Hatiko


Hatiko
Hatiko- akita-inu cinsindən olan bu it Yaponiyanın sadiqlik və vəfalılıq rəmzidir.
Hatikonun sahibi Tokio universitetinin professoru hər gün metro ilə işə gedirmiş. Və Hatiko onu hər gün metro stansiyasından işə, işdən evə ötürürmüş. Bu hal professorunun dərs zamanı infarktdan keçindiyi günə qədər davam etmişdir. Hər gün sahibini görmək ümidi ilə metro stansiyasına gələn it sahibini görmədiyi üçün həmin metro stansiyasında gecələyirdi. Bir neçə dəfə professorun yaxınların və dostları iti öz evlərinə aparmağa cəhd etsələr də, it qaçaraq həmin metro stansiyasına gəlirmiş. Bu hal 9 il ərzində hər gün təkrarlanmışdı. Bir gün Hatikonun cəsədi metro stansiyasının yaxınlığında hərəkətsiz qatarın altında aşkarlanmışdır. Vəfalı dostun sağlığında ikən ona stansiya yaxınlığında heykəl ucaldılmışdır. Öləndən sonra isə ölüm tarixi Yaponiya xalqı üçün matəm günü elan edilmişdir. Bənzərsiz dost haqqında çəkilmiş Hollywood filmi isə bütün dünyada onu daha da məhşur etmişdir.




loading...
 

16 şərh

Medikamentoz
Paroda əvəzinə cins sözü işlənə bilər.Bumeranqdan bunu gözləməzdim.
_BUMERANQ_
Düzdü, artıq redaktə etdim. 

Diqqətinizə görə minnətdaram. 
Kenan_Elxanoglu
İtlər həqiqətən vəfalı olur.İnsanlara  həqarət edərkən bəzi heyvanların adını deyən,məsələn eşşək, öküz, və s. adamlara  «bir it qədər vəfalısan» deyə tərif etsən necə qəbul edərlər  görəsən?
Medikamentoz
Mən müsəlman olmasam da İslamda maraqlı və faydalı olan bir çox situasiya ilə qarşılaşmışam,bunlardan birini xatırladım:Bir kəsə eşşək demək belə günahdır,bu halda qiyamətdə eşşək öz haqqını tələb edəcək və deyəcək,Ya Rəbbi nəyə görə mənim adımı Səni tanımayan birisinə dedilər.Bəli İslama görə Eşşək Öz Rəbbini tanıyan birisidir,gülməli deyil,tam ciddi!
bahar

bu filmə baxmışam, çox gözəl filmdi, hətta deyərdim ki, çox təsirli filmdi.

 

BaRLeLiTa
Kinoya baxmağa dəyər.Aktyor Richard Gir ə isə söz ola bilməz,lakin bu filmdə baş rol ona aid deyil..Hər kəsə bu filmi məsləhət görərdim baxsın.Vaxt öldürmək üçün yox dərs götürməycün baxılsa daha yaxşı olar.Bizim hər birimiz üçün bir dərs.Hələ bizim öyrənməli dərs götürməli  çox şeyimiz var,bu it isə layiqli bir misaldı hər birimiz üçün.Bu film haqqın da bloq yazılması məni çox sevindirdi çox sağolun.
Medikamentoz
Kayzendə videotube olsa idi lap gözəl olardı.
asel
ilk fürsetde mütleq baxacam
Medikamentoz
Linki mikrobloqa yerləşdirərsən.
asel
anlamad;m
Medikamentoz
Videonin linkini mikrobloqa yerləşdir ki,hamı baxa bilsin :)
_BUMERANQ_
Medikamentoz
Təşəkkürlər.Ən maraqlı,faydalı və diqqətli şərhçisiniz.
asel
filmi bu gün izləyə bildim. super bir film. mesləhət gördüyünüz üçün təşəkkür edirəm
azadmamedov90
cox ela filmdir, hekayeside eladir, hele bugun baxdim..cox xosuma geldi, yeni bu qeder de vefaliliq...insanligin olduyu an...belke de bizlere bele seyler ders oldu...belkde
Medikamentoz
Azərbaycanda da səhv etmirəmsə Gəncədə belə hal müşahidə olunmuşdur.