Рейтинг
+23.37

Diplomatiya

26 üzv, 40 topik

Diplomatik əlaqələr haqqında VYANA KONVENSİYASI

(Vyana, 18 aprel 1961-ci il)

Bu Konvensiyanın Tərəfləri olan dövlətlər bütün ölkələrin xalqlarının lap qədim zamanlardan diplomatik agentlik statusunu tanıdığını qeyd edərək:

Birləşmiş Millətlər Təşkilatının dövlətlərin suveren bərabərliyi, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması və dövlətlər arasındakı dostluq münasibətlərinin inkişafı haqqında Nizamnaməsinin məqsəd və prinsiplərini nəzərə alaraq;

Diplomatik əlaqələr, imtiyazlar və immunitetlər haqqında beynəlxalq konvensiyanın imzalanmasının dövlətlər arasında, onların dövlət və ictimai quruluşundan asılı olmayaraq, dostluq münasibətlərinin inkişafına kömək göstərəcəyinə əmin olaraq;

Bu cür imtiyaz və immunitetlərin ayrı-ayrı adamların mənfəəti üçün deyil, dövləti təmsil edən orqanlar kimi diplomatik nümayəndəliklərin funksiyalarının səmərəli surətdə həyata keçirilməsini təmin etmək üçün verildiyini dərk edərək;

Bu Konvensiyanın maddələri ilə nəzərdə tutulmayan məsələləri beynəlxalq adi hüquq normalarının tənzimləməkdə davam edəcəyini təsdiq edərək, aşağıdakılar haqqında razılığa gəldilər:


Ardı →

Konsulluq əlaqələri haqqında VYANA KONVENSİYASI

  • Bu Konvensiyanın tərəfləri olan dövlətlər xalqlar arasında konsulluq əlaqələrinin lap qədim zamanlardan qurulduğunu qeyd edərək;
  • Birləşmiş Millətlər Təşkilatının dövlətlərin suveren bərabərliyi, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması və dövlətlər arasındakı dostluq münasibətlərinin inkişafı haqqında Nzamnaməsinin məqsəd və prinsiplərini nəzərə alaraq;
  • Birləşmiş Millətlər Təşkilatının diplomatik əlaqələr və immunitetlər üzrə Konfransının 18 aprel 1961 ildə imzalanması üçün açıq elan edilmiş diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını qəbul etdiyini nəzərə alaraq;
  • Diplomatik əlaqələr, imtiyazlar və immunitetlər haqqında beynəlxalq konvensiyanın imzalanmasının dövlətlər arasında, onların dövlət və ictimai quruluşundan asılı olmayaraq, dostluq münasibətlərinin inkişafına kömək göstərəcəyinə əmin olaraq;
  • Bu cür imtiyaz və immunitetlərin ayrı-ayrı adamların mənfəəti üçün deyil, dövlətlərinin adından konsulluq qurumlarının funksiyalarının səmərəli surətdə həyata keçirilməsini təmin etmək üçün verildiyini dərk edərək;
  • Bu Konvensiyanın maddələri ilə nəzərdə tutulmayan məsələləri beynəlxalq adi hüquq normalarının tənzimləməkdə davam edəcəyin təsdiq edərək, aşağıdakılar haqqında razılığa gəldilər:

