri yerli mətbuatda çap edilib. «Oyanış» adlı bir romanın da müəllifi olan Keyt Şopen 1904-cü ildə vəfat edib.
Yazıçının ədəbi irsinə maraq 20-ci əsrdə qadın hüquqları uğrunda hərəkatın genişlənməsindən sonra artıb. İndi Keyt Şopen ABŞ-da feminizmin banilərindən biri və qısa hekayələr ustası kimi tanınır. Şopenin “Bir saatın tarixçəsi”  hekayəsi Amerika ədəbiyyat tarixinin ən gözəl qısa hekayələrindən biri hesab edilir.


Ardı →

Allan Pon - Qara pişik hekayəsi

Danışacağım bu heyrətləndirici hekayəyə inanacağınızı sanmıram, sizi inanmağa da məcbur etmirəm.   Mənim, özümün inanmadığım bir şeyə sizləri inandırmağa qalxışmağım dəlilik olar. Bununla belə dəli deyiləm və xəyal da görmədim. Amma sabah öləcəyim üçün, bugün içimi boşaltmaq istəyirəm. Məqsədim hərkəsə açıq, qısaca, çeşidli düşüncələr, görüşlər irəli sürmədən, evimdə olub-bitənləri başa salmaqdır. Bu hadisələr, ən sonda məni dəhşətə salıb şiddətli, çox böyük sıxıntılar içində qıvrandırdı və çökməyimin səbəbi oldular. Yenə də, bunları açıqlamağa çalışmayacam. Mənə dəhşətdən başqa bir şey verməyən bu hadisələr, başqalarına qorxunc gəlmədiyi kimi, şişirdilmiş də gələ bilər. Bəlkə, irəlidə, məndən daha sakit, daha şüurlu və daha az təsir altında qalan biri, Danışacağım şeylərin bir-birlərini təbii formada izləyən hadisələrdən başqa bir şey olmadığını ortaya qoyub, gördüyüm qarabasmanı gerçəklik sadəliyinə endirəcəkdir.


Ardı →

Fitsceraldın qızına məktubu

Sevimli qızım!
Mən çox ciddi nəzarət edəcəyəm ki, sən boynuna düşən vəzifələri yerinə yetirəsən. Xahiş edirəm, mənə fransızca nə oxuduğun barədə geniş məlumat verəsən. Sənin xoşbəxt olduğunu eşidəndə sevindim, amma bilirsən ki, mən xoşbəxtliyə o qədər də inanmıram. Elə bədbəxtliyə də. Hər ikisi ancaq tamaşalarda, kinolarda, kitablarda olur, həyatda isə bunlar heç vaxt başımıza gəlmir.

İnandığım bircə şey var; həyat ləyaqətə görə mükafatlardan, vəzifə və borclarını yerinə yetirməməyinə görə əvəzini ikiqat ödəyəcəyin cəzalardan ibarətdir. Düşərgədə kitabxana varsa, xanım Taysondan xahiş elə, sənə Şekspirin içində bu cümlə olan sonetini oxusun: “İrin qoxan zanbaqlardansa, alaq otları yaxşıdır”.
Ardı →

İçki düşkünü yazarlar

İçkiyə alüdə olan bir çox məşhurlardan yazmaq olar. Amma bu dəfə sizə yazıçılardan danışacağıq. Sizə içki aludəçisi olan 8 dünya şöhrətli yazıçıları təqdim edirik:

Bukovski 8. Truman Kapot ― o, yazarlığa və içkiyə çox erkən yaşlarından başlamışdır. Ən sevdiyi içki martini idi. İçkidən asılılığını tərgitmək üçün xəstəxanada müalicə alsa da, xeyri olmayıb.

 7. Dilan Tomas ― sevdiyi içkilər arasında viski ön planda idi. Tomas 39 yaşında 18 stəkan viskidən sonra həyatını itirmişdir.

 6. Skot Fitscerald ― XX əsrin ən böyük Amerikan yazıçılarındandır. Məktəb yaşından içkiyə qurşanan yazıçı 44 yaşında həyatını itirdi. Ən sevdiyi içki tünd alkoqol içki sayılan “cin riki”  idi.  

 5. Çarlz Bukovski ― alkol koması ilə dəfələrlə xəstəxanaya düşən şair bu vərdişini tərgidə bilmədi. Atası tərəfindən tez-tez döyülən yazıçı 13 yaşında içməyə başlayıb. Ən çox sevdiyi içkilər: pivə, vodka, viski…


Ardı →