Aybaşı haqqında | ginekologiya | Kayzen 

ginekologiya → Aybaşı haqqında

Aybaşı nədir və onun qadın həyatında əhəmiyyəti nədən ibarətdir sualına cavab tapmağa çalışaq. Aybaşı qadın xəstəliyi olub,  uşaqlıq borusu vasitəsi ilə bədəndən hüceyrələrin və qanın xaric olunmasıdır. Aybaşı qadının gələcəkdə hamilə qalması üçün böyük əhəmiyyət kəsb edən və müntəzəm olaraq hər ay müəyyən vaxtda baş verən bir prossesdir.
Bu proses qadının orqanizmindən asılı olaraq 10-16 yaşlarından başlayır, təqribən 28 gün fasilə ilə hər ay 3-7 gün baş verir və 45-50 yaşadək davam edir. Bu zaman qadınlar 80-85 ml-dək maye itirir, onun da yalnız 35 ml-si qandır. Keçən əsrin 40-cı illərində qızlarda aybaşı orta hesabla 16,5 yaşdan başlayırdı. Müasir dövrdə isə bu rəqəm 13 yaşa enib ki, bu da qızların sağlamlıq, qidalanma və gigiyena şəraitlərinin yaxşılaşmasından irəli gəlir.  Hamilə qadınlar isə müvəqqəti olaraq belə günləri yaşamırlar.
Aybaşı dövrü bütün xanımların ağır günləri hesab edilir, hətta dinlə məşğul olanlar belə günlərdə ibadətdən uzaqlaşırlar.

Aybaşı  və şiddətli ağrılar

Qadınların bəzilərində şiddətli ağrılar olsa da, bir qisim xanımlar bu prosesi nisbətən yüngül keçirirlər. Hər üç qadından ikisi aybaşı və ya aybaşı zamanı ağrı, zəiflik, ürəkbulanma, başgicəllənmə, halsızlıq kimi neqativ hallarla üzləşirlər. Tibbdə bu alqomenoreya (ağrılı aybaşı) xəstəliyi adlanır. Alqomenoreya təkcə fiziki problemdən deyil, eləcə də ciddi xəstəliklərdən xəbər verə bilər.
14-45 yaş qadınların 60-70%-i arasında bu xəstəliyə rast gəlinir. Xüsusilə də yeniyetmələrdə ağrılı aybaşı daha çox müşahidə olunur. Alqomenoreya 84%-də ürəkbulanma, 79%-də diareya, 23%-də başgicəllənmə, 13,5 %-də baş ağrıları, 16%-də isə ürəkgetmə ilə özünü göstərir. Adətən, ağrılar aybaşıya 1-2 gün qalmış başlayır və aybaşının 3-cü günü azalır və ya tamamilə kəsilir. Bəzi qadınlar bu günlərdə iş qabiliyyətini  də itirirlər.  Alqomenoreya qadının fiziki, emosional və psixi vəziyyətinə mənfi təsir göstərir.
Alqomenoreyanın simptomları qarının alt tərəfi və bel nayihədə sancılı ağrılarla müşahidə olunur.
Ağrılı aybaşı digər xəstəliklər kimi müalicə tələb edir. Yaxşı inkişaf etməmiş uşaqlıq (matka), onun düzgün yerləşməməsi kimi problemlər ağrılara gətirib çıxarır. Bu səbəblər uşaqlıqdan menstrual ifrazatın axmasına əngəl yaradır. Əgər ağrı mütəmadi yox, periodik baş verirsə, o zaman ağrı yaradan faktorlara diqqət yetirmək lazımdır. Psixoloji travmalar, fiziki işin çoxluğu, yorğunluq, psixoloji və ya əsəb pozğunluğu da ağrılara səbəb ola bilir. 40-50% qadınlarda ağrı genetik xarakter daşıyır.

Aybaşı və psixoloji gərginlik

Artıq sübut olunub ki, yuxusuzluq, yorğunluq, stress, siqaret çəkmək, çoxlu miqdarda qəhvə qəbul etmək aybaşı zamanı ağrılar yaradır. Aybaşı zamanı fiziki gərginlik, soyuqdəymə, dənizdə çimmək, cinsi əlaqə infeksiyaya yoluxma riskini artırır. 
Ağrını aradan qaldırmaq üçün təkcə dərmanlara deyil, eləcə də xalq təbabətinə müraciət edib effektli nəticə əldə etmək olar:
-ayaqlara və qarnınıza isti quru dəsmal qoyun (bunu isti qum dolu torba ilə əvəz etmək də mümkündür);
-qarının aşağısına isti kompress etmək;
-3-5 boğazotu kökünü 10 stəkan qaynar suda dəmləyib, gündə 2 dəfə yarım stəkan olmaqla qəbul etmək; Həmçinin çobanyastığı, nanə dəmləmələri də ağrını aradan götürməyə kömək edir. Aybaşı zamanı yüngül idmanla məşğul olmaq da bəzi ağrıların azalmasına səbəb ola bilər.

Aybaşı pozğunluğundan özünüzü gözləyin

Aybaşı ağrılarından təkcə qadınlar deyil, eləcə qızlar da çox əziyyət çəkir. Aybaşı ilə bağlı problem yaşayan qızların əvvəlcə hormonlarının yoxlanması, USM-dən keçirilməsi, daha sonra diaqnoz qoyulub müvafiq dərmanlarla müalicəsinin aparıldığını söyləyən ginekoloq analara qızları ilə daha yaxından maraqlanmağı məsləhət görülür.

Aybaşı zamanı xanımların gigiyena qaydalarına əməl etməsi çox vacibdir. Belə ki, bezləri tez – tez dəyişmək, dəyişən zaman yuyunmaq (çünki aybaşı qanı bakteriyalar üçün çox əlverişli mühitdir), gündə bir dəfə ilıq duş qəbul etmək bu qəbildəndir. 
Aybaşı dövründə qadının dözülməz ağrıları sonrakı problemlər üçün bir siqnaldır.  Gənc xanımlar üçünsə bir başa gələcəkdə yaşaya biləcəkləri ciddi ginekoloji problemlərin göstəricisi. Elə isə  həkimə müraciət etməyi sabaha saxlamayın, sabah çox gec ola bilər.
Həmçinin bax:
Aybaşı problemləri
Aybaşı pozğunluğu (Alhomenoreya)

Mənbə: Aygün Əliyevanın burlaxatun.az saytı üçün hazırladığı məqalə

  • ?
  • 03 may 2011, 18:48
  • burla xatun


Şərhlər (0)

RSS qısalt / böyüt
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.