Ardı →

Diplomatiya. Tərifi, əsas termin və anlayışlar

Diplomatiyanın tərifinə keçməzdən öncə «diplomatiya» sözünün yaranma köklərinə nəzər salaq.
Qədim Yunanıstanda bir hökmdar digər bir dövlətin hömdarına rəsmi nümayəndəsini göndərdikdə, elçisinə içində təlimatlar olan ikiqat bükülmüş bir taxta lövhəcik — «diploma» verirdi. Faktiki olaraq, «diploma» eyni zamanda onu gətirənin, yəni diplomatın rəsmi nümayəndə olduğunu da təsdiq edirdi. Tarix boyu bu söz və ondan törənmiş sözlər (diplomas, diplomat, diplomatik, diplomatiya) müxtəlif mənalarda işlənsə də (artıq qeyd etdiyimiz taxta lövhəcik, rəsmi arxiv sənədlərlə işləmə bacarığı, rəsmi dövlət sənədləri və s.), bu gün də əsas mahiyyətini – rəsmi, səlahiyətləndirilmiş təmsilçilik mənasını qoruyub saxlamaqdadır.
Diplomatiya – beynəlxalq münasibətlər sahəsində istifadə edilən, bu və ya digər dövlətə özünün xarici siyasi məsələri və məqsədlərini həyata keçirməyə yardımçı olan üsullar və hərəkətlər məcmusu.
Diplomatiyanın bir çox tərifləri arasında qeyd etdiyimiz daha aydın, yığcam və ümumi xarakter daşısa da, özündə ən əsas məqamları əks etdirir: diplomatiyanın subyektlərini – dövlətləri, fəaliyyət məkanını – beynəlxalq münasibətlər sahəsi, vəzifəsini — xarici siyasi məsələri və məqsədlərini həyata keçirmək üçün, icra mexanizmini üsullar vəhərəkətlər məcmusunun yardımi ilə.
Diplomatiyanın sərəncamında 3 vasitə var: inandırma, kompromiss (qarşılıqlı güzəşt) və zorla təhdid.
Vasitələrə nəzər salsaq, diplomatiyanın hərbi yolu, hərbi gücün tətbiqini inkar etdiyini görərik. Yəni, müasir dövrdə diplomatiyanı ehtiva edən üsullar və hərəkətlər məcmusuna hərbi üsulları və hərəkətləri daxil etmirlər. Müharibənin baş verməsi diplomatiyanın məğlubiyyəti kimi qəbul edilir. Təsadüfi deyil ki, ABŞ və Rusiyanın beynəlxalq məsələlərdə məqsədlərinə hərbi gücün tətbiqi ilə nail olmaqlarına səy göstərmələri bir çoxları tərəfindən beynəlxalq münasibətlərdə böhran halı, diplomatiyanın əlacsızlığı kimi qiymətləndirilir. Məhz belə bir şəraitdə beynəlxalq təhlükəsizlik və əməkdaşlığa birbaşa cavabdeh olan, və faktiki olaraq, beynəlxalq münasibətlərdə məsələlərin yalnız diplomatik yollarla həllinə başlıca təminatçı olan təşkilat — BMT-də kardinal dəyişikliyin vacibliyi, hətta başqa təşkilatların bu missiyanı öz üzərlərinə götürmələri ilə bağlı təkliflər hal-hazırda çox aktual səslənir.
«Siyasi realizm» məktəbinin banisi H.Morgentau diplomatiya elminin dörd elementini qeyd edir:
1.Diplomatiya real yaxud potensial olaraq sərəncamında olan gücünü nəzərə alaraq öz məqsədlərini müəyyən etməlidir;
2.Diplomatiya digər dövlətlərin real yaxud potensial olaraq sərəncamlarında olan güclərini nəzərə alaraq onların məqsədlərini qiymətləndiirməlidir;
3.Diplomatiya bu müxtəlif məqsədlərin nə dərəcədə bir-birləri ilə uzlaşdığını müəyyən etməlidir;
