İmmunitet harada yerləşir

Bir sıra reklamlardan biz belə bir məlumat eşidirik: "İnsan immunitetinin böyük bir hissəsi bağırsaqlarda yerləşmişdir". Həqiqətən bu belədirmi və bu sözlərin mənası nədən ibarətdir?
Məlumat üçün bildirmək istəyirik ki, insanın bağırsaqları özünün əsas həzmedici funksiyasından savayı, onun immunitetinin saxlanmasında da böyük rol oynayır. Burun-udlağın, bronxların selikli qişası kimi, bağırsaqların selikli qişası da çox vacib olan maneə funksiyasını da daşıyır. Nazik bağırsaqlarda yerləşmiş limfoid toxumalarının düyün şəklində olan yığınları – Peyer yığınları A və E immunoqlobulinlərin sintezində ən aktiv şəkildə iştirak edirlər.
Bağırsaqların normal mikroflorası, yəni bağırsaqlarda məskunlaşmış mikroorqanizmlər insanın sağlamlığının qorunmasında çox böyük rol oynayırlar.
Davamı →

İmmun sistemini zəiflədən əsas 5 amil


İmmun sistemi bizi həm xarici (virus, mikrob və s.), həm də daxili (xərçəng hüceyrələri və s.) düşmənlərdən qoruyur. İmmunitet çox mürəkkəb sistemdir. Mütəxəssislər deyir ki, immun sistemini zəiflətmək asan, möhkəmləndirmək isə çox çətindir. Bu səbəbdən immun sistemini zəiflədən amillərdən uzaq olmaq lazımdır.

1. Natamam, sağlam olmayan qidalanma
Qidalanma mümkün qədər sadə, təbii və sağlam, vitamin, mineral və qidalı liflərlə zəngin olmalıdır. Qidalı liflərinin qidalanmada bol olması bağırsaq mikroflorasını normallaşdırır. Sağlam bağırsaq mikroflorası isə immun sisteminin yaxşı işləməsi üçün çox vacibdir. Meyvə, tərəvəz, paxlalılar, göyərti qidalı liflərlə zəngindir.
Davamı →

Payızda immuniteti artıran qidalar

Havaların soyuması ilə əlaqədar qrip və soyuqdəymə kimi xəstəliklər özünü göstərməyə başlayıb. Ancaq gündəlik qəbul etdiyimiz qidalarda bir sıra dəyişikliklər edərək, xəstəliklərin qarşısını ala bilərik.

Təzə qoz
Təzə qoz yeməyin ən məqsədəuyğun fəsli payızdır. Bu aylarda yeyilməsi lazım olan təzə qoz həm Omega-3, həm də E vitamini ilə zəngin olduğundan immunitet sistemini gücləndirir. Balıq yeməyi sevməyən şəxslər və vegeterianlar üçün mükəmməl Omega-3 və protein qaynağıdır. 100 qramında 654 kalori olduğu üçün arıqlamaq istəyənlər gündə 3-4 ədəddən artıq qoz yeməməlidirlər.
Davamı →

Güclü immunitet üçün faydalı resept

Soyuq fəsillərdə müxtəlif vitaminli qarışıqların istifadəsi çox yaxşı profilaktik effekt verir. Adətən bu qarışıqalara meyvə quruları, limon, portağal, bal, qoz-fındıq daxil edilir.

Bu məhsullar orqanizmi bütün ən vacib vitamin və minerallarla təmin edir, immuniteti möhkəmləndirir, orqanizmin virus və infeksiyalara qarşı davamlılığını artırır. Digər qarışıqlardan fərqli olaraq bu qarışığın tərkibinə güclü mikrob və iltihabəleyhinə təsirə malik olar əzvay (aloe) bitkisinin şirəsi daxildir.
Davamı →

Şəkər immun sistemini zəiflədir

Şəkəri «ağ ölüm» adlandırırlar. Bu sözlərdə həqiqət var. Şəkərin çoxlu miqdarda qəbulu müxtəlif pozulmalara yol açır — piylənməyə, diş və damaq problemlərinə səbəb olur, bəzi mineralların mənimsənilməsini pozur, maddələr mübadiləsi proseslərinə mənfi təsir edir, allergiyanın inkişafına təkan verə bilər və s.

Şəkərin digər mənfi xüsusiyyəti ondan ibarətdir ki, şəkər immun sistemini zəiflədir. Müxtəlif ölkələrdə aparılar eksperimentlər göstərir ki, şəkərin həddindən artıq miqdarda qəbulu immun hüceyrələrinin fəaliyyətinə mənfi təsir edir, insanın infeksiyalara qarşı davamlılığını azaldır. Hətta şəkərin qəbulundan bir neşə saat sonra immun sisteminin səviyyəsi aşağı olur.
Davamı →

Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?

Sərt qış günlərinin qapımızı çaldığı bu günlərdə sağlamlığımızı qorumağa çox daha çox diqqət göstərməyimiz lazımdır. Xüsusilə, yaşlılar, ürək, ağciyər xəstələri olanlar, xərçəng müalicəsi görənlər, qaraciyər, böyrək çatışmazlığı olanlar və kiçik uşaq immunitet sistemləri zəif olduğundan soyuq, qarlı, küləkli sərt havalarda daha asan xəstələnirlər. Soyuq havaya hazırlanmağın yolları haqqında tövsiyyələri kayzen.az saytı olaraq diqqətinizə çatdırırıq;

Əvvəlcə  qeyd edək ki, nə qədər hazırlıqlı olaraq soyuq havaya çıxsaq da çöldə qalacağımız müddəti mümkün qədər qısa tutmağı planlamalıyıq. Əslində soyuq hava immunitet hüceyrələrinin sayını artıraraq mikroblara qarşı müdafiə sistemimizi gücləndirir. Lakin soyuqda qaldığımız müddət uzandıqca bədənimizin mübarizə gücü gedərək zəifləyir və xəstələnməyə uyğun hala gəlirik.


