Sevgi, həyat eşqi, yüksəliş-eniş və şizofreniya

Bəli... Başlıqdan da göründüyü kimi. Bir şəxsin arxasınca qaçırsan... Qaça-qaça çatırsan, lakin tər-qan içində çatan vaxtı qızın başqa birisi ilə səhv saldığını görürsən... Bu, hələ bir başlanğıcdır.

Bir uyğunluq görmüşdüm, o uyğunluğu burada yazdım "Alqoritm" başlığı altında... Müxtəlif rəylər gəldi, lakin 2 rəy bütün hər şeyi dəyişdi... kommentlərin birində "Akıl oyunları - A beautiful Mind" filminin adı çəkildi, digərində də "The secret" sənədli filminin... Birinci filmdə dahi Nobel mükafatçısı Con Neş və onun şizofrenikliyi haqqında bəhs edilirdi, həqiqi həyatından. Con Forbs Neş məgər mənimlə eyni gündə, lakin məndən 66(12*11/2) il əvvəl doğulub. İkincisində isə mən əksər suallarıma cavab tapdım.

Son zamanlar səhvlərimi düzəltməyə çalışarkən etmədiyim səhvlər üzərimə atılır, boynuma götürürəm, ürəyimə salıram... Qürurumu alçaldıram, kimə alçaltmışamsa, alçaldığımı cəmiyyətə bəyan etməsinə göz yuma bilmədim, lakin ona da qarşı çıxa bilmədim. Bir tərəfdə beynimdə dərs, digərində o, digərində elmi-ictimai-sosial məsələlərim, digərində də ailə-qohum qayğıları. Fikir 4 qütbə bölünür.

Bu yaxınlarda şizofreniya haqqında öyrəndim... Mən uşaqlıqda yaşadığım qaranlıq fobiası ilə eyni səviyyədə gördüm... Əvvəlki abzasdakı "o"-nu maddiyyatımda məhv etdim, xəyalıma yazdım... Elə deyə-deyə məgər məndə şizofreniya əlamətləri peyda olubmuş... Danışıqda dağınıqlılıq, özünəməxsus anlaşılmaz terminə malik olmaq, vid-fasona fikir verməmək... Mənim hal-hazırda hər bir ictimai fikrimi elmi əsaslarla ifadə etdiyimə gülürlər və getdikcə özümü yalnız hiss etməyə başlayıram. Bir "o" xəyalımda, bir də mən... Lakin "o"-nu personajlaşdırmaq istəmərəm, əməlli-başlı şizofreniya olar, bu isə şəxsiyyətin, beynin 2 yerə bölünməsi anlamına gəlir... Lakin Con Neş qalib gəldi öz ağlının gücünə...

 

3 şərh

MrMuSamir
Yaman mənasız yazdım!
cahandar
Yazılarınızda aralıqdan istifadə edin.Mətni yazarkən yuxarıda işarələr var sağ tərəfdən 4-cü.Mətnin əvvəlində kursoru müəyyən hissədə saxlayın,daha sonra aralıq işarəsinə tıklyın.Sizin də topikiniz «ardı» tıkladıqdan sonra tam şəkildə açılacaqdır.
Gülnar
Yazılarınızı tam anlamasam da rəylərim yaxşı istiqamətdə nəyisə dəyişibsə sizin üçün sevinərəm)