4.Diplomatiya məqsədlərinin reallaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidir.
Sadalanan elementlər diplomatik fəaliyyətdə dövlətlərin siyasi reallıqları nəzərə almalarına yönəlib. İstənilən hakimiyyət arzu və məqsədlərini real vəziyyətlə uzlaşdırmalı, daha konkret və praktiki hədəflər seçməyi bacarmalıdır. Beynəlxalq münasibətlər tarixində bu prinsiplərə əməl etməyən və öz ölkələrinin başına xeyli bəlalar gətirən hakimiyyətlərlə bağlı misallar çoxdur: Küveyti işğal edən və son nəticədə ölkəsini faciəyə gətirən İraqın keçmiş rəhbəri Səddam Hüseyn; eyni zamanda bir neçə qonşu dövlətə qarşı amansız müharibə aparan və son nəticədə dövlətinin parçalanmasına səbəbkar olan Yuqoslaviyanın eks-prezicdenti Slobodan Miloşeviç və s.
Diplomatiyanın əsas vəzifələrinə aşağıdakılar aid edilir:
1) dünya səhnəsində dövlətin maraqlarını təmsil və müdafiə etmək (ən ümdə vəzifə);
2) dövlətin xarici siyasi-iqtisadi məqsədlərinə nail olmaq və bu məqsədlə:
  • a) danışıqlar aparmaq,
  • b) mövcud münasibətləri mühafizə etmək,
  • c) dövlətlərarası sazişləri bağlamaq,
  • d) beynəlxalq konfranslarda və təşkilatlarda iştirak etmək və s.
3) Münaqişələrin, mübahisəli məsələlərin sülh yolu ilə həlli və bu məqsədlə beynəlxalq təşkilatların yaradılmasında və fəaliyyətində iştirak etmək və s.;
Dövlətin diplomatik fəaliyyəti bilavasitə hökümətin rəhbərliyi altında xarici işlər qurumu və onun xaricdəki orqanlar – digər dövlətlərdəki diplomatik nümayəndəliklər, həmçinin deleqasiyalar, müvəkkil və xüsusi agentlər vasitəsilə həyata keçirilir.
Etimadnamə – bir dövlət başçısının imzaladığı və digər dövlətin başçısına ünvanlandığı, həmin ölkəyə bu və ya digər şəxsi diplomatik nümayəndə qismində təyin edildiyi barədə məlumatlandıran məktubu.
Diplomatik nümayəndə geri çağırıldıqda sonuncu dövlət başçısına (yaxud xarici işlər nazirinə) geri çağırılma sənədi təqdim edir.
Sırf nəzəri cəhətdən dövlət başçısının etimadnaməni qəbul etməmək hüququ var. Lakin etimadnamənin təqdim edilməsi anına qədər səfir vəzifəsinə namizədlə bağlı bütün məqamlar gözdən keçirilir, razılaşdırılır və müasir praktikada etimadnamənin qəbul edilməməsi hallarına demək olar ki, təsadüf edilmir. Etimadnamənin dövlət başçısı tərəfindən qəbulu mərasimi səfirin rəsmən fəaliyyətinə başlaması anı kimi qiymətləndirilir
Dövlətlər arasında diplomatik münasibətlərin qurulmasında ilk addım bu və ya digər dövlətin və ya onun hökümətinin digər dövlət tərəfindən tanınmasıdır. Bu tanınma iki formada mümkündür:
1) De-fakto – dövlətlə diplomatik əlaqələr qurmadan onun mövcudluğu faktını qəbul edərək işgüzar əlaqələrin qurulması;
2) De-yure – dövlətin beynəlxalq münasibətlərdəki bütün hüquq və imtiyazları ilə birgə tanınması, diplomatik əlaqələrin qurulması
