Georgi Jukov

Georgi Konstantinoviç Jukov (rus. Георгий Константинович Жуков; 19 noyabr 1896 - 18 iyun 1974) - XX əsrin dahi sərkərdələrindən biri, Sovet İttifaqı Marşalı, 1955-1957-ci illərdə SSRİ Müdafiə naziri, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı.

Böyük Vətən Müharibəsindən əvvəl

1918-ci ildən Qırmızı Ordunun tərkibində I Dünya müharibəsinin iştirakçısı. Vətəndaş müharibəsi illərində hərbi hissə, daha sonra isə Çarıçin ətrafında Kazaklar, Denikin və Vrangelin hərbi hissələrinə qarşı vuruşan eskadron rəisi. Antonov və Tambovşində qalxan üsyanın yatırılmasında iştirak etmiş və yaralanmışdır, Qırmızı Bayraq ordeninə (орден Красного Знамени) layiq görülmüşdür.
Vətəndaş müharibəsindən sonra kavaleriya polkuna, briqadasına rəhbəlik etmiş, daha sonra diviziya, korpus, komandiri kimi fəaliyyət göstərmişdir.
MXR-də I ordu quruplaşmasının komandiri oluşdur. Xalxin göl-də Yapon ordusunun generalı olan Kamaçubarinin rəhbərlik etdiyi ordunu darmadağın etmişdir. Bu əməliyyatı uğurla başa vurduğu üçün Sovet İttifaqı Qəhrəmanı adına və MXR-in Qırmızı Bayraq ordeninə layiq görülmüşdür.
1940-cı ildən aşlayaraq Kiyev Xüsusi Hərbi dairəsinin komandiri olmuşdur. 1941-ci ilin yanvar iyul aylarında SSRİ Ali Ştabının rəisi- SSRİ Müdafiə Xalq komissarının müavini olmuşdur.

Jukov Böyük Vətən Müharibəsi illərində

Böyük Vətən Müharibəsi illərində Ali-Baş komandanın ştabının üzvü, Ali-Baş komandanın müavini və eyni zamanda SSRİ Müdafiə Xalq komissarının müavini olmuşdur.
Konstantinov, Yuryev, Jarov təxəllüsü altında Leninqrad, Qərb, I Ukrayna, I Belorusiya cəbhələrinə rəhbərlik etmişdir.
Müharibə dövründə məhz birinci ona Sovet İttifaqı Marşalı (1943 18 yanvar) rütbəsi verilmişdir. Onun Rəhbərliyi altında Leninqrad Vilhelm fon Leebin "Şimal" hərbi hissələrindən müdafiə etmişdir, feldmarşal Fon Bokun "Mərkəz" hərbi hissələrini Moskva döyüşündə darmadağın etmişdir.
Sonralar Jukov "Saturn", Leninqrad blokadasının yarılmasında "İskra", Kursk əməliyyatına (əməliyyat nəticəsində Hitlerin "Sitadel" planı pozulmuş, feldmarşal Kyuqun və Manşteynin rəhbərlik etdiyi ordu hissələri darmadağın edilmişdi), Sağsahil Ukraynanın azad olunmasına, "Baqration" əməliyyatına (əməliyyat nəticəsində "Faterland" müdafiə xətti qırılmış, feldmarşal E. fon Buşun və V. fon Modelin "Mərkəz" hərbi hissələri məğlub edilmişdir), Varşavanın tutulmasına (17 yanvar 1945), "Visla-Oder" əməliyyatı və nəhayət 1945-ci il 8 mayda uğurla başa çatan "Berlin" əməliyyatına rəhbərlik etmiş və hamısında uğur qazanmışdır. Almaniyanın şərtsiz kapitulyasiyasını da məhz o, feldmarşal Vilhelm fon Keyteldən qəbul etmişdir.
1945-ci il 24 iyunda Moskvada, Qırmızı meydanda keçirilən təntənəli Qələbə paradını qəbul etmişdir.

II Dünya müharibəsindən sonra

"Böyük vətən müharibəsi" Jukova çox böyük şöhrət gətirdi. Bu Stalinin xoşuna gəlmədi və Jukov onun gözündən düşdü. Əvvəl Odessa, daha sonra isə Ural hərbi hissələrinin rəhbərliyi ona tapşırıldı.
1954-cü ildə nüvə silahının poliqonda sınağına rəhbəlik etmişdir.
Jukovun məşhurluğu Xruşşova hakimiyyətdaxili çəkişmələrdə kömək etdi. Buna görə də 1955-ci ildə Jukov SSRİ Müdafiə naziri vəzifəsini tutdu. Daha sonra 1957-ci ildə pensiyaya buraxıldı.

Jukovun mükafatları

Leonid Brejnevlə yanaşı dördqat Sovet İttifaqı Qəhrəmanı olan 2 şəxsdən biridir. Ümumilikdə 14 orden, 16 medala layiq görülmüşdür.
Onlar aşağıdakılardır:
* 4-cü dərəcəli Müqəddəs Georgi ordeni
* 4 Dəfə Sovet İttifaqı Qəhrəmanı (29.08.1939, 29.07.1944, 01.06.1945, 01.12.1956)
* 2 dəfə "Qələbə" ordeni
* Oktyabr İnqilabı ordeni
* 3 dəfə Qırmızı Bayraq ordeni
* 6 dəfə Lenin ordeni
* 2 dəfə I dərəcəli Suvorov ordeni.

O həmçinin:
* Üzərində adlı lövhə və SSRİ-nin qızıl gerbi olan fəxri silaha,
* Monqolustan Xalq Respublikasının qəhrəmanı adına (1969),
* Tuva Respublikasının ordeninə,
* Polşanın I dərəcəli Virtuti Militari və I dərəcəli Qrünvald xaçı ordeninə,
* İngiltərənin I dərəcəli Bani ordeninə,
* ABŞ-ın I dərəcəli "Fəxri Legion" medalına,
* Fransanın I dərəcəli "Fəxri Legion" ordeninə, Fransız hərbi xaçına və 10 medalına və s. kimi mükafatlara layiq görülmüşdür.

Georgi Jukovun məzarı Qırmızı Meydanda Kremlin divarında yerləşir.

 

1 şərh

2ral
Jukovun 4 dəfə Sovet İttifaqı Qəhrəmanı olması maraqlı fakt oldu.