Рейтинг
+45.27

Yazıçılar

53 üzv, 206 topik

Viktor Hüqonun 50 illik sevgisi

Viktor Hüqo həyatı boyu sevgililərini əlcək kimi dəyişirdi. Yalnız bircə qadını-Culyetta Drueni həqiqi qadını adlandırdı.

Düzdür, o Hüqonun qanuni həyat yoldaşı ola bilmədi, yazıçı artıq evli idi və boşanmaq istəmirdi. 50 il müddətində Drue Hüqonun kölgəsində qaldı-onunla yatağını bölüşdü və saysız sevgi macəralarını müşahidə elədi.

 Onların tanışlıqları ərəfəsində 31 yaşlı Viktor Hüqo artıq bir çox uğurlara imza atmışdı. Əsilzadə ailədən çıxmış yazıçı özünün ən məşhur əsəri “Paris Notrdam Kilsəsi”ni çap etmişdi, xalqın sevgisini qazanmışdı, ailəli idi və beş övlad atası idi. Culyetta Druenin həyatı isə bu qədər uğurlu alınmamışdı. İki yaşında hər iki valideynini itirmiş, 19 yaşında məşhur heykəltəraş Jan Jak Pradyenin sevgilisi olmuş (Pradye onu heykəllərində təsvir etmişdi) və ondan hamilə qalmışdı. 26 yaşında isə sadə xalq içindən çıxmış bu qadın məşhur kurtizankaya çevrilmişdi.

Yoldaşı ilə əlaqələri pozan Culyetta özünü və yeni doğulmuş qızını dolandırmaq məcburiyyətində idi. Qadın teatra işə düzəlir. Tamaşaçılar isə istedaddan çox gənc aktrisanın gözəlliyinə fikir verirdilər, məvacibi olduqca az idi. Onun varlı pərəstişkarları peyda olmuşdu. Onlar aktrisaya bahalı hədiyyələr bağışlayır, maddi yardım göstərirdilər. Yüksək cəmiyyətə düşməyi bacaran Culyetta onun bütün üstünlüklərindən yararlanırdı: yüksək cəmiyyətin ziyafətlərində iştirak edir, ləl-cəvahirat taxır, bahalı paltarlar alırdı. Hüqo ilə tanışlıqdan sonra gənc qadının həyatı tamamilə dəyişdi.
Ardı →

Haruki Murakami "Kenquru üçün yaxşı gün" əsərindən bir hissə

Gözəl bir aprel səhəri Tokionun ən dəbli bölgəsi sayılan Harajuku səmtindəki dar küçələrin birində 100% mükəmməl bir qızın yanından keçdim.

Düzünü desəm, o elə də gözəl görünmürdü, başqalarından heç nə ilə fərqlənmirdi və geyimində xüsusi heç nə yox idi. Yuxudan oyandıqdan sonra özünü qaydaya salmadığı üçün saçının arxa tərəfi qəribə formada bükülmüşdü. Cavan deyildi, yaşı otuza yaxın olardı. Hətta, ona “qız” demək də düzgün deyildi. Amma yenə də o, mənim üçün 100% mükəmməl qız idi.  

Bir kişi qadında hansı xüsusiyyətlərin olmağını üstün tutar? İncə ayaqlar, iri gözlər, zərif əllər… Təbii ki, mən başqa şeylərə üstünlük verirəm. Mənim üçün əsas olan burun formasıdır. Onun burnunu xatırlaya bilmirəm, amma tamamilə xatırlaya bildiyim yeganə şey çox gözəl olmadığı idi.      


