Sevmədiyiniz həmkarlarınızla ünsiyyət yaratmanın yolları

Korporativdə işləmək müxtəlif xarakterli insanlarla qarşılıqlı əlaqə saxlamaq deməkdir. Bəzən işləməli olduğunuz insanlarla qaçılmaz münaqişələr yaşamalı olursunuz. İşləyəcəyiniz komanda və ya şirkəti seçmək isə sizin əlinizdə deyil. Belə bir vəziyyətdə edə biləcəyiniz ən yaxşı şey neytral qalmaq və əlaqələrinizdə peşəkarlığınızı qoruyub saxlamaqdır.

Lakin elə də sevmədiyiniz həmkarınızla yaxşı əlaqələr qurmaq niyyətindəsinizsə, aşağıdakı məsləhətlərə diqqət edin:

1. Həmkarınızla səmimi olun və onun xoşagəlməz davranışına rəğmən heç vaxt səs tonunuzu qaldırmayın.

2. İstənilən işdə mümkün qərəzli münasibətlərdən özünüzü qorumağa çalışın.

3. Eyni bir layihə üzərində işləyən zaman çalışqanlığınızı nümayiş etdirin.

4. Unutmayın ki, hamımız insanıq və heç birimiz mükəmməl deyilik.

5. Həmkarınızın başqası ilə olan söhbətinə gizlincə qulaq asmayın.

6. Əməkdaşlarınızın güclü tərəflərini, nələri daha yaxşı bacardıqlarını müəyyənləşdirmək onlarla yaxşı münasibət qurmanın yollarından biridir.

7. Son olaraq isə xoşlamadığınız birisi ilə ünsiyyət yaratmanın ən yaxşı yolu onunla ən sevdiyiniz insan kimi davranmaqdır.
 

0 şərh