Dodaq uçuğu-Herpes Simplex

Dodaq uçuğu olaraq adlandırdığımız Herpes xəstəliyi məhz çoxlarımızda ilk növbədə qaşınma ilə səpki şəklində müşahidə olunan xoşagəlməz və kifayətqədər narahatedici bir virus xəstəliyidir.Onu  Herpes Simplex kimi adlandırılan və immunitetin zəiflədiyi dönəmlərdə dodaq,ağız və burunun selikli qişalarına hücum edən viruslar törədirlər.Bu viruslar immunoloji nöqteyi nəzərindən məhz çiçək və kəmərləyici dəmrov törədən viruslar ilə bir qrupa daxil edilir.Onun aktivləşməsini asanlıqla sadalanan nahiyələrdə pullanma,səpki və qaşınma ilə təyin etmək mümkündür.Tezliklə seroz maye ilə dolu olan məxsusi ağrıverici və qaşındırıcı pulcuqlar  əmələ gəlir ki,məişətdə buna uçuq deyilir.Təxminən 3-6 gün ərzinə onlar eroziya ilə nəticələnəcək şəkildə çatlayır və getdikcə sağalma müşahidə olunur.Təqribən bir həftə sonra  həmin eroziyalaşmış çatlardan tamamilə əsər əlamət qalmır.Buna baxmayaraq bir çox hallarda isə herpes məhz ümumi narahatlıq və temperatura ilə də müşahidə olunur.Bəzi hallarda isə kompensator reaksiya kimi limfa düyünlərinin də böyüməsi müşahidə olunur.

Herpes ilə yoluxma kifayət qədər sadədir,beləki,onunla yoluxmuş şəxslər ilə sadə öpüş əməliyyatı və onun dəsmal,stol ləvazimatı və bu kimi hər hansı məişət əşyasından istifadə etmək buna zəmin yaradır.Həkimlər isə bu qənaətdədirlər ki,virusla yoluxma ömür ərzində bir dəfə baş verir və biz onların daimi daşıyıcılarına çevrilirik.Məhz buna görədir ki,biz demək olar ki,ildə bir neçə dəfə.hətta immun defisiti və zəifliyi olan şəxslər isə ayda bir neçə dəfə bu xəstəlikdən və virusun yaratdığı ümumi diskomfortdan əziyyət çəkirlər.İlkin yoluxmadan dərhal sonra simptomlar özünü büruzə edir.İmmuniteti zəif  olan şəxslər buna qarşı mütləq müdaxilə mexanizmlərini həyata keçirməlidirlər.Bu medikamentoz üsullarla və qeyri-tibbi metodlarla həyata keçirilə bilər.Ancaq bir çoxumuzda orqanizm özü bu mexanizmləri həyata keçirərək maksimum 1 həftəyə qədər sağalmamıza şərait yaradır.İstər xarici,istərsə də daxili müdaxilədən sonra sürətli sağalma halı baş verir,lakin virus orqanizmdən xaricə atılmır və o sinir hüceyrələrində yeni hücum üçün  yararlı  mühit şəraitində aktivləşənə qədər “yatır”.Uyğun bir şəraitdə viruslar oyanır və sinir boyunca dəri və selikli qişalara doğru translyasiya olunur.Virusun oyanmasına səbəb immunitetin zəifləməsi ilə nəticələnə biləcək istənilən hal,intoksikasiya.sinir-psixi gərginlik,kəskin qidalanma rejimi pozğunluğu səbəbindən baş verən arıqlama,orqanizmin davamlı yüksək və alçaq temperatur şəraitində qalması və menstruasiya səbəb ola bilər.Virus ilə yoluxduğunuz zaman və ya orqanizminizdəki virusun sizdə xəstəlik törətdiyi mərhələdə xüsusi gigyenik qaydalara əməl edərək onu başqasına keçirməməyə diqqət etməlisiniz.Əlbəttə ki,siz ötürücü funksiya daşıdığınızdan ehtiyatlı olmağınız həmişə təqdirəlayiqdir.Məlumat üçün bildirmək lazımdır ki,digər orqanizmin xəstələnməsi onun da individual orqanik göstəricilərindən kifayət qədər asılıdır.Bununla belə dəsmal.süngər və ümumiyyətlə digər gigyenik vasitələr həm bu halda,həm də digər hallarda sığortalanmaq və xəstələnməmək üçün şəxsi olmalıdır.