Separatizmin geniş yayıldığı və maraqlarından asılı olaraq, belə meyllərin bu və ya digər super-dövlət tərəfindən dəstəkləndiyi şəraitdə beynəlxalq münasibətlərdə hər-hansı bir ərazinin tanınma forması aktual bir məsələdir. Əslində söhbət de-fakto səviyyəsində tanınmadan deyil, de-fakto mövcud olan ərazilərin beynəlxalq münasibətlərin bərabərhüquqlu subyektinə çevrilməsi cəhdlərindən gedir. Hər hansı bir ərazinin (hakimiyyətin) bir yaxud bir neçə dövlət tərəfindən de-yure tanınması belə son nəticənin əldə olunacağına dəlalət etmir. Son illər dünyada statusu qeyri-müəyyən olan ərazilərin artması da bir çox mütəxəssislər tərəfindən beynəlxalq münasibətlərin, beynəlxalq hüququn bir keçid mərhələsində olmasının daha bir sübutu kimi dəyərləndirilir.
Preambula – razılığa gələn tərəflərin və muqavilənin imzalanmasına səlahiyyətlənməş şəxslərin siyahısını və müqavilənin bağlanması üçün əsas rolunda çıxış edən motivləri özündə ehtiva edən beynəlxalq müqavilənin giriş hissəsi.
Preliminari – gələcəkdə başqası ilə əvəz oluna biləcək ilkin razılıq
Prolonqasiya – hər-hansı bir müqavilənin qüvvədə qalması müddətinin uzadılması;
Paraflama – danışıqda iştirak edən hər bir tərəfin səlahiyyətli nümayəndələrinin inisialları ilə beynəlxalq müqavilənin mətninin razılaşdırıldığını göstərən ilkin imzalama. Bü cür imzalamaya müqavilənin yekun mətninin imzalanması hansısa səbəblərə görə başqa vaxta saxlandığı təqdirdə rast gəlinir. Sazişin rəsmi imzalanmasını ləngidən səbəblər aradan qaldırıldıqda, paraflanmış mətnin yekun imzalanması baş verir.
Anklav – Dövlətin hər tərəfdən digər və ya başqa dövlətlərin əraziləri ilə əhatə olunmuş torpaq sahəsi. Dəniz sahili olduqda yarımanklav yaranır. Anklav mövcudluğu bir sıra hüquqi problemlər doğurur: anklava getməyi təmin etmə, anklavın məxsus olduğu dövlətin digər hissələri ilə əlaqəsinin yaradılması imkanı və s.
Restitusiya – beynəlxalq hüquqda məğlub dövlətin müharibə vaxtı qanunsuz olaraq işğal etdiyi ərazidən çıxardığı əmlakın geri qaytarılması
Ekstradisiya – cinayətkarların vətəndaşları olduğu, yaxud ərazisində cinayət əməli törətdikləri dövlətə digər dövlət tərəfindən qaytarılması. Ekstradisiya dövlətin hüququdur, vəzifəsi deyil.
Hərbi baza – Hər hansı bir ölkənin başqa ölkədə olan qoşunları, silahları, hərbi sursatı və onların yerləşdiyi ərazi. Bir qayda olaraq Hərbi baza yerləşdikləri dövlətin yurisdiksiyasına tabe olmur. Hərbi bazalar güclü dövlətlərin bu və ya digər dövləti yaxud regionu nəzarət altında saxlamaq məqsədi ilə yaradılır.
Status-kvo – Müəyyən anda mövcud olmuş və ya mövcud olan faktiki və ya hüquqi vəziyyət. Status-kvonu bərpa etmək baş vermiş dəyişikliklərə qədər mövcud olmuş vəziyyətə qayıtmaq. Qeyd: Sülh sazişinin bağlanması zamanı tərəflər müharibə nəticəsində əldə etdiyi əraziləri qarşılıqlı surətdə geri qaytarmaq barədə razılığa gəlirlərsə, onlar «status-kvo ante bellum», yəni müharibədən əvvəl mövcdu olmuş vəziyyəti bərpa edirlər.
Davamı →

