Рейтинг
+70.55

ginekologiya

53 üzv, 144 topik

Hamiləlikdə anemiya

Bətnində uşaq daşıyan hər bir ana öz sağlamlığını diqqətlə izləməli və bu vəziyyətdə həm onu, həm də körpəni gözləyə biləcək təhlükələrdən xəbərdar olmalıdır.

Hamiləlikdə tez-tez rastlanan ağırlaşmalardan biri də anemiyadır. Hamiləlikdə yaşanan anemiyanın 90 %-i dəmir çatışmazlığı ilə bağlı olur. Bu xəstəlik qadın bədənində hemoqlobin çatışmazlığının xəbərçisidir. Məhz hemoqlobin sayəsində orqanlar və döl toxumasına oksigen daşınır. Dəmir anemiyası insan bədənində dəmir və onu təmin edən, təsirini sürətləndirən, orqanların dəmirlə təmin edilməsinə kömək edən element əskiliyindən irəli gəlir. Dəmirin törəmələri olan mis, sink, kalsium, A, C, B 6 vitaminləridir. Buna görə anemiyanın müalicəsində təkcə dəmir preparatı deyil, kompleks preparat qəbul edilməlidir.

Davamı →
 

Tez hamilə qalmaq üçün 8 üsul

Qadınla kişinin səhhətində heç bir problem olmadığı halda hamiləliyi əvvəlcədən planlaşdırmaq mümkün deyil. Ancaq araşdırmalar göstərir ki, bəzi üsullar qadının hamilə qalmaq şansını artıra bilər.

Şokolad kremi
Şokoladın xoşbəxtlik hormonlarını artırdığını bilməyən yoxdur. Araşdırmalar göstərir ki, şokolad kremi stressi azaldır. Dolayısı ilə qadınlar özünü daha yaxşı hiss edir və onun səmərli olmasına inanır.

İynəbatırma
İynəbatırma nazik uclu və kiçik iynələrin bədənin müəyyən yerlərinə batırılaraq aparılan müalicə növüdür. Ağrını azaltmaq, əhvalı yüksəltmək kimi bir çox faydası var. Bəzi analar daha asan və sürətli hamilə qalmasını iynəbatırma müalicəsi ilə əlaqələndirir.
Davamı →
 

Təkrar keysər kəsiyi

Həkimlər keysər kəsiyi haqqında danışanda, artıq çoxdandır ki, insanlar daha təəccüblənmirlər. Belə operativ müdaxilə sayəsində bir çox qadınlar uşaq dünyaya gətirə bilmişdirlər. Lakin bu üsul nə qədər yaxşı görünsə də, istənilən başqa əməliyyatlarda olduğu kimi, onun da öz müsbət və mənfi cəhətləri vardır. Əgər qadın qeysər kəsiyinin köməyi ilə doğmuşdursa, onda onun qarşısına elə sual çıxır ki, növbəti doğuş hansı şəkildə keçəcəkdir. Və mütləqmi keysər kəsiyindən sonra daha bir keysəriyyə keçirilməlidir?

Əvvəllər hesab edilirdi ki, növbəti doğuş yalnız əməliyyat yolu ilə tamamlana bilər. Və qadının ikinci doğuşu zamanı və artıq ona iki dəfə keysər kəsiyi edilmişdirsə, onda əksər hallarda həkimlər ona sterilləşməni təklif edirdilər ki, yeni hamiləliklər baş verməsin.
Davamı →
 

Hamiləlik zamanı vitaminlərin qəbulu mənasızdır

İngitərə Kral mama kolleci alimlərinin fikrinə görə hamiləlik zamanı multivitamin komplekslərinin qəbulu mənasız pul itkisidir. Bu məlumatı BBC informasiya agentliyi yayıb.

Onların fikrinə görə, əksər qadınlara hamiləlik zamanı süni vitaminlər tələb olunmur ki, bütün lazım olan vitamin və mineralları qadınlar qidadan ala bilir. Tədqiqatçılar araşdırıblar ki, vitaminlərin qəbulu ziyan verməsə də əksər hallarda anaların və körpələrin sağlamlığına heç bir müsbət təsir etmir. Onların fikrinə görə hamilə qadın sadəcə sağlam, çeşidli və tamdəyərli qidaları qəbul etməlidir. Rasionda ət, süd məhsulları, meyvə-tərəvəz, yarmalar və s. olmalıdır.

Lakin alimlər vurğulayırlar ki, fol turşusu və D vitamininin qəbulu hamiləlik zamanı çox vacibdir. Fol turşusu körpədə çox ciddi qüsurların inkişafının riskini azaldır, D vitamini isə həm ananın, həm də körpənin sümüklərini möhkəmləndirmək üçün lazımdır.
 

Doğuş haqqında 10 yanılma

Doğuş gələcək analar üçün ən populyar mövzudur. Bu həyəcanlı hadisə haqqında nələr deyilmir, nələr məsləhət görülmür...

Təəssüf ki, “təcrübəli” rəfiqələrindən, qohum və tanışlarından hamilə qadının aldığı informasiyanın heç də hamısı gerçəkliyə uyğun gəlmir. Gerçəkliklə yanılmanı bir-birindən necə fərqləndirməli? Gəlin doğuşa aid olan ən populyar yanılmaları ifşa edək.