Mütəxəssislərin verdiyi məlumata əsasən bəşəriyyətin demək olar ki 80%-i Herpes Simplex daşıyıcılarıdır.Bununla belə müşahidələr bunu deməyə əsas verir ki,birisində o requlyar olaraq müşahidə olunsa belə digər birisində ömür boyu tamamilə rast gəlinməyə də bilər.Xəstələnməmə halları isə virus ilə yoluxma zamanı da təcrübədə qyed olunan hallardandır.Sadəcə bunun nəyə görə məhz bu şəkildə olduğunu isə tədqiqatçı alimlər birmənalı izah edə bilmirlər.Əldə olunan son məlumata əsasən bu fərdin immuniteti ilə sıx bağlı bir məsələdir.Çünki,Herpes Simplex digər bir çox viruslar kimi məhz immunitetin defisiti və zəifliyi hallarında müşahidə olunan və aktivləşən bir xəstəlik törədicisidir.Bu onu deməyə əsas verir ki,istər daşıyıcı olun istərsə də ümumiyyətlə heç bir zaman xəstələnməyən bir şəxs,hər bir halda immunitetinizi zəiflədəcək və onu viruslara qarşı dayanıqsız edə biləcək hallardan qorunmaq,yəni məhz profilaktika xüsusilə əhəmiyyətlidir.Bu isə gündəlik uyğun normativləşmiş fiziki yüklənmə,düzgün,sağlam və zamanında həyata keçirilən yuxu prosesi,vitaminlər və minerallarla zəngin qida məhsulları qəbul etməklə mümkündür.Profilaktika vasitəsi olaraq exinasseya kökü kifayət qədər təcrübədən keçirilmiş və özünü doğrultmuş hesab olunur.Onu tablet şəklində və məhlul halında da qəbul etmək olar.Xəstələnmə zamanı isə tərkibində lizin ehtiyatı zəngin olan qidalara üstünlük vermək lazımdır.Bura ət,kartof,süd və süd məhsulları,balıq,yumurta və paxlalı bitkilər daxildir.Eyni zamanda digər bir aminturşu olan arqinin ilə zəngin olan qidalardan da qaçınmaq lazımdır.Bu siyahıya isə qoz,fındıq,dənli bitkilər və şokolad daxildir.Eyni zamanda sitrus meyvələri və onlardan hazırlanmış meyvə şirələrindən də xüsusilə qaçınmaq lazımdır.Tərkibində spirt və kofein olan məhsullar da ziyanlıdır.

Dodaq uçuğu müşahidə olunan zaman dərhal reaksiya edilməlidir.Onun ilkin əlamətləri qaşınma və qızartı olacaqdır.Yara nahiyyəsinə spirtdə isladılmış çay paketi və ya nəm salfetdən hazırlanmış tampon ilə sıxmaq effektiv nəticə verir.Orqanizmi möhkəmlətmək barəsində mütləq düşünmək lazımdır.Bunun üçün 3 gün ərzində gündə 2 dəfə olmaq şərtilə Vit C qəbul edilməlidir.Vit E qəbulu isə ikili təsirə malikdir,həm ağrı və qaşınma hissinin aradan götürülməsinə kömək edəcək,həm də regenerativ xüsusiyyəti ilə həmin nahiyyənin sürətlə sağalmasına dəstək olacaqdır.Bunun üçün Vit E yağlı məhlul şəklində yara nahiyyəsinə 15 dəqiqə ərzində sürtülməlidir.Prosedur gündə 1-2 dəfə olmaqla sağalma müşahidə olunana kimi aparıla bilər.Tərkibində evkalipt yağı və kalendula tinkturası olan məhlullar isə xüsusi əhəmiyyətlidir.Tinctura Calendula antiseptik xüsusiiyəti ilə əhəmiyyətlidir.Evkalipt yağı isə yerli immunizasiyanı stimulə edir və ağrıkəsici effekti var.

 

0 şərh