Repressiya qurbanları

ATABABA MUSAXANLI (1905-1941)

Musaxanlı Atababa Daşdəmir oğlu – tənqidçi, ədəbiyyatşünas,  1905-ci il dekabrın 20-də Bakıda anadan olmuşdur. Ali Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsində təhsil almışdır (1921-19240. Bakı Pedaqoji texnikumunda və 18 saylı şəhər məktəbində dil və ədəbiyyat müəllimi işləmişdir.

1941-ci il avqustun 14-də cəza tədbirləri dövründə həlak olmuşdur.

AĞAHÜSEYN RƏSULZADƏ (1884-1938)


Rəsulzadə Ağahüseyn Əli oğlu – şair, publisist,

«Nöqsanlarımız» (1911), «Muzdur» kitablarının müəllifi olmuşdur.
1938-ci il cəza tədbirləri dövrünün qurbanı olmuşdur.

BƏKİR ÇOBANZADƏ
(1893-1937)


Çobanzadə Bəkir Vahab oğlu – ədəbiyyatşünas, şair, dilşünas,
«Türk dili və ədəbiyyatının tədrisi üsulu» (1926), «Türk dili» (1929), «Türk dili və ədəbiyyatının tədrisi üsulu (I, II hissələr) (1926, 1927), «Azəri ədəbiyyatının yeni dövrü, nasionalizmdən internasionalizmə» (1930) və s. kitabların müəllifi olmuşdur.
1937-ci il oktyabrın 3-də cəza tədbirləri dövrünün qurbanı olmuşdur.

BÖYÜKAĞA TALIBLI
(1897-1938)


Talıblı Böyükağa Mirqasım oğlu – şair, publisist, 
«Keyf içində (1929), «Tövbə» (1930), «Dirək» (1971), «Seçilmiş əsərləri» (1938) kitablarının müəllifi olmuşdur.
1938-ci ildə cəza tədbirləri dövründə həlak olmuşdur.

ƏMİN ABİD
(1898-1937)


Əhmədov Əmin Mütəllib oğlu – tənqidçi, ədəbiyyatşünas, şair, 
1898-ci ildə Bakıda anadan olmuşdur. Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919-1926). 1919-cu ildə Azərbaycana qayıtmış, ADU-da çalışmışdır.
1937-ci l cəza tədbirlərinin qurbanı olmuşdur.

ƏLİABBAS MÜZNİB
(1883-1938)


Əhmədov Əliabbas Mütəllib oğlu – şair, ədəbiyyatşünas, 
«Yusif və Züleyxa» (1914), «Tiran rolu» (1917), «Nəsrəddin məzhəkələri» (1927), «Aşıq Pəri və müasirləri» (1928) və s. kitabların müəllifi olmuşdur.
1938-ci ildə Bakıda vəfat etmişdir.

ƏLİ NAZİM
(1906-1941)


Mahmudzadə Ələkbər Mahmud oğlu – tənqidçi, ədəbiyyatşünas,

«Seçilmiş əsərləri» nəşr olunmuşdur (1979).
1941-ji ildə Bakıda vəfat etmişdir.

ƏLİ RAZİ
(1886-1939)


Şamçızadə Əli Məşədi Yəhya oğlu – şair, publisist, 
«Dabanıçatdax xala və heyvərə» (1912), «Dabanıçatdax xala» (1936), «Seçilmiş əsərləri» (1936),

«Nalələrin, fəqanların» (1992) kitablarının müəllifi olmuşdur. 
Cəza tədbirləri illərində həbs olunmuş, ölüm hökmü verilmişdir.

ƏHMƏD CAVAD
(1892-1937)


Axundzadə Cavad Məhəmmədəli oğlu – şair, tərcüməçi, professor (1933).
Şeirlər» (1958), «Sən ağlama, mən ağlaram» (1991) kitablarının, F.Rablenin «Qarqantua və Pantaqruel (1961), V.Şekspirin «Otello», «Romeo və Cülyetta» (1962), S.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» (1978) tərcümə kitablarının müəllifi olmuşdur.
1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.

HACIBABA NƏZƏRLİ
(1895-1938)


Nəzərli Nacıbaba Hacı Ələsgər oğlu – nasir,  
Casusun yardımçısı» (1926), «Qışlaqdan kəndə» (1927), «Laçın» (1928), «Satqın» (1930),

«Ölülər rəqs edərkən» (1930) kitablarının müəllifi olmuşdur. 
1938-ci ildə xalq düşməni kimi güllələnmişdir.

HACIKƏRİM SANILI
(1978-1937)


Sanıyev Hacıkərim Hüseyn oğlu – şair, pedaqoq,  
«Kəndimiz və aran köçü» (1927), «Namus davası» (1927), «Dəli oküz» (1927), «Turut qaçaqları» (1955) və s. kitabların müəllifi olmuşdur.
Repressiya dövründə həbs olunub güllələnməyə məhkum edilmişdir

HƏNƏFİ ZEYNALLI
(1896-1938)


Zeynallı Hənəfi Baba oğlu – ədəbiyyatşünas, tənqidçi, folklorşünas, mətnşünas, 
Cəza tədbirləri dövründə, 1937-ci il yanvarın 27-də həbs edilmiş, həmin il oktyabrın 13-də Bakıda qətlə yetirilmişdir.


