İbtidai icma quruluşunun dağılması

Tunc dövründə əmək alətlərinin təkmilləşməsi və əmək məhsuldarlığın artması nəticəsində ayrılıqda götürülmüş bir ailə müstəqil təsərrüfat qurub, özünü dolandırmaq imkanı əldə etdi. Böyük icma təsərrüfatı xırda ailə təsərrüfatlarına parçalandı. Qəbilə icması qonşuluq icması ilə əvəz olundu. Qonşuluq icmasında torpaq, meşə, otlaq və su hövzələri qəbilədəki kimi hamıya məxsus olsa da, əkin sahələri,əmək alətləri, mal-qara və digər əmək məhsulları indi qəbilədən fərqli olaraq ayrı-ayrı ailələrin ixtiyarında idi. Nüfuzlu ağsaqqallar və tayfa başçıları ən yaxşı torpaqları ələ keçirir, icma üzvlərindən pay almaqla varlanırdılar. Xüsusi mülkiyyətin, əmlak və sosial bərabərsizliyin yaranması, və nəhayət istismarın meydana gəlməsi ilə icma daxilində ziddiyyətlər kəskinləşdi. ibtidai icma quruluşu dağıldı.
Tez və asan yolla varlanmaq hərisliyi qarətçi yürüşlərin artmasına səbəb oldu. Döyüş üsulları təkmilləşdi,döyüşçü dəstələrin sayı artdı. Bu dəstələrin köməyi ilə ətraf əraziləri tabe edən keçmiş tayfa başçıları, qeyri məhdud hakimiyyətə malik hökmdarlara çevrilirdilər. Ilk dövlət qurulmaları və dövlətlər Misirdə və Ön Asiyada belə yarandı. Azərbaycanın cənubunda ibtidai icma quruluşu şimalına nisbətən tez dağıldı . bu ilk növbədə həmin ərazinin Ön Asiyanın qədim mədəniyyət mərkəzləri ilə sıx əlaqədə olması və əlverişli təbii coğrafi şəraiti ilə bağlı idi.

  • 1968 - ci il – azıx mağarasında yaşamış qədim insanın alt çənə sümüyü tapılmışdır.
  • 2-1.5 mln – alt paleolit mövcud olmuşdur. insan heyvanlar aləmində ayrılmış, sadə əmək alətləri düzəltməyi öyrənmişdir. Bacarıqlı insan yaranmışdır. Təbii addan istifadə etmişdir. Mənimsəmə təsərrüfatı (yığıcılıq, ovçuluq ) yaranmışdır. Totemlərə inam meydana gəlmişdir. insan ilk tikinti vərdişlərinə yiyələnmişdir. ilk insan kollektivi - ulu icma (insan sürüsü) yaranmışdır.
  • 100 -40 - orta paleolit (mustye dövrü) mövcud olmuşdur. Buzlaşma başlanmışdır. insan süni yolla ad əldə etməyi, tələ qurma və ürkütmə yolu ilə ov etməyi, alaçıqlar qurmağı və dəridən paltar tikməyi öyrənmişdir. neandertal insan tipi yaranmışdır. insanlar daha geniş əraziyə Qarabağ, Qazax və Naxçıvana yayılmışlar. Axirət dünyasına inam və ovsunçuluq meydana gəlmişdir.
  • 40 - üst paleolit mövcud olmuşdur. Ağıllı insan (homo sapiyens) yaranmışdır. ibtidai incəsənət meydana gəlmişdir. ulu icmanı Qəbilə icması əvəz etmişdir. Ana xaqanlığı dövrü başlanmışdır. iqlim mülayimləşmiş, nəhəng maralın və mağara ayısının nəsli kəsilmişdir.
  • orta daş dövrü (mezolit) mövcud olmuşdur. Buzlaşma başa çatmışdır. Ox və kaman, daş balta, balıq ovlamaq üçün qarpın düzəldilmişdir. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin başlanğıcı qoyuldu. Heyvanların əhilləşdirilməsinə başlandı. ilkin əkinçilik vərdişləri və dəfn zamanı ölülərin yanına əşya qoyulması adəti meydana qəldi.
  • neolit dövrü mövcud olmuşdur. insanlar daşı cilalamağı və deşməyi öyrənmişlər. istehsal təsərrüfatı yaranmışdır. Toxa. əkinçiliyi, maldarlıq, toxuculuq meydana gəlmiş, qadınlar ilk saxsı qabları hazırlamağı öyrənmişlər. Oturaq həyata keçilmişdir. Daş dövrü başa çatmışdır.
  • eneolit dövrü mövcud olmuşdur. insan ilk dəfə metal (mis) emal etməyə başlamışdır. icmanın həyatında ağsaqqallar şurasının rolu artmışdır. Qoşa nikaha əsaslanan ailələr yaranmışdır. Dəfn zamanı ölüyə həyat vermək üçün üzərinə qırmızı rəng çəkir və ya oxra səpirdilər.
  • - Erkən tunc dövrü mövcud olmuşdur. Kür-araz mədəniyyəti yaranmışdır. insan tuncdan alətlər düzəltməyi öyrənmişdir. xış əkinçiliyi yaranmışdır.
süni suvarma sistemləri– insan əməyi ilə yaradılan suvarma qurğularıdır. Süni suvarma sistemlərinə arxlar, kanallar, bəndlər, dəryaçalar, quyular, kəhrizlər və s daxildir. Azərbaycanda belə qurğuların yaradılmasına erkən tuncdan başlanmışdır. son tunc dövrünə aid süni suvarma sistemlərinin qalıqları Naxçıvanda və Qarabağda tapılmışdır.

