Buna deyərəm iş yeri

Bu yazıda Kanadada yaşayan və yenicə işə girmiş gənc bir türk qızın iş yeri ilə bağlı dostları üçün ilk təəssüratlarını yazdığı bir məktubdan bəhs ediləcək. Elektron poçtu vasitəsilə göndərilmiş bu məktubu eynilə diqqətinizə çatdırıram:
“Salam dostlar,
Burada iş həyatının, demək olar, bütün elementləri bizdəkindən fərqlidir. Bu şirkətdə müdirlərin şəxsi otaqları yoxdur. Onlar da bizimlə bərabər bir-birilərindən arakəsmələrlə ayrılmış kiçik otaqlarda otururlar. Müdirlərin heç katibələri də yoxdur: yalnız bütün idarəyə xidmət edən ümumi bir katibə var. Rəhbər işçilər qonaqlarını özləri qarşılayırlar. Çünki qonaq qarşılamaq üçün ayrıca bir işçi yoxdur. Surətçıxarma və faksların göndərilməsi kimi xidmətlər də ayrıca şəxslərə həvalə olunmayıb. Kimə nə lazımdır, buyurub özü yerinə yetirməlidir. İcazə almaq üçün ərizə yazmağa ehtiyac yoxdur. İşin çıxıbsa, istədiyin zaman iş yerini tərk edir, çalışma vaxtlarını özün müəyyən edə bilirsən. Məsələn, hər hansı səbəbdən işə bir saat gec gəlmisənsə, həmin gün işdən sonra əlavə bir saat işləyirsən.
iş üçün komfort məkanƏsas giriş qapısında və laboratoriyaya daxil olarkən elektron şifrəli kartlardan istifadə edilir. Maaşlar ayda bir dəfə deyil, iki həftədən bir verilir. Bundan əlavə hər bir əməkdaş iki həftədən bir rəhbərliyə işi barədə hesabat xarakterli proqram təqdim edir. Burada görülmüş və görüləsi işlər barədə məlumat verilir. Tapşırılmış işin yerinə yetirilməməsinin səbəbləri, yaxud bu işi yerinə yetirmək üçün nələrə və ya kimlərə ehtiyac duyulduğu həmin proqramda öz əksini tapır.
İldə və hər rübdə bir dəfə “əsas prinsiplər” adı altında bir forma doldurursunuz. Bu sizinlə müdiriyyət arasında bir növ müqavilə rolunu oynayır. Gələcək karyeranız barədə planlarınız, eləcə də növbəti il (rüb) ərzində görəcəyiniz işlərin qısa xülasəsi bu sənəddə yer alır. Əlbəttə ki, qeydləriniz aydın, başadüşülən və ölçüləbilən olmalıdır.
Fəaliyyət tərziniz və hərəkətləriniz də nəzərə alınır və ölçülür. Məsələn, bir işi yerinə yetirmək üçün nəyi necə və nə vaxt edəcəyinizi özünüz müəyyənləşdirirsiniz. Və rübün sonunda fəaliyyətinizi qiymətləndirirsiniz. Bunun üçün iş yoldaşlarınıza anket paylayırsınız və onlardan xahiş edirsiniz ki, sizin iş tərzinizə qiymət versinlər. Nəticədə çatışmazlıqlarınızdan xəbərdar olursunuz və hansı cəhətlərinizi inkişaf etdirməyin səmərəli olacağını öyrənirsiniz.
Kağıza qənaət etmək üçün, demək olar, bütün müraciətlər və işgüzar ünsiyyət kompyuter vasitəsilə həyata keçirilir. Bütün texniki sənədlər internet səhifəsində elektron formada mövcuddur. Hamı öz işi ilə bağlı sənədləri əldə edə bildiyi kimi, başqalarının işlərinə və layihələrinə də “müşahidəçi” statusu ilə nəzər yetirə bilir. İstənilən məlumat və sənədlər web-səhifədə yerləşdirilir. İşə yenicə girmiş birisi lazımi məlumatı əldə etmək üçün bütün səhifəni ələk-vələk eləmir. Ona verilmiş şifrə ilə özünə lazım olan materiallara birbaşa giriş əldə edə bilir. Demək istədiyim odur ki, burada məlumat gizlədilmir!
İctimai yerlərdə – liftdə, dostların arasında və ya yemək zamanı layihələr haqqında danışmaq qadağandır. Şirkətə aid məlumat əldə edə bilərsiniz, amma bu məlumatlar rəqiblərinizə sızma ehtimalı olan yerlərdə dilə gətirilməməlidir. Layihə rəhbərləri hər toplantıdan sonra həmin layihə ilə bağlı irəliləyişləri və problemləri internet şəbəkəsilə digər işçilərə də çatdırırlar. Ümumiyyətlə, şirkət daxilində ünsiyyət internet vasitəsilə gedir.
Hər həftənin beşinci günü, saat 16:00-da, bizim dillə desək, xudmani bir yeyib-içmək olur. Şirkətin bütün işçilərinin iştirak etdiyi bu kiçik ziyafətdə işə yeni götürülənlər hamıya təqdim olunur və onlara köynək, çanta, papaq kimi hədiyyələr verilir. İşçilər çalışdıqları ixtisas sahəsini çox rahatlıqla dəyişə bilirlər. Yəni əgər birisi şirkətə başqa sahədə daha səmərəli ola biləcəyini hesab edirsə, rəhbərlik nəinki ona mane olmur, hətta bu təşəbbüsü alqışlayırlar.
Kanadada ən çox xoşuma gələn bir cəhət də heç bir işin yarımçıq qalmamasıdır. Məsələn, biri printerdən istifadə etdikdən sonra printerin rəngi qurtarırsa, həmin an ona lazım olmasa belə, o, kartrici dəyişir. Boyum çatmadığı üçün bir dəfə yanımdakı uzun boylu birisindən xahiş etdim ki, şkafın üstündəki kağızı mənə versin. Həmin şəxs onu mənə verdikdən sonra eyni vəziyyətlə başqalarının da qarşılaşa biləcəyini nəzərə alaraq, yuxarıdakı bütün sənəd və qovluqları şkafın aşağı gözünə yığdı.
Əgər sizə bir şeyin qadağan olunduğu deyilibsə və siz qulaqardına vurub onu eləmişsinizsə, kimliyinizdən asılı olmayaraq, sizə cəza verilir. Hər işə nəzarət edilir, heç nə boş-boşuna, söz olsun deyə söylənilmir. Hamı öz işini layiqincə yerinə yetirməyə çalışır və başqa cür davranmağı ağlına belə gətirmir. İş yerində başqalarına yardım edib-etməməyinizə, başqalarının işinə necə təsir etdiyinizə və iş fəaliyyətinizə də nəzarət edilir. Şirkətdə geyim sərbəstdir: kim necə istəyir, nəyi istəyir geyinir.
Hələlik bu qədər, özünüzə yaxşı baxın”.

Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR
 

14 şərh

bankir
Sonra da deyirlər ki,biz işləmirik,can yandırmırıq və s. elə iş şəraiti,elə ofis olsa,biz lap da can da qoyarıq şirkət üçün.
Ona görə həmin ölkələr inkişaf edir ki,müdir və işçilər bir-birinə şərait yaradır. Ona görə də effekt olur.amma bizdə müdirlər elə bilir işçilər onların pulunu yeməkdən ötrü hazır dayanıb,elə bilirlər işçilər onlara düşməndir. Bu da əks-təsir təsir göstərir:-) İşçilər də elə bilir müdir onların pulunu kəsmək istəyir. Axırda qarşılqlı hörmət olmur və şirkət öz gücünü itirir.
fidan
Ofis planktonlarının hamısı sənin kimi deyir. Yaxşı işçi hər yerdə işləyər. Mən müdirləri qınamıram.Düzdür,pisləri də var.amma ümumilikdə götürəndə günahın çoxu işçilərdədir.Əgər o türk qızı pis işçi olsaydı Kanadaya getməzdi.Yəni ki,yaxşı işçiyə görə yaxşı ofis olur,yaxşı ofisə görə yaxşı işçi yox.səbəb-nəticə əlaqəsi başqadır.
Leyla
http://kayzen.az/gallery/user/Leyla/35 Əsl iş yeri bu albomdakı kimi olar!
bankir
Leyla,Azərbaycanda belə iş yerləri çətin olsun. yalnız bir sıra firmaların top-menecerləri üçün yaxşı kabinetlər var. Adi işçilərinki yaxşı səviyyədə deyil.Kompüter mühəndisləri üçün qoyduğun şəkillər isə mən bilən bizim ölkədə azdır. Çoxları özü üçün belə yaxşı şərait qurmağa çalışmır.Amma bir nəfər sistem administratoru görmüşəm ki,evi burdakı şəkillərin hamısına dəyər:-)3 yanaşı 24"" monitor elə gözəl qoyulmuşdu ki…
Wizard