Ardı →

Artur Rembo | Qısa ömrün keşməkeşli həyat hekayəsi

Jan Nikola Artur Rembo 20 oktybır 1854-cü ildə Fransanın ən adi və ucqar əyalet şəhəri olan Şarlevildə burjua ailəsində anada olmuşdur.Ailə kilsəyə gedir. Uşaqlar sırayla addımlayırlar, öndə bacılar, arxada isə qardaşlar – Frederik və Artur gedirdi. Onlardan öndəki qəzəbli kölgə isə analarına aid idi. Xanım Rembo həmişə uşaqlardan qüsursuz itaətkarlıq tələb edirdi. Uşaqlar hər hansı səhf etsə, yalnız çörək və su verilməklə ev dustaqlığına məhkum edilirdi.Anası Artura həmişə böyük ümid bəsləyirdi. Onun qeyri-adi istedadı hələ ilk uşaqlıq illərindən ortaya çıxmağa başlamışdı. Artur bütün fənnlər üzrə birincilik qazanmış, həmçinin dindar və sözəbaxan bir uşaq idi. Anasının despotizmindən əziyyət çəkən Rembo macəra kitabları oxuyur və azadlığın hökm sürdüyü uzaq, isti ölkələrdə yaşamağı arzulayırdı.


Ardı →

İçki düşkünü yazarlar

İçkiyə alüdə olan bir çox məşhurlardan yazmaq olar. Amma bu dəfə sizə yazıçılardan danışacağıq. Sizə içki aludəçisi olan 8 dünya şöhrətli yazıçıları təqdim edirik:

Bukovski 8. Truman Kapot ― o, yazarlığa və içkiyə çox erkən yaşlarından başlamışdır. Ən sevdiyi içki martini idi. İçkidən asılılığını tərgitmək üçün xəstəxanada müalicə alsa da, xeyri olmayıb.

 7. Dilan Tomas ― sevdiyi içkilər arasında viski ön planda idi. Tomas 39 yaşında 18 stəkan viskidən sonra həyatını itirmişdir.

 6. Skot Fitscerald ― XX əsrin ən böyük Amerikan yazıçılarındandır. Məktəb yaşından içkiyə qurşanan yazıçı 44 yaşında həyatını itirdi. Ən sevdiyi içki tünd alkoqol içki sayılan “cin riki”  idi.  

 5. Çarlz Bukovski ― alkol koması ilə dəfələrlə xəstəxanaya düşən şair bu vərdişini tərgidə bilmədi. Atası tərəfindən tez-tez döyülən yazıçı 13 yaşında içməyə başlayıb. Ən çox sevdiyi içkilər: pivə, vodka, viski…


Ardı →

Akutaqava Rünoske

Akutaqava Rünoske (1892-1927) — 1892-ci il iyuldə Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. Akutaqava Rünoske əjdaha ilində, əjdaha ayında və əjdaha saatında anadan olmuşdur. Rünoske sözündə ilk ieroqlif də əjdaha mənasını verir…
A.Rünoske 1927-ci il iyul ayının 24-də yüksək dozada yuxu dərmanı içərək özünə qəsd edib. 1935-ci ildə ədəbiyyat sahəsində Akutaqava Rünoske mükafatı yaradılmışdır.


Ardı →

Jan Mari Qustav Le Klezio

Fransız-Mavriki yazıçısı Jan Mari Qustav Le Klezio Fransanın Nitsa şəhəri yaхınlığında, həkim ailəsində doğulmuşdu. Onun əslən Britaniyadan olan əcdadları ХVIII əsrdə ingilis müstəmləkəsi Mavrikiyə köç etmişdilər. Atası Britaniya hərbi qospitallarından birində cərrah kimi çalışdığından Jan Marinin uşaqlıq illəri Nigeriyada keçmişdi. Müəllifin fikrincə, ailə şəcərəsinin etnik baхımdan genişliyi, rəngarəngliyi, habelə özünün müхtəlif хalqlar və mədəniyyətlərlə təmas qura bilməsi yaradıcılığını qidalandıran və fərqli edən əsas amillərdən biridir.
Ardı →