Bir və ya iki qalın sviter əvəzinə qat-qat geyilən paltarlar lazım olduqda gün ərzində olduğumuz isti mühitlərdə tərləməyi əngəlləmək, mühitə uyğunlaşmaq üçün incəldilməlidir. Əks təqdirdə bədənimizdə yaranan tər çölə çıxdığımızda soyuqlamağımıza və əzələ tutulmalarına səbəb ola bilər. Neylon əsaslı hava keçirməyən parçalar əvəzinə tərləməyə mane olan və islanmağa qarşı qoruyucu xüsusiyyətli paltarlar geyinmək məsləhətdir.


Ardı →

Valideynlərin bəzi səhvləri uşağın immunitetini zəiflədir

Uşağın immunitetinin möhkəmləndirilməsinə onun doğulduğu ilk gündən başlamaq lazımdır.

Bunun üçün ilk növbədə körpəni lazım olandan artıq geyindirməyin. Biz, uşaq doğulan gündən onu qalın geyindirməyə, üstünü daha isti örtməyə adət etmişik. Əslində isə bu əməlimizlə biz heç də uşağa kömək etmiş yox, əksinə, ancaq zərər vurmuş oluruq. Əgər uşaq doğulan gündən etibarən yüngül şəkildə bələnərsə, sonra döşəmədə iməkləməyə, otaqda ayaqyalın gəzməyə öyrəşmiş olarsa, o daha möhkəm və sağlam böyüyəcək.

Əlbəttə ki, bu zaman hər bir şeydə həddini bilmək lazımdır! Uşaq tez-tez üşüyərsə və nəticədə də tez-tez xəstələnərsə, onun immuniteti yalnız korlana bilər.

Yenidoğulmuş körpənin immunitetini möhkəmləndirmək üçün ona hər gün hava vannaları etmək lazımdır. Uşaq üçün hava vannalarını o, evə gətirildiyi gündən başlamaq olar. Gün ərzində 2 dəfə olmaqla uşağı soyunduraraq onu 1-2 dəqiqə ərzində lüt saxlayın. 1 aylığından sonra bu vaxtı 5 dəqiqəyə, 6 aylığına qədər 10 dəqiqəyə, 1 yaşına qədər 15 dəqiqəyə qədər çatdırın. Otağın temperaturu 22-23 C olmalıdır. Əgər çöldə hava soyuq deyilsə, uşağı tədricən, otağın nəfəslik pəncərəsi açıq olmaqla, otaqda qalmağa öyrəşdirmək lazımdır.


Ardı →

Allergiya

allergiyaÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozlarına görə, XXI əsr allergiyanın artması ilə müşayiət olunaraq, onun ən çox yayılmış xəstəliklər arasında ilk yeri tutması ilə nəticələnəcəkdir.

Allergiya” terminini Avstriyalı həkim Klemens Pirke irəli sürmüşdür. Sonralar allergiyanı törədə bilən antigeni isə «allergen» adlandırmağa başladılar. Allergen rolunu nəinki mikrob və ya yad bir zülal, hətta, sadəcə olaraq orqanizm üçün yad olan istənilən bir molekul da oynaya bilər.

Allergen rolunu müxtəlif qida maddələri (çiyələk, yumurta, şokolad, balıq və s.), kosmetik vasitələr, məişət tozu, çiçəklərin tozcuğu, parfümeriya, kimyəvi boyalar, dərmanlar və digər adi maddələr də oynaya bilər. Əlbətdə ki, sadalan bu maddələr heç də insanların hamısında allergik reaksiyaya səbəb olmurlar.


Ardı →

İmmunitetin xalq təbabəti üsulları ilə möhkəmləndirilməsi

xalq təbabətiQışda insanın immuniteti zəifləyir və bu səbəbdən qışda insanlar daha tez-tez xəstələnir. Sizə immuniteti möhkəmləndirmək üçün bir neçə xalq təbabəti üsulu təqdim etmək istərdik.
Bu üsullardan həm xəstəlik zamanı, həm profilaktik tədbir kimi istifadə etmək olar.
— 1/2 limonu qabığı ilə xırda doğrayın. Orta ölçüdə olan 7-8 sarımsaq dişini doğrayın və limona əlavə edin.
Limonla sarımsaq qarışığını 1/2l-lik bankaya yığın və üzərinə banka dolana qədər qaynanmış ilıq su əlavə edib 4 gün ərzində qaranlıq yerdə saxlayın. Sonra limonla sarımsağı çıxarmayraq soyuducuya qoyun.
Davamı →

İmmunitetin möhkəmləndirilməsi üçün xalq təbabəti üsulları

— ½ stəkan çuğundur şirəsi + ½ stəkan kök şirəsi + 1 xörək qaşığı bal və + 1 xörək qaşığı limon şirəsi. Hazırlanmış bu qarışıqdan səhər və axşam saatlarında 1 xörək qaşığı içmək lazımdır.
— 1 xörək qaşığı üzüm (tumsuz), 7 ədəd qozun ləpəsi və 7 ədəd ərik qurusu götürüb onları xırda-xırda doğrayaraq bir-biri ilə qarışdırın. Üzərinə 1 çay qaşığı bal və ½ limonun şirəsini əlavə edin. Alınan bu qarışığı yaxşı-yaxşı qarışdırdıqdan sonra onu hər dəfə 1 xörək qaşığı (uşaqlara isə 1 çay qaşığı) olmaqla axşam – yatmamışdan bir qədər əvvəl qəbul edin.
Davamı →