Tərəzi bürcü
200 min il bundan əvvəl payız gecə-gündüz bərabərliyi nöqtəsi TƏRƏZİ bürcündə idi. O zaman TƏRƏZİ bürcü misirlilər üçün «gündüzü gecə ilə, əməyi istirahətlə tarazlaşdıran» işarə idi.
TƏRƏZİ Zodiakın cansız əşyaya həsr edilmiş yeganə işarəsidir. Qədim Misirdə astronomlar TƏRƏZİ bürcündə Nil sularının hündürlüyünü ölçən cihazın bir parçasını tərəzi qolu şəklində təsvir edirdilər. Bədirlənmiş Ay TƏRƏZİ bürcündə olanda misirlilər məhsulu tərəzidə çəkirdilər. Şərqin bir çox miflərində tərəzi ilahi ədalət mühakiməsinin rəmzi sayılırdı. Əhd-ətiq və xristian təsəvvürlərinə görə məlaikə Mikayıl ölənlərin ruhunu tərəzidə çəkir. TƏRƏZİ bürcü Hindistanda da məlum idi. Burada TƏRƏZİ bürcünü Misir mərasiminə bənzəyən və mərhumun mənəvi ləyaqətini müəyyən edən bir mərasimlə əlaqələndirirdilər. Qədim hindlilər tərəzinin bir gözünə müttəhimi qoyur, o biri gözünə torpaq tökürdülər.
Ardı →