Diplomatik imtiyazlar və toxunulmazlıqlar

İmtiyaz – müstəsna hüquq, üstünlük deməkdir.
Toxunulmazlıq – cəmiyyətdə xüsusi yer tutan insanlara verilən ümumi qanunlara tabe olmamaq müstəsna haqqıdır.
Diplomatik toxunulmazlıq – xarici dövlətlərin diplomatik əməkdaşlarına verilən haqqlar və imtiyazlar məcmusudur.


Ardı →

Diplomat və ona qarşi sürülən tələblər

Öz ölkəsi ilə başqa dövlət yaxud dövlətlər arasında rəsmi əlaqələri həyata keçirən xarici işlər orqanının əməkdaşına diplomat deyilir. Diplomatiyanın üsulları kimi, peşəkar diplomatlara olan tələblər də vaxt keçdikcə dəyişir. Belə ki, Qədim Yunan diplomatlarında ən vacib keyfiyyətləri kimi natiqlik istedadı, tamaşaçılar qarşısında çıxış etmək və «kütləni», «camaatı»« inandırmaq qabiliyyətləri qiymətləndirilirdi.

Orta əsrlərdə ən mühüm və əhəmiyyət kəsb edən xəbərlərin mənbəyi cəmiyyətin yuxarı təbəqələri sayılırdı. Bu məlumatlar möhtəşəm və əzəmətli qəbullarda, ballarda, qonaqlıqlarda əldə oluna bilərdi. Ona görə o zamanlar kart oynamaq, gözəl rəqs etmək, söhbət aparmaq, incə zarafat etmək, sarayın sirlərini daha asan açan qadınların diqqətini cəlb etmək və xoşlarına gələ bilmək qabiliyyətlərinə malik olmaq lazım idi. Elə buna görə də diplomatın xarici görünüşünə böyük fikir verilirdi.


Ardı →

Birləşmiş Millətlər təşkilatı

Birləşmiş Millətlər Təşkilatını daimi diplomatik konferensiya adlandırmaq tamamilə mümkündür: bu, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə qol çəkərək, onun məqsədlərini bəyənən və onun prinsiplərinə müvafiq şəkildə fəaliyyət göstərmək həmrəyliklərini bəyan edən dövlətlərin ümumdünya birliyidir.


Ardı →

Beynəlxalq təşkilatlar

Dünyanın mühüm beynəlxalq təşkilatlarının siyahısı və onların fəaliyyəti. Beynəlxalq iqtisadi təşkilatlar və onların beynəlxalq münasibətlərdə rolu

Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı

ASOİƏ təşkilatı (APEC — Asia-Pacific Ekonomic Cooperations-dan ixtisarla) 1989-cu ildə Asiya-Sakit okeanı regionunun iqtisadiyyatının daha da müstəqilləşməsinə cavab olaraq yaradılmışdır. ASOİƏ-nin məqsədləri bunlardır: regionda və bütün dünyada iqtisadi artıma dəstək; əmtəədən, xidmətdən, kapitaldan və texnologiyadan effektli istifadə etmək; açıq çoxtərəfli ticarət sisteminin inkişafı və mövcudluğu Dünya ticarət təşkilatının prinsiplərinə əks olan ticarətdə olan həmin maneələrin əmtəə və xidmətlərlə aradan qaldırılması APEC-nin fəaliyyəti üç geniş miqyasda aparılır: ticarətin və investisiya ab-havasının liberallaşdırılması; ticarətə və investisiyaya əlverişlilik; ölkələrin iqtisadi və texniki əməkdaşlığı zamanı iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə. Ayrıca tapşırığı Asiya-Sakit okean regionunda 2020-ci ilə qədər, sənayeləşmiş ölkələrdə isə 2010-cu ilə qədər ticarət və investisiya üçün əlverişli şəraitin yaradılmasıdır. Regionun inkişafında əsas diqqət xüsusi sektorun rolunun gücləndirilməsinə yönəldilir.
Hər il nazirlər səviyyəsində görüşlər keçirilir və təhsil; elektrik enerjisi; ətraf mühit və davamlı inkişaf; əmək ehtiyatlarının inkişafı; elm və texnologiyada əməkdaşlıq; kiçik və orta biznesin təşkili; telekommunikasiya və informasiya sənayesi; ticarət və nəqliyyat mövzularının müzakirəsi aparılır. Həmçinin on işçi qrup balıqçılıq məsələləri ilə, əmək ehtiyatları ilə, texnologiya və işləmə, dəniz ehtiyatlarının mühafizəsi, elektrikləşdirmə, telekommunikasiya, turizm, ticarət, investisiya və nəqliyyat sahəsində regional əməkdaşlıq məsələləri ilə məşğul olur.
ASOİƏ-yə Avstraliya, Bruney, İndoneziya, Kanada, Çin, Malayziya, Meksika, Yeni Zelandiya, Papua Yeni Qvineya, Peru, Koreya Respublikası, Rusiya, Sinqapur, Amerika Birləşmiş Ştatları, Tayland, Tayvan, Filippin, Çili və Yaponiya daxildir. ASEAN-ın katibliyi, Sakit okean iqtisadi əməkdaşlıq şurası (uyğun olaraq ing. PECC) və Cənubi Sakit okean forumu (uyğun olaraq ing. SPF) müşahidəçi statusuna malikdirlər. İcraiyyə direktorunun rəhbərlik etdiyi ASOİƏ-nin katibliyi Sinqapurda yerləşir.


