Рейтинг
+45.27

Yazıçılar

53 üzv, 206 topik

Prosper Merime

Yenilik tərəfdarı, XVIII əsr ideyaları ruhuna sadiq olan kimyaçı alim və rəssam Jan Fransua Leonor Merimenin ailəsində doğulmuş Prosper erkən yaşlarından özündə gözəl zövq və incəsənət sevgisini inkişaf etdirməyə başlamışdır. Parisdə hüquq elmləri kursunu bitirən gənc Prosper əvvəlcə iyul monarxiyası dövrünün nazirlərindən qraf d’Artunun katibi olmuş, sonralar isə Fransa tarixi abidələrinin baş inspektoru təyin edilmişdir. 1830-cu ildə İspaniyaya ilk səfəri zamanı o, qraf Teba və onun xanımı ilə tanış olmuşdur. Gələcək Fransa imperatriçası Yevgeniya qraf Tebanın qızı idi.


Ardı →

Polad necə bərkidi | Ostrovski

Bu, Nigar, Həcər, Tomris, Xədicə, Vəfa, Esmira söhbəti deyil. Heç «Leyli və Məcnun» söhbəti də deyil. Bu, Raya söhbətidir. Ağır söhbətdir. Şeirə, təbiətə, yaradıcılığa tam laqeyd qalanlar, müdriklər, ən böyük arzusu prokuror arvadı olmaq istəyənlər üçün Raya söhbəti tam başadüşülməz bir söhbətdir. Axmaqlıqdır, dəlilikdir onların nəzərində Rayanın fədakarlığı.
Ostrovski Rayayla görüşəndə döyüşlərdə, cəbhədə sağlamlığını itirmiş yüz minlərlə əsgərdən biri idi. «Polad necə bərkidi» romanı gələcəkdə yazılacaqdı. Minlərlə oxucu məktubu Ostrovskinin üstünə yağış kimi hələ sonra yağacaqdı. Leninqrad əhalisi blokadanın ağır günlərində yaşamağı Ostrovskinin romanından öyrənəcəkdilər. Sovet əsgərləri ciblərində «Polad necə bərkidi» romanın gəzdirəcəkdilər. Neçə-neçə güllə bu kitabları deşəcəkdi. Hələ hər şey qarşıda idi.
Raya Ostrovskinin məşhur olacağını bilməzdi. O, sadəcə əsl qadın kimi öz vəzifəsini yerinə yetirirdi. Tiraj, məşhurluq sonra gəldi. Və Rayanın bu qələbənin qazanılmasında rolu çox böyükdür. Bax, əsl qələbə budur. Artıq tanınmış istedada sahib çıxmağı çəyirtgə belə bacarar. Raya isə döyüşlərdə sağlamlığını itirmiş sıradan bir əsgərə sahib çıxmışdı. Bu, ağır söhbətdir. Ostrovski məşhurlaşmasaydı, biz Rayanın fədakarlığından xəbər tutmayacaqdıq. Necə ki, yüz minlərlə rayaların fədakarlığından xəbərimiz yoxdur. Bu, bir məktəbdir. Bu məktəb hələ dekabristlər üsyanında özünü təsdiq edib. Bu Nigar, Həcər, Vəfa, Xədicə söhbəti deyil. Bu, ağır söhbətdir. Elə bu anda bütün tanınan və tanınmayan rayaların fədakarlığı qarşısında baş əyirəm…
Davamı →

Edqar Allan Po

Edqar Allan Po (1809-1849) — ABŞ yazıçısı, şair, dramaturq, naşir və ədəbi tənqidçisi.Edqar Allan Po Amerika ədəbiyyatında romantizm hərəkatının liderlərindən biridir. Qısa oçerklər, detektiv və kriminaloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri kimi qəbul olunur. O həmçinin elmi-fantastik janra da töhfələr vermişdir. Belə zəngin ədəbi irsə malik olan yazıçı bu nailiyətlərə qırx illik qısa ömrü çərçivəsində nail olmuşdur. Ölümünün səbəbi hələ də sirr olaraq qalır. Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq, vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilmişdir.


Ardı →

Ryunoske Akutaqava

Ryunoske Akutaqava yeni yapon ədəbiyyatının klassiklərindəndir. Akutaqavanın yazdıqları, həyatı haqqında hər yerdən məlumat əldə etmək mümkündür. Amma bir insan olaraq, bəlkə də bir insanın yaşaya biləcəyi bütün əzabları yaşamışdı. Yazıçı uzun illər yuxusuzluq, ruhi gərginlikdən sonra 35 yaşında əbədi dincəlmək qərarına gəldi, 1927-ci il 24 iyulda yuxu dərmanı içərək intihar etdi.Əslində Akutaqavanın intihar etməsi çox adamı təəccübləndirmədi. Əsərlərində, qısa aforizmlərində o, intihar kəlməsini çox tez-tez işlədirdi. 
“Allahlara məxsus olan bütün cəhətlərin içində biri məndə daha çox təəssüf doğurur, allahlar intihar edə bilmirlər”. Hətta bir dəfə yazıçı o qədər bezmişdi ki həyatından onu öldürəcək insanı da axtarmışdı. 
Ardı →

İvan Buninin Nobel nitqi

“Əlahəzrət, hörmətli xanımlar və hörmətli cənablar!
İsveç akademiyasının qərarını telefon mənə noyabrın 9-da, uzaq-uzaq bir məmləkətdə, qədim əyalət şəhərində, yoxsul kəndli evində xəbər verdi. Əgər belə vəziyyətlərdə hamının dediyi kimi “bunun həyatım boyu keçirdiyim ən güclü təəssürat” olduğunu desəm, qeyri-səmimi olaram. Dahi filosof düz deyir ki, hətta ən nadir gələn sevinc hissi belə kədər hissi ilə müqayisədə heç bir əhəmiyyət daşımır. Silinməz xatirəsini həmişəlik qoruyacağım bu bayrama kölgə salmağı qətiyyən arzulamıram, amma yenə də cəsarət edib deyirəm ki, son on beş ildə yaşadığım kədər sevinclərimdən qat-qat çoxdur. Və onlar şəxsi kədər anları olmayıb – qətiyyən yox! Lakin bir şeyi də əminliklə deyə bilərəm ki, yazıçılıq həyatım boyu yaşadığım bütün sevinclərin arasında müasir texnikanın bu balaca möcüzəsi, Stokholmdan Grassa edilən bu zəng yazıçı kimi məni tamamilə xoşbəxt etdi.

Sizin böyük həmvətəniniz Alfred Nobel tərəfindən təsis olunmuş bu mükafat yazıçı əməyinin ən yüksək təsdiqidir!

Şöhrətpərəstlik, demək olar ki, hər insana və hər müəllifə xasdır və mən bu qədər peşəkar və tərəfsiz münsiflər tərəfindən bu mükafata layiq görülməyimlə son dərəcə fəxr edirəm.
Davamı →

Richard Forddan gənc yazarlara məsləhətlər

Richard Ford
— Yalnız o adamla ailə qur ki, onu doğrudan da sevirsən və o, yazıçılığa yaxşı baxır.  

— Uşaq lazım deyil.

— Əsərlərin haqda yazılanları oxuma.

— Arvadınla səhər tezdən, yaxud gecə mübahisə etmə.

— İçki içə-içə yazma.

— Əgər köməyin dəyəcəyinə tam əmin deyilsənsə, hər zibilə əl bulaşdırma.


Davamı →