Tərdən balıq qoxusu gəlirsə hansı tədbirlər görməliyik?

Yay yaxınlaşdıqca, çox insan adi haldan daha çox tərlədiyini fərq edir. Müəyyən miqdarda tərləmə temperatur və hərəkətə normal reaksiyadır. Ancaq digərləri diabet və həddindən artıq aktiv tiroid kimi səbəblərdən ola bilər.
Əsas tərləmə yox, tərin qoxusudur. Bəzən tərdən balıq qoxusu gəlir.
Trimetilaminuriya bədən mayelərində, o cümlədən tərdə çürüyən balıq qoxusuna səbəb olan vəziyyətdir.
Terapevt İrina Andreyevnanın sözlərinə görə, trimetilaminuriyanın simptomları doğuşdan müşahidə oluna bilər, lakin onlar daha gec, çox vaxt yetkinlik dövründə üzə çıxır.

Davamı →

Tər qorxusundan qurtulmağın sadə yolu

Yay aylarında hər kəs tərləyir və bunun nəticəsində də yaranan xoşagəlməz qoxu insanlarda narahatlıq hissi yaradır. Mütəxəssislər isə bildirir ki, insanın tərləməsi normal haldır və orqanizm üçün faydalıdır. Bəs bu halda pis qoxunu necə aradan qaldırmaq olar? Limon və sirkədən istifadə etməklə tərləsəniz belə sizdən pis qoxu gəlməyəcək.

Tətbiq üsulu:
Bir neçə damcı limonu və ya alma sirkəsini qoltuq altınıza sürtün. Tərləsəniz də, təxminən səkkiz saat qoxu hiss etməyəcəksiniz. Unutmayın ki, sirkə qoxusu bir neçə dəqiqə içində uçur. Həmçinin qoltuq altınızın qaralmasından da şikayətçisinizsə, limon damcıları buna da kömək edəcək.

Limonu və ya alma sirkəsini pambığa damcıladaraq istifadə edin. İstəsəniz, alma sirkəsini bir az sulandırarak kiçik bir sprey şüşəsinə doldurub yanınızda da götürə bilərsiniz.
Davamı →

Antiperspirantlar

Sprey, diyircəkli, krem yoxsa… hansı antiperspirant daha yaxşıdır? Bəs siz təmizliyiniz və tər qoxusundan müdafiə üçün hansı formalı antiperspirantlara üstünlük verirsiniz? Biz sizin üçün bu dəfə müxtəlif formalı antiperspirantlar, onların müsbət və mənfi tərəflərini araşdırmışıq.

Sprey
Bu tip antiperspirantlar daha çox yayılıb və kişilər arasında geniş istifadə olunur. Tərkibindəki alüminium duzları, spirt dərini yumşaltmaq funksiyasını yerinə yetirir. Sprey antiperspirantı istifadə etməmişdən əvvəl 2-3 saniyə çalxalayın və bədəndən 15 sm uzaqlıqdan tətbiq edin.
Üstünlüyü: uzunömürlüdür, sərfəlidir və anından təsir göstərir. Ən gigiyenik antiperspirantdır.
Çatışmazlığı: çantaya atmaq üçün rahat deyil. Şüşədə qaz olduğundan onu isti yerdə saxlamaq olmaz.
Uyğundur: həssas dərili insanlar üçün uyğundur.

Stik formalı
Tərkibində alüminium duzları, bitki tərkibli sakitləşdirici, dezinfeksiyaedici maddələr var. Səmərəli olmasına görə, spreydən sonra ikinci yerdədir. Stiki dəriyə 2-3 dəfə yuxarı-aşağı olmaqla tətbiq etmək lazımdır. Paltarda iz buraxmasın deyə, bir az quruduqdan sonra paltarı geyinməlisiniz.
Üstünlüyü: çox böyük təsirə malikdir, səmərəlidir və praktikdir. Düzgün şəkildə istifadə edildikdə dəridə yumşaqlıq və quruluq təsiri buraxır.
Çatışmazlığı: bəzən dəridə lağ ləkələr qalır, bu da, paltarlarda xoşagəlməz izlər qoyur.
Uyğundur: Tərkibindəki maddələrə qarışı allergiyası olmayan hər kəsə uyğundur.
Davamı →