Tərdən balıq qoxusu gəlirsə hansı tədbirlər görməliyik?

Yay yaxınlaşdıqca, çox insan adi haldan daha çox tərlədiyini fərq edir. Müəyyən miqdarda tərləmə temperatur və hərəkətə normal reaksiyadır. Ancaq digərləri diabet və həddindən artıq aktiv tiroid kimi səbəblərdən ola bilər.
Əsas tərləmə yox, tərin qoxusudur. Bəzən tərdən balıq qoxusu gəlir.
Trimetilaminuriya bədən mayelərində, o cümlədən tərdə çürüyən balıq qoxusuna səbəb olan vəziyyətdir.
Terapevt İrina Andreyevnanın sözlərinə görə, trimetilaminuriyanın simptomları doğuşdan müşahidə oluna bilər, lakin onlar daha gec, çox vaxt yetkinlik dövründə üzə çıxır.
Возможно, это изображение 1 человек

Bunlar təsir edə bilər:
• Nəfəs
• Tər
• Sidik

Qoxu daimi ola bilər və ya «gəlib-gedə” bilər. Trimetilamin, bakteriyalar qidaları parçalayanda bağırsaqda əmələ gələn güclü qoxulu kimyəvi maddədir. İnsanların çoxunda orqanizm trimetilamin maddəsini başqa bir qoxusuz kimyəvi maddəyə çevirə bilir. Lakin trimetilaminuriyası olan insanda orqanizm bunu edə bilmir və kimyəvi maddə bədəndə yığılaraq tər kimi mayelərə sızır.
Bu zaman aşağıdakı qidalardan imtina etməyi tövsiyə edilir:
• İnək südü
• Dəniz məhsulları və qabıqlı balıqlar
• Yumurta
• lobya
• fıstıq
• Qaraciyər və böyrəklər
• Tərkibində lesitin olan əlavələr.
 

0 şərh