Ardı →

Diplomatik münasibətlər və diplomatik missiya

Dövlətlər arasında diplomatik münasibətlər onların hökumətləri arasında istənilən səciyyəli dostluq münasibətləri yolu ilə qurula bilər, ancaq daimi diplomatik münasibətlərin mövcudluğu yalnız diplomatik missiyaların açılması, yaxud, daha yaxşısı, bunların mübadiləsi zamanı təsdiqini tapır. Onlar qarşılıqlı razılıq yolu ilə və missiyaların öz üzərilərinə götürəcək funksiyaları qarşılıqlı anlamaları əsasında qurulur. Bu funksiyalar sonuncu yüzilliklərdə hamı tərəfindən qəbul olunmuş hala gəlib və 1961-ci ildə diplomatik münasibətlər haqda Vyana konvensiyası ilə müəyyən olunub və əsasən aşağıdakılardan ibarətdir:
a) göndərən dövlətin və qəbul edən dövlətin təmsil edilməsi;
b) göndərən dövlətin və onun vətəndaşlarının maraqlarının qəbul edən dövlətdə, beynəlxalq qanunvericiliklə müəyyən olunmuş çərçivələrdə müdafiə olunması;
c) qəbul edən dövlətin hökuməti ilə danışıqlar aparılması;
d) bütün qanuni vasitələrlə qəbul edən dövlətdə vəziyyətin və hadisələrin müəyyən olunması və bu haqda göndərən dövlətin məlumatlandırılması;
e) göndərən dövlət və qəbul edən dövlət arasında dost münasibətlərin qurulması və onlar arasında iqtisadi, mədəni və elmi əlaqələrin inkişaf etdirilməsi.
Diplomatik missiyaların əməkdaşları özlərinin diplomatik funksiyalarından əlavə eləcə də konsul funksiyaları yerinə yetirə bilərlər.


Ardı →

Diplomatik protokol və prosedura

Diplomat böyük-kiçikliyin dörd qaydasını gözləməlidir:

1. Diplomatik missiya başçıları arasında böyük-kiçiklik

Diplomatik missiya başçılarının böyük-kiçikliyi onların dərəcələrindən asılıdır:
Səfir, Ali komissar yaxud Apostol nuntsisi;
Fövqəladə Elçi və Səlahiyyətli Nazir;
Vatikan Elçisi (az rast gəlinən dərəcə);
İşlər Vəkili en titre (titullu yaxud en ried).
Hər dərəcə dairəsində böyük-kiçiklik müvafiq diplomatik nümayəndəlik başçısının vəzifəyə başladığı andan keçən vaxtla müəyyən olunur.


Ardı →

Konfransların idarə edilməsi

Sədrlik edən şəxsin vəzifəsi
Konfrans sədri ilə futbol hakiminin vəzifələri arasında paralel mövcuddur. Onlardan hər birinin daha çox üstünlük qazanmaq istəyən peşəkar oyunçuların təcrübələrinin və fəndlərinin tətbiqinə nəzarət zamanı vəzifələri eyni dərəcədə məsuliyyətlidir və müəyyən zamanda o, zəmanət verməlidir ki, oyun qaydalar üzrə gedir və son nəticə bütün iştirakçıları qane edir. Onun qaydalar kitabı (prosedur qaydaları) var, lakin əgər sədrin özü bütün təcrübələrindən və ustalığından istifadə edərək iştirakçıları nəticələri qəbul etmək və onlara tabe olmaq özlərinin maraqları dairəsində olduğuna inandıra bilməsə onun nəzəri cəhətdən üstün sayılan səlahiyyətləri faydasız ola bilər. Həm sədrə həm də hakimə bəzən soyuqqanlılıqla artıq inanılmaz arxayınlıqdan danışmaqdansa, ədalət, mətinlik, qaydaları bilmək və vəziyyəti qiymətləndirmək qabiliyyəti lazımdır.


Ardı →