HÜSEYN CAVİD
(1882-1941)


Rasizadə Hüseyn Abdulla oğlu - şair, 
Kütləvi cəza tədbirləri dövründə həbs olunmuş, 1941-ci ildə Sibirdə sürgündə ikən vəfat etmişdir. Mərhumun cəsədinin qalıqları 1982-ci il oktyabrın 26-da Bakıya gətirilmiş, sonra doğma Naxçıvana aparılıb noyabrın 3-də Cavid bağında dəfn olunmuşdur.


MİKAYIL MÜŞFİQ
(1908-1937)


İsmayılzadə Mikayıl Əbdülqədir oğlu — şair, 
«Küləklər» (1930), «Günün səsləri» (1930), «Şeirlər» (1934), «Seçilmiş əsərləri» (iki cilddə) (1960), «Həyat sevgisi» (1988) və s. kitabların müəllifi olmuşdur.
1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir.


ÖMƏR FAİQ
(1872-1937)


Nemanzadə Ömər Faiq — publisist.
«Dəvəti-nəşri-asarə» (1905), «Üçüncü il» (1927), «Əsərləri» (1983), «Xatirələrim» (1985), «Seçilmiş əsərləri» (1992) kitablarının müəllifi olmuşdur.
1937-ci il iyulun 16-da cəza tədbirləri dövründə həbs edilmiş, həmin ilin oktyabr ayının 10-da güllələnmişdir.


SALMAN MÜMTAZ
(1884-1937)


Əsgərov Salman Məmmədəmin oğlu — şair, ədəbiyyatşünas, mətnşünas, kitabşünas, 
«Kommunist» nəşriyyatı onun 24 kitabını çapdan buraxmışdı (1925-1926). O, «Molla Pənah Vaqif», «Şeirlər (Sarı aşıq)», «El şairləri», «Sarı aşıq və bayatılar kitablarını tərtib edib müqəddimə ilə nəşr etdirmişdir (1927-1935).
1938-ci ildə cəza tədbirləri dövründə həbs edilmiş, sürgündə vəfat etmişdi


SEYİD HÜSEYN
(1887-1937)


Sadıxzadə Seyid Hüseyn Mirkazım oğlu — nasir, tənqidçi,

1887-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Rus-tatar məktəbində təhsil almışdır. 
1937-ci ildə cəza tədbirləri dövründə həbs edilmiş, sürgündə ölümə məhkum olunmuşdu


SOLTANMƏСİD QƏNİZADƏ
(1866-1937)


Qənizadə Soltanməсid Haсı Murtuzəli oğlu – maarif xadimi, yazıçı.
«İstilahi Azərbayсan» (1-2 h.1890), «Lüqəti-rusi» və türki (3.h.1891), «Rus dilinin dilmanjı» (4 h. 1894), «Samouçitel russkoqo yazıka» (1896), «Lüğəti-türki və rusi» (1904) və s. əsərlərin müəllifidir.
1937-сi ildə сəza tədbirləri dövründə vəfat etmişdir.


TAĞI ŞAHBAZİ (SİMURQ)
(1889-1938)


Şahbazi Tağı — nasir, publisist, 
«Ağanın kənizi» (1926), «Azadlıq üçün cinayət» (1928), «Aldanmış ümid» (1926), «Əzab qorxusu» (1926), «Seçilmiş əsərləri» (1983) və s. kitabların müəllifi olmuşdur.
1938-ci ildə cəza tədbirləri dövründə vəfat etmişdir.


VƏLİ XULUFLU
(1894-1938)


Xuluflu Vəli Məmmədhüseyn oğlu — ədəbiyyatşünas, publisist, 
«Yeni türk əlifbası ilə yazı qaydaları» (1925), «Koroğlu» (1927), «İmla lüğəti» (1929), «Din və qadın» (1930), «Din və mədəni inqilab» (1930) və s. kitabların müəllifi olmuşdur.
1938-ci ildə cəza tədbirləri dövründə həlak olmuşdur


YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ
(1887-1943)


Vəzirov Yusif Mirbala oğlu — nasir, publisist, ədəbiyyatşünas, 
«Cənnətin qəbzi» (1913), «Studentlər» (1930), «Qızlar bulağı» (1934), «Bir cavanın dəftəri» (1966), «Qan içində» (1967) və s. kitabların müəllifi olmuşdur.
1943-cü il yanvarın 3-də vəfat etmişdir.

Mənbə: Müxtəlif internet resursları əsasında hazırlanıb.

 

4 şərh

Türkəl
Olduqca lazımlı məlumatdır +1
Amma mənbəni də qoysaydınız daha yaxşı olardı.
kurdamir
Baxmayaraq ki,redaktəyə ehtiyac var. Amma maraqli idi
MURAD_SEYFULLAYEV
Hə. Şərhinizin də. :))
kurdamir
Mənim hər yazimin, Şərhimin onsuzda redaktəyə ehtiyacı 100% olur. ;))