Birinci yanılma: Doğuş günü limon şirəsi qatılmış mineral sudan başqa, bütün yeməklər və içkilər qəti qadağan edilir.
Bu, belə deyil, çünki doğuş anadan çoxlü güc və enerji tələb edir. Buna görə də doğuş günü Siz bir boşqab bulyon, şirin çay içə, kreker, suxarı, yoqurt yeyə bilərsiniz. Ac qalmayın, çünki Sizə hələ qüvvə lazım olacaqdır. Düzdür, bəzi həkimlər mütəmadi doğuş fəaliyyətinin başladığı andan eitbarən qida qəbul etməyi məsləhət görmür. Qidaya məhdudiyyətin qoyulması ondan irəli gəlir ki, doğuş zamanı narkoz verilməsinə ehtiyac yarana bilər. Bu zaman qusma ehtimalı böyük olur. Narkoz vəziyyətində olan qadında bu, qusuntu kütlələrinin ağ ciyərə daxil olmasına gətirib çıxarar ki, bu da pis nəticələrə səbəb ola bilir.
Davamı →
 

Ailələrin kabusu - Vaginizm


Günümüzün artmaqda olan psixoloji problemləri arasında vaginizmin xüsusi yeri vardır. Çox zaman bununla üzləşməyə, bu cür problemimizin olduğunu qəbullanmağa utanırıq. Nəticədə mənəvi gərginlik yaşayaraq depressiv vəziyyətlərin qurbanı oluruq.

Tibbi nöqteyi-nəzərdən problemi araşdırdıqda vaginizm-mm, bulbospongiosus, levator ani, adductores femoris qarnın ön divarı əzələlərinin qıcolma şəklində yığılmaları nəticəsində cinsi həyat mümkün olmayan nevrogen xəstəlik olduğunu görərik. Cinsi həyat pozulmalarına həmçinin onun inkişaf çatışmazlığı, ağrı, cinsi soyuqluq forması və yaxud təmin edilmə, pozğunluqlar aiddir.
Davamı →
 

Qızlarda erkən mensturasiya

Mensturasiyanın erkən başlamasının səbəbi qadın cinsiyyət üzvlərinin endokrin funksiyasının pozulmasıdır.

Yumurtalıqların endokrin funksiyasının artmasına çox vaxt burada törənən şişlər və kistalar səbəb olur. Lakin bəzi hallarda estrogen və proqestronun hipotalamohipofizar (mərkəzi) mənşəli hipersekresiyasına da rast gəlinir. Bu qonodaliberinin və ya qonodatrop hormonların hipersekresiyası nəticəsində törəyə bilir.

Qadın cinsiyyət hormonlarının hipersekresiyası erkən uşaqlıq dövründə başladıqda vaxtından əvvəl cinsi yetişkənlik baş verir. Xəstəliyin ilkin mərhələsində boy inkişafı sürətlənir, lakin tezliklə epifizar qığırdaqlar sümükləşdiyinə görə inkişaf dayanır.
Davamı →
 

Preeklampsiya

Hamiləlik zamanı nefropatiyaya düzgün müalicə və nəzarət edilmədikdə preeklampsiya baş verir. Hamiləlik preeklampsiyası zamanı mərkəzi sinir sisteminin fəaliyyətinin, beyin qan dövranının pozulması, beyin ödemi, kəllədaxili təzyiqin yüksəlməsi əlamətləri meydana çıxır. Bu zaman hamilələrdə aşağıdakı əlamətlər meydana çıxır:

– baş ağrısı
– ənsə nahiyyəsində ağırlıq hissi
– süstlük
– ümumi narahatçılıq
– mədə nahiyyəsində ağırlıq
– ürəkbulanma
– qusma
– görmə qabiliyyətinin pozulması
– üzün dərisinin qızarması
– burun və dodaqların sianozu
– arterial təzyiqin artması.
Davamı →
 

Hansı döşlərdə süd olmur?

Hər bir qadın fərqli oluğu kimi döşlər və gilələr də formasına, ölçüsünə, rənginə görə qadından qadına fərqli ola bilir.

İstənilən döş istər iri istər kiçik, istər elastiki istər sallaq döşlər körpənin tam ehtiyaclarını ödəyə biləcək miqdarda süd istehsal edir. Gilənin uzun və ya qısalığından, areolanın rəngindən və genişliyindən asılı olmayaraq sağlam analarda əmizdirmə problemləri olmamalıdır.

Müəyyən mənada yastı və ya çevrilmiş gilələr əmizdirmədə cüzi çətinliklər yarada bilək ki, onları da mütəxəssislərlə birlikdə çözmək kifayət qədər mümkündür.
Davamı →
 

Hamiləlikdə qarın nə zaman böyüyür?

Hamiləlikdə qarın nə zaman çıxar, göbək nə zaman böyüyür, qarnım kənardan nə vaxt bilinər, qarnım həftəsinə görə balacadırmı, böyükdürmü kimi suallar hamilələrin ginekoloqlarına və ətrafdakı insanlara ən çox verdiyi suallardır.

Hamilələrin qarın böyüklüyü ilə bu qədər maraqlanmalarının səbəbi qarnın böyüklüyünün uşağın böyüklüyü və inkişafı ilə əlaqədar olmasını bilmələri ilə əlaqədardır. Halbuki əslində çox vaxt qarnın böyüklüyü ilə uşağın inkişafı arasında uyğunluq olmur. Qarnı böyük olan hamilə qadının uşağı az kiloda doğularkən, qarnı daha balaca olan hamilədən daha böyük kilolu uşaq doğula bilər.
Davamı →