Kurqan qəbirləri-əski türkcədən tərcümədə təpə qəbirlər deməkdir.bu qəbirlərdə əvvəllər əmlak vəziyyətindən asılı olmayaraq, eyni qəbilədən olan bütün insanlar dəfn olunurdu. Sonralar əmlak və sosial bərabərsizlik dərinləşdikcə tayfanın nüfuzlu adamlarının ayrıca dəfn olunduğu kurqan qəbirləri meydana gəldi. (şəkli, en kəsiyi) son tunc erkən dəmir dövründə kurqan qəbirləri geniş yayılmışdı.

Siklopik tikililər-siklop qədim yunan əsatirlərində qeyri-adi gücə malik təpəgözlərə deyilirdi. Rəvayətə görə onlar, dünyanın bir sıra yerlərində, o cümlədən Azərbaycanda iri və yonulmamış qaya parçalarını bir-birinin üzərinə goymagla galalar tikmişlər. Belə tikililərə Mərkəzi və Cənubi Amerikada, İtaliyada, Krımda, Azərbaycanda (Tovuz, Şəmkir, Gədəbəy və s.), Sibirdə rast gəlinir. (Şəkli “istoria” Mikena, ASE, Təvəkkül müəllim).

Dövlət gurumu – dövlətin erkən forması.Əlamətləri:
1) dəgig sərhədləri və formalaşmış idarəetmə sistemi olmur
2) idarəetmə hökmdar fərmanları və yazılı ganunlar əsasında deyil, daha çox adətlər əsasında həyata keçirilir.
3) Hökmdarın hakimiyyəti geyri məhdud və irsi xarakter daşımır, bir çox hallarda xalg yığıncağı və ya ağsaggallar şurası tərəfindən məhdudlaşdırılır.
Həmçinin bax:

İbtidai icma dövrünün xronologiyası

2-3 mln. i.ə. – Şərgi Afrikada (Keniya və Tanzaniyada) ən gədim insanlar yaşamışlar.
2-1,5 mln. i.ə. – İbtidai icma cəmiyyəti mövcud olmuşdur
2-1,5 mln. i.ə. – Daş dövrü mövcud olmuşdur.
2-1,5 mln i.ə - paleolit dövrü
700 min il i.ə –Azıxdan tapılmış ocağın yaşı bundan əvvəl
350-400 min i.ə –Azıxantroplar yaşamışlar

Ana xaqanlığı (matriarxat) –qadının həyatında mühüm rol oynadığı dövr 40 min il bundan başlamış e.ə IV minilliyin sonlarınadək (təqribən 37 min il) mövcud olmuşdur. Bu dövrdə qadınlar uşaqlara baxır, qocaların qayğısına qalır, yem toplayır, odu qoruyurdular.
Mikrolitlər (yun. Mikro-kiçik, litos-daş) –iqlim dəyişdikdən sonra iri heyvanlar kiçik və sürətli heyvanlarla əvəz olundu. Alətlər də dəyişdi. iri, kobud daş alətləri kiçik ölçülü daş və sümük alətlər əvəz etdi (şəkli)
istehsal təsərrüfatı –insan həyatı üçün zəruri olan məhsulların insanın özü tərəfindən yaradıldığı yaşayış formasıdır. istehsal təsərrüfatına əkinçilik, maldarlı, saxsı qabların düzəldilməsi (dulusçuluq), toxuculuq daxildir.

Toxa –yer şumlamaq üçün istifadə olunan ibtidai əkinçilik aləti. əvvəllər daşdan, sümükdən və ağacdan, daha sonralar isə dəmirdən düzəldilmişdir. (şəkli)
Vəl –biçindən sonra dəni sünbüldən ayırmaq üçün istifadə olunan əkinçilik aləti (şəkli)
icma ağsaqqalları şurası –bir neçə nəslin (qəbilənin) birliyindən yaranmış tayfanı idarə edən səlahiyyətli orqan. Ov yerlərini, otlaqları, suyu və s. Qəbilələr arasında bölüşdürür, nəsillər arasında mübahisələri həll edirdi.
Tayfa –1)eyni dildə danışan 2)eyni ərazidə yaşayan və 3)ümumi adətləri olan bir neçə nəslin (qəbilənin) birliyidir.
məs: ata nəsli ilə ana nəslinin birliyi sizin tayfanı təşkil edir.

ata xaqanlıq (patriarxat) –icma həyatında kişilərin mühüm rol oynadığı dövr. Ana xaqanlığından sonra, e.ə IV minilliyin sonlarında yaranmışdır. Ağır zəhmət və fiziki güc tələb edən xış əkinçiliyinin yaranması, köçəri (yaylaq-qışlaq) maldarlığın meydana gəlməsi, həmçinin tayfalar arası toqquşmaların başlanması ictimai həyatda kişilərin nüfuzunun artmasına təsir etmişdi.
Xış – dartı qüvvəsinin köməyi ilə torpağı şumlamaq üçün istifadə olunan qədim əkinçilik alətidir. Toxa ilə müqayisədə daha məhsuldardır. Azərbaycanda eşə IV minillikdən məlumdur
Qonşuluq icması –qəbilə icmasının dağılması nəticəsində yaranmışdır. Xışın ixtirası əmək məhsuldarlığını artırmış, hər bir ailə müstəqil təsərrüfat qurub, özünü təmin edəcək qədər məhsul istehsal etməyə başlamışdır. Böyük icma təsərrüfatı kiçik ailə təsərrüfatlarına parçalanmış. əmlak və sosial bərabərsizlik yaranmışdır. Nəticədə icma üzvləri arasındakı münasibətlərdə əvvəlki qohumluq əlaqələri deyil, işgüzar qonşuluq münasibətləri ön plana keçmişdir.

 

0 şərh