Ana fədakarlığı (real hadisə)

Yaponiyada zəlzələ zamanı''Yaponiyadakı zəlzələdə xilasetmə  qrupu gənc  bir qadının qaldığı dağıntıya qədər çatırlar. Xarabalıqların arasında qadının cəsədinə yetişirlər.Qadının dağıntı altında qalması bir qədər maraq doğurur.Sanki əllərində bir şey tutaraq dizlərinin üzərində çökmüş haldadır.Bu əsnada sanki ev üzərinə yıxılmışdır.Qurtarma qrupunun başçısı yenə də sağ qalma ümidi ilə qadına yetişmək üçün çalışır.Təəssüf ki,qadın çoxdan ölmüşdür.Qrup oradan başqa bir dağıntıya hərəkət etmək istərkən qrup başçısı açdığı dəlikdən içəri doğru qadının cəsədinin altına doğru baxır və səslənir: “Bir uşaq” !!! “Bir uşaq” var!!!
Qrup uzun bir müddət çalışdıqdan sonra bir adiyal içində ölü qadının cəsədinin altında üç aylıq bir körpə tapırlar.Qadın son bir həmləsi ilə uşağı xilas etmək üçün bədənini ona sipər etmişdir.Qrup uşağı qurtadığında uşaqda yatmaqda idi.
Həkimlər uşağı müayinə edirlər.Adiyalı açdıqlarında içində bir mobil telefon tapırlar.Telefonun ekranında yazılı bir mesaj vardı mesajda yazılmışdı: “Əgər xilas olundunsa səni sevdiyimi unutma!”
Bir ananın övladına olan sevgisini ölüm anında belə ona izah etməsinin ən gözəl və bariz nümunəsi!
ALLAHın analara verdiyi bu sevgi və mərhəmət üçün şükürlər olsun!
 

6 şərh

Shabnam_Ilham
Çox təsirli idi… Hələ anasının övladına yazdığı telefondakı o mesaj… :((((
Wirin_Decelka
Allah razi olsun. heqiqetende tesir edicidir.hemd olsun Rebbimize ki,qadina bu qeder boyuk sevgi v merhemet bexw edib
Aysel77
Beli çox tesirlendiricidir...Evde olsaydım indi çooxdaan göz yaşlarım sel kimi axırdı...((
_BUMERANQ_
O uşağın yerində olmağı heç istəməzdim. Bütün həyatım boyu vicdan əzabından ölərdim yəqin.
soni_memmedzade
Doğrudan da çox təsirlidir.Bütün anaların əllərindən öpürəm.Bir ananın bala üçün etdiyi ancaq bu ola bilər.mesaj lap təsir etdi.
asel
cox tesir etdi  mene. teşekkür