Aleksandr Düma-350 qadın və 647 kitab

Uğur, borclar və qadınlar onu daban-dabana izləyirdi
Paris ətrafında iri torpaq sahəsində  «Monte Kristo» adlı qəsr vardı. Qəsrin devizi «Məni sevənlərin hamısını sevirəm» girişdə asılmışdı. Bu, Dümanın illərlə ürəyində daşıdığı arzusunun, qəhrəmanın diliylə çatdırdığı xülyaların real görüntüsüdü. Qəsrin 200 metrliyində İf qalasının kiçik kopyası ucalırdı. Onun hər daşında Dumanın bir kitabının adı oyulub. Spiralvari pilləkənın başındakı otaqda o, gecələri keçirir. Qonaqların səs-küyündən bezib bura gəlir ki, sakitlikdə yaza bilsin. Onore de Balzakın dediyinə görə Monte-Kristo qalası reallaşa bilmiş ən cəsarətli divanəlikdir. Axı, Düma torpağı da şifahi razılıqla almışdı. Həmin kəndli kefi istədiyi dəqiqə gəlib burda kələm əkə bilərdi. Bu sehrli qəsrin qapıları heç vaxt bağlanmazdı.


Ardı →

Rey Bredberi

Rey Duqlas Bredberi 20-ci əsrin ən fantastik və fantast yazıçısı...  Əfsanə və reallıq astanasında olan bir həyat… Əsərlərini oxuyanlar «ağlasığmazdır!», «mümkünsüzdür!» deyirlər.
Əcdadları 1630-cu ildən Amerikaya köçdüyündən onu köklü amerikalı saymaq olar. Anası isveçli olduğu üçün özünü vikinqlərin nəslindən də saya bilərdi. Anasıyla daha yaxın olan Rey atasının onu özündən uzaq saxlamasından narahat olurdu. Sonralar, böyüyəndən və atasıyla münasibətini səliqəyə salandan sonra «Melanxoliyaya qarşı dərman» əsərinin girişində «Mənim atama ithaf edilir. Onun bir qədər gecikmiş sevgisi məni çox təəccübləndirmişdi» yazmışdı.


Ardı →

Nikolay Vasilyeviç Qoqol

O, Rusiyanın ən məşhur yazıçılarından biridir. Eyni zamnda şair, dramaturq, tənqidçi və publisistdir. Rusiya ilə yanaşı həm də Ukrayna ədəbiyyatının klassiki hesab edilir. Adı rus dahiləri arasında Aleksandr Puşkindən sonra gəlir.

Həyatı
Ukrayna əsilli rus yazıçı Nikolay Vasilyeviç Qoqol Yanovski 1809-cu il 20 martda (bəzi mənbələrdə 31 mart və ya 1 aprel) Malorusiyanın Poltava quberniyasında, Soroçi qәsәbәsindә dünyaya göz açıb. Qoqol orta səviyyəli torpaq sahibi olan ailənin övladı idi. Uşaqlığı kənd həyatına bağlı keçib. Kazak mədəniyyətinin təsiriylə böyüyən Qoqolun əsərlərində də bu, öz əksini tapıb.

Qoqolun atası Vasili Afanasyeviç Qoqol Yanovski eyş-işrəti sevən, vaxtının çoxunu kefdə keçirən xırda mülkədar idi. Nikolayın 15 yaşı olanda atası vəfat edib. Anası Mariya İvanovna sadəlövh, vaxtının çoxunu ibadətlə keçirən, səbəbsiz yerə kədərlənən, darıxan qadın idi.
Davamı →

Anton Çexov

Gələcəyin yazıçısı Rusiya İmperiyasının cənubunda sadə ailədə anadan olmuşdu. Onun babası Yeqor Mixayloviç Çexov keçmiş təhkimçi kəndli idi. Beləliklə Anton, onun qardaş və bacıları nəsillərinin təhkimli ailədə doğulmayan ilk azad nümayəndələri idilər.

Sonralar o, məktublarının birində bu haqda belə yazırdı:

“Dvoryan yazıçıların təbiətdən müftə qazandıqlarını raznoçinlər cavanlıqları hesabına əldə edirdilər. Təhkimçi kəndlinin, keçmiş dükançı, gimnazist, tələbə, böyüklərə ehtiram ruhunda böyüdülmüş, keşiş əli öpən, başqalarının fikrinə itaət edən cavan oğlunun öz canından qul xislətini damcı-damcı çıxarmasından və bir gün oyanıb daha damarlarında qul qanı yerinə əsl insan qanı axdığını görməsi barədə bir hekayə yazın.”
Davamı →