Elə yoxsa belə :)




 

səlahəddin
Belə başa düşdüm ki,bura Google ofisidir?Birinci şəkildə velosiped də var:)
Wizard
Hər iki şəkil Google-a məxsusdur.Əgər digər firmalardan maraqlı şəkillər tapsam yerləşdirərəm ki. müqaisə edə bilək!
Berdan
mən insanlıqda küksələməni karyede yüksəlməkdən üstün tuturam.
gypsyyy

Əgər mənə əla yox, heç olmasa normal iş çün şərait yaratsalar canımı da verərəm.


İşə can yandırırsan, əlindən gələni edirsən məs: 5-cə dəqiqə işə gecikirsən bu sənin alnına damğa kimi vurulur, vətən döşməni kimi.


Azərbaycandakı müdirlər bu sadalananların ən azından 1 faizini bizə versələr yaxşı olar. O da bir az qəliz məsələdir

tenqo
Məncə, işin keyfiyyətinə təsir edən əsas amil kollektivdəki münasibətdir. Ofisin müəyyən şəraiti olmalıdır, təbii ki. Ancaq kollektivdə işçilər arasında münasibətlər normal tərzdə deyilsə, ofis şəkillərdəki formada da belə düzəltsən işin keyfiyyəti olmayacaq. Müdir-işçi, işçi-işçi münasibətləri çox vacibdir, bu münasibətlər pis səviyyədə olsa, istedadlı işçi qalmaz orada. Qalanlar ancaq maaş xətrinə işə gedən ofis planktonları olacaq, onlar da sadəcə günlərini keçirib işi yola verəcəklər.
gypsyyy
kollektivdə böyük rol oynayır, amma çox heyif ki, müdirlə işçi arasında çox nadir hallarda yaxşı münasibət olsun. Müdirlər istəyirlər ki, işçiləri ondan qorxsun. Mən bunu görmüşəm ona görə deyirəm
tenqo
Mən də görmüşəm, özü də çox. Müdir savadlı, qabiliyyətli olanda hörmət qazanır, ancaq əksi olanda hörmətsiz olduğundan qorxu hissini yartmağa çalışır. Bəzi işçilər var ki, onlar hörmət də başa düşmürlər və onları normal şəkildə təlimatlandırdıqda belə səhv başa düşürlər, təhrif edirlər çox şeyi. Belə işçi ilə çiyin-çiyinə işləmək də xoş deyil. Hər kəs öz işi ilə məşğul olsa, öz yerini bilsə və bir-birilərinə hörmət etsələr işin də keyfiyyəti yüksək olar. Bəzi işçilərlə çox mülayim və ürəyiaçıq davranmaq da düz deyil, onlar sabah sənin mülayimliyindəm və ürəyiaçıqlığındna istifadə edirlər. Dəfələrlə başıma gəlib belə şeylər. Bu cür parazitlərə qarşı elə despot kimi davranmaq daha yaxşıdır. Ancaq anlayışlı, qabiliyyətli işçilərə görə nələr etməzdim
gypsyyy

razyam.


Hər cür insan var, hər tipdə insan var