Da Vinçi kodunun sirri

Düz 5 əsr əvvəl İntibah dövründə italyan  rəssamı, alimi, bir sözlə universal bir şəxsiyyət olan Leonardo da Vinçi yaşayır və yaradırdı. O, uzun müddət Florensiyada yaşamış, daha sonra kral saraylarında  qeyri-adi ideyalar təklif edir, nəhəng işlər həyata keçirməyə can atırdı.  Lakin müasirləri onu başa düşmürdülər.  Ətrafdakıların onu anlamadıqlarını görən rəssam özünün mütərəqqi fikirlərini kodlar şəklində şifrələdi və çəkdiyi əsərlərdə gizlətdi.
Bu günə kimi onun sirli dünyasına girməyə cəhd göstərən ən böyük səs-küyə səbəb olmuş Amerika yazıçısı Den Braunun "Da Vinçinin kodu" romanı olmuşdur. Süjetə görə, əsərin baş qəhrəmanı incəsənət tarixində mütəxəssis olan Robert Lenqton rəssamın çəkdiyi rəsmlərdə gizlənmiş fikirləri açmaqla qatilin izinə düşür.
Bu dəfə isə  məşhur rəssamın sirlərinə qayıtmağa məcbur edən alimlərin başqa bir tapıntısı olmuşdur. Avstraliya nəşri olan  Sourier Mail-in xəbər verdiyinə görə, bir qrup sənətşünaslar təsdiq edirlər ki,  onlar rəssamın əsərlərində bu vaxta qədər gizli olan fraqmentlər aşkar etmişlər.
Leonardo da Vinçi (Тайная вечеря-Sirli gecə)
Məlumdur ki, Leonardo da Vinçi  çox zaman güzgü üsulundan istifadə edirdi, yəni onun yazılarının çoxunu yalnız güzgünün köməyi ilə oxumaq mümkün olur. Ekspertlər bu texnikanı nəinki onun gündəliklərindən, hətta rəsm əsərlərindən də oxumağa başladılar. Onlar güzgünü müxtəlif tərəflərdən tutaraq adi gözlə görünməyən obrazlar aşkar etdilər. Belə ki, alimlər dünya şöhrətli "Mona Liza" rəsmində qəribə insan sifətinin təsvirini aşkar etmişlər. Oxşar siluet "Madonna və müqəddəs Anna ilə körpə" rəsmində də görünür. Ekspertlər hesab edirlər ki, rəssam bu əsərlərində Allahın obrazını yaratmışdır. "Sirli gecə" rəsminə güzgünün köməyi  ilə baxdıqda isə masanın üzərində tərsinə qoyulmuş "Müqəddəs Qraal fincanını" görmüşlər.

Bundan başqa, alimlər əmindirlər ki,  rəssamın  çəkdiyi rəsmlərdə görünür ki, bəzi insanlar barmaqları ilə nəyəsə işarə edirlər. Məhz həmin yerə güzgü tutduqda orada sirli obrazlar görünür. Bəlkə də bu tapıntı da növbəti sensasiya ola bilər. Lakin bir şey aydındır ki, Leonardo da Vinçi   o qədər sirr qoyub gedib ki, onları açmaq üçün illər, bəlkə də əsrlər gərək olacaq.  

Müəllif Əzizova Könül

 

3 şərh

papatürk
Kod da Vinçi kitabının ideyası əvvəllər də vardı. Lakin Den Braun maraqlı faktların hamısını bir yerə toplayıb bu faktları elə şəkildə verib ki,kitab çox populyar olub.Leonardo Da Vinçinin Vitruvian insan, Mona Liza rəsmlərini,masonların dünyagörüşünü katolik kilsəsi ilə qarşılaşdırıb.
papatürk

Bu kitabda Priorat Sion,Tampliyerlər ordeni,Opus Dei təşkilatı(Katolik kilsəsinin kəşfiyyat orqanı) haqqında maraqlı faktlar var. Kitabda İsa peyğəmbərin əslində ailəli olduğu(Mariya Maqdalena),onun nəslinin yaşadığı,bu nəsildən bir çox dahi insanların çıxdığı haqda söhbət açılır. Kitab bestseller sayılır,hətta Harri Potter də ondan geri qalıb(60